Mərakeşin xanım Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 [17:51]
Mayın 7-də Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa Azərbaycana işgüzar səfəri çərçivəsində 132–134 nömrəli Təhsil Kompleksini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, deputat Soltan Məmmədov, Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş, Rabat Mədəni İrsinin Qorunması Fondunun Baş katibi Nouzha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak edib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bu gün UNESCO-nun Assosiasiyalı Məktəblər Şəbəkəsinin üzvü olan 132–134 nömrəli Təhsil Kompleksi ilə Rabatın Oum El Banine məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur. Nazir vurğulayıb ki, Rabat Mədəni İrsinin Qorunması Fondu, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs növbəti tədris ilindən etibarən Bakının və Rabatın beş məktəbini əhatə edəcək. Nazir bildirib ki, bu təşəbbüs şagirdləri mədəni irslərini araşdırmağa, qorumağa və paylaşmağa təşviq etməklə yanaşı, onlar arasında mədəni dialoqu gücləndirəcək.
Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan “Mən irsimi kəşf edirəm – Bakı” adlı təhsil proqramı təqdim olunub. Eyni zamanda, Rabatın Oum El Banine məktəbinin şagirdləri tərəfindən ünvanlanan videomesaj nümayiş etdirilib.
Səfər çərçivəsində xanım Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Həmçinin məktəbin Tarix Muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib.
Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

