Alim ömrünün akkordları
25.10.2013 [11:49]
Böyük müdriklər zəhməti, cəfakeşliyi həmişə şərəfli insan ömrünün bəzəyi hesab etmişlər. Dünyada elə bir insan tapılmaz ki, o, şan-şöhrət zirvəsinə çatana kimi zəhmətin, cəfakeşliyin içindən deyil, yanından keçsin. Xüsusilə elm, təhsil sahəsində çalışan fədakar insanlar şan-şöhrət zirvəsinə yalnız və yalnız bu yolla gəlib çatırlar.
Bu günlərdə 65 yaşını qeyd edəcəyimiz mənim ən sədaqətli dostum, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru Nəcəfov Maqsud Ağaqulu oğlunun da həyatının mənasını zəhmət və cəfakeşlik təşkil etmişdir.
Onunla oturub söhbət edəndə indiki tutduğu dekan vəzifəsinə və riyaziyyat elmləri doktoru elmi dərəcəsinə təsadüfi olaraq, asanlıqla nail olmadığını şərəf hissi ilə qeyd edir.
Maqsud müəllim özünün bütün müvəffəqiyyətləri üçün birinci növbədə mərhum atası Ağaqulu müəllimə borclu olduğunu söyləyir. Ağaqulu müəllimi tanıyanlar onun çox bilikli riyaziyyat müəllimi olduğunu məmnuniyyət hissi ilə yad edirlər. O, Ermənistanın Sisyan rayonu məktəblərinin qabaqcıl müəllimlərindən olmuşdur. Ağaqulu müəllim 1952-ci ildə Ermənistanın əməkdar müəllimi fəxri adını almışdır. Maqsud müəllimin özünün də riyaziyyatçı kimi yetişməsində atası Ağaqulu müəllimin böyük təsiri və rolu olmuşdur.
O, 1948-ci il oktyabrın 25-də Ermənistanın Sisyan rayonunun Ağudi kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bağudi kənd orta məktəbinin11-ci sinfini bitirərək həmin ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Bir il nazirlər sovetinin nəzdində Respublika hesablama mərkəzində mühəndis işləmiş, 1972-1975-ci illərdə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) əyani aspiranturasını oxuyub bitirmişdir. 1983-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
M.Nəcəfov aspiranturanı bitirdikdən sonra uzun illər ADPU-nun “Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasında laborant və baş laborant işləmişdir. O vaxt laborantların müəllim keçmələri müşkül bir problem idi. Bu səbəbdən Maqsud müəllim müdafiə etdikdən 4 il sonra 1987-ci ildə çox çətinliklə “Həndəsə” kafedrasına müəllim keçə bilmişdir. Buna baxmayaraq, Maqsud müəllim ruhdan düşməyərək kafedrada baş müəllim, dosent vəzifələrinə yüksəlmiş, eyni zamanda, doktorluq mövzusu götürərək, uzun illər onun üzərində həvəslə işləyərək 2012-ci il aprelin 20-də “Silindrik və konik örtüklərin aeroelastik rəqsləri və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Maqsud müəllim zəhmətsevərliyi və intellekt səviyyəsi, habelə, yüksək təşkilatçılığı ilə ADPU rəhbərliyinin diqqətini cəlb etmiş, 1998-ci ildə o, “Riyaziyyat” fakültəsinə dekan müavini, 2001-ci ildə isə dekan vəzifəsinə irəli çəkilmişdir. M.Nəcəfov hal-hazırda dekan vəzifəsini yerinə yetirir.
Maqsud müəllim elmi-pedaqoji fəaliyyətinin ən kamil və səmərəli dövrünü yaşayır. Onun indiyə qədər 3 dərs vəsaiti, 50-dən çox elmi-metodik məqaləsi nəşr olunmuşdur. Onun nəşr etdirdiyi “Maksimum və minimum məsələləri” (1999, prof. M.Yaqubovla birlikdə), “Analitik həndəsədən mühazirələr” (2002), “Diferensial həndəsə” dərs vəsaitləri Azərbaycan ali məktəblərinin riyaziyyat fakültəsi tələbələrinin stolüstü kitablarına çevrilmişdir. Məqalələrinin bir neçəsi xaricdə çap edilmişdir. M.Nəcəfov Azərbaycandan kənarda keçirilən bir çox beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısı və çıxışçısı olmuşdur. O, bir neçə dəfə Moskvada M.Lomonosov adına MDU-da, Almatada (1979), Minskdə (1982), Nalçikdə (1983), Tula şəhərində (bir neçə dəfə) keçirilən elmi konfranslarda ixtisası ilə bağlı çox maraqlı elmi məruzələrlə çıxış etmişdir.
