/ / Komitə sədri: Azərbaycan enerji effektivliyi sahəsində irəliləyiş qazanmaq üçün böyük potensiala malikdir
Komitə sədri: Azərbaycan enerji effektivliyi sahəsində irəliləyiş qazanmaq üçün böyük potensiala malikdir
03.03.2025 [19:15]
Enerji təhlükəsizlik siyasətinin əsas hədəflərindən biri 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə postsovet məkanında ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində həm qanunvericilik sahəsində, həm də praktiki müstəvidə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkəmizdə alternativ və bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şərait və mühit yaradılıb. Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Burada da təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetlərdən biri kimi müəyyən olunub və bu prioritetə uyğun olaraq energetika sektorunda tənzimləmə mühitinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Sadiq Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədləri sırasında təbii resurslardan səmərəli və effektiv istifadə etmək, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji zonası konsepsiyalarının təşviqini də görmək mümkündür: “Bu islahatlar və layihələr həm ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, həm ekoloji tarazlığın qorunması, həm də iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində atılan mühüm addımdır. Azərbaycan enerji resursları ilə zəngin olan bir ölkə olaraq enerji effektivliyi sahəsində irəliləyiş qazanmaq üçün böyük potensiala malikdir. Lakin enerji istehlakının idarə edilməsi və qənaətcil texnologiyaların tətbiqi baxımından hələ də təkmilləşdirilməli olduğu məsələlərdir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

