Şəxsiyyət vəsiqələri dəyişdirilir
16.07.2025 [10:58]
Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunlarının tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Dəyişikliklərdə şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinın müvafiq qaydada yenilənməsi nəzərdə tutulur. Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında, “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış avtomatlaşdırılmış sistemində (İAMAS) yer alan məlumatlardan ibarət olacaq.
Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsini şərtləndirən əsas amillər
Milli Məclisdə aparılan müzakirələrdə vurğulanıb ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (hazırda Türkiyəyə münasibətdə. Gələcəkdə isə bu siyahının genişlənəcəyi gözlənilir - red.) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Yeni nəsil şəxsiyyət vəsiqəsinin fərqli cəhətləri
Yeni nəsil şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, yaşayış yeri, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstəriləcək. Burada həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil ediləcək:
- vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;
- vətəndaş soyadını və adını dəyişdiribsə, əvvəlki soyadı və adı;
- vətəndaşın əl-barmaq izləri;
- şəxsiyyət vəsiqəsini verən orqanın adı;
- “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.
Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
Hansı hallarda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zəruri olacaq?
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə edilir.
Bundan başqa, şəxsiyyət vəsiqəsinin müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdiriləcək.
Aşağıdakı hallarda yeni şəxsiyyət vəsiqəsi alınmalıdır:
-Vəsiqənin müddəti bitdikdə
-Ad, soyad, ata adı dəyişdikdə
-Şəkil köhnəldikdə:
-Vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə:
-Vətəndaşın yaşı 15-ə çatdıqda:
-Vəsiqə texniki cəhətdən yararsız olduqda.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