M.Nəcəfovun ADPU kollektivi içərisində özünəməxsus yeri və nüfuzu vardır. O, Riyaziyyat fakültəsinə yüksək səviyyədə rəhbərlik etməklə yanaşı, Universitetin elmi-pedaqoji və ictimai-siyasi həyatında fəal iştirak edir. 1992-ci ildə Azərbaycanı düşdüyü ağır ictimai-siyasi vəziyyətdən çıxarmaq məqsədilə, o zaman Naxçıvanda yaşayıb fəaliyyət göstərən Ümummilli liderimiz Heydər Əliyevə müraciət edən “91” vətənpərvər ziyalıdan biri Maqsud Nəcəfov olmuşdur. Hazırda M.Nəcəfov Yeni Azərbaycan Partiyası ilk təşkilatının və Səbail rayon təşkilatının İdarə heyəti və Siyasi şurasının üzvü kimi fəaliyyət göstərir. Bundan əlavə o, 1999-cu ildən bu günə qədər Xətai rayon bələdiyyəsinin üzvü və sosial və ekologiya komissiyasının sədri vəzifəsində çalışır.
Maqsud müəllimin yüksək keyfiyyətlərindən biri həmkarları ilə dostluq əlaqələrində sədaqətli və səmimi olmasıdır. BDU-nun professoru Mamed Yaqubovla Maqsud müəllimin şəxsi və ailəvi dostluğunu, elmi əlaqələrini mən bütün elmi ictimaiyyət üçün örnək hesab edirdim.
Maqsud müəllimi qayğıkeş bir ailə başçısı kimi də qeyd etməmək mümkün deyildir. Həyat yoldaşı Rima xanım Maqsud müəllim haqqında danışarkən ailəsinə, uşaqlarına qarşı çox həssas və qayğıkeş olduğu barədə ürək dolusu ilə söhbət açır. Rima xanım Xətai rayon 95 saylı məktəbdə müəllim işləyir. Maqsud müəllimin 1 oğlu, 2 qızı vardır. Oğlu Sənan qeyri-hökumət təşkilatında çalışır. Qızları Könül xanım Tibb Universitetini, Sürəyya xanım ADPU-nun riyaziyyat fakültəsini bitirmişlər. Sürəyya xanım hazırda fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. ADPU-nun “Funksiyalar nəzəriyyəsi” kafedrasında baş müəllim işləyir.
Maqsud müəllimə yaxın olan dost və yoldaşları onun bir keyfiyyəti haqqında da danışırlar. Bu, onun şair qəlbli olması, şeirə, sənətə, musiqiyə maraq göstərməsidir. Xalq şairi Məmməd Arazın şeirlərini Maqsud müəllim, demək olar ki, tamamilə əzbər bilir. Bir dəfə ondan soruşdum ki, Məmməd Arazın şeirlərinə maraq səndə hardandır. O, gülə-gülə dedi ki, Azərbaycanda Məmməd Arazı sevməyən çox az adama rast gəlmək olar. Çünki o, sözün əsl mənasında xalq şairidir. Təbiət və cəmiyyət haqqında bütün ümumiləşmiş fəlsəfi fikirlərə Məmməd Arazın şeirlərində yüksək poetik səviyyədə rast gəlmək olar. Buna görə də, mən Məmməd Araza ürəkdən bağlıyam.
Maqsud Nəcəfovun fəaliyyəti dövlətimizin, Təhsil Nazirliyinin və ADPU rəhbərliyinin diqqətindən kənarda qalmamışdır. O, Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə ADPU-nun yubileyi münasibətilə “Tərəqqi” medalına, 2012-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Bundan əlavə o, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə, Təhsil Nazirliyinin və ADPU rektorluğunun təşəkkürnamə və fəxri fərmanları ilə təltif olunmuşdur.
Əziz dostum və qardaşım Maqsud müəllim!
Qarşıdan sənin ömrünün 65 illik zirvəsi gəlir. Bu zirvədən elmi-pedaqoji ictimaiyyətimizin görkəmli nümayəndəsi Maqsud Nəcəfov kimi zəhmətlə dolu bir ömrün layiqli sahibi boylanır. Sənə möhkəm can sağlığı, ailə səadəti, çoxlu-çoxlu uğurlar arzulayırıq.
Vilayət Əliyev,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin elmi işlər üzrə
prorektoru, professor
Allahverdi Hacıyev,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
