BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V beynəlxalq elmi konfrans
27.02.2025 [23:35]
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyini təmin edən mühüm vasitələrdən biri də milli ideologiyadır. Bu gün dünya azərbaycanlılarını bir amal və əqidə ətrafında birləşdirən azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyi təmin edən universal ideoloji formul kimi çıxış etməkdədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edir.
Professor İbrahim Zeynalov qeyd edib ki, dünya azərbaycanlıları ilə bağlı ərazi, əhali, tarixi-demoqrafiya problemlərinin, o cümlədən köçlər, soyqırımları və digər mövzuların tədqiqi xüsusi əhəmiyyət kəsb edib. Bu məqsədlə 1994-cü ildə Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyası yaradılıb. 1997-ci ildə Tarix fakültəsinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda ilk elmi konfrans təşkil olunub. 2016-cı ildən ənənəvi olaraq davam edən konfransın əsas tərəfdaşı Diasporla İş Üzrə Dövlət Komitəsi olub. Builki konfransda ənənəvi mövzularla yanaşı, Qarabağda quruculuq prosesi, Qərbi Azərbaycanın tarixi, siyasi və etno-demoqrafik proseslər də elmi müstəvidə müzakirə ediləcək. Konfransda yerli alimlərlə yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Polşa və digər ölkələrdən də mütəxəssislər iştirak edib.
BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Milli Məclisin üzvü Naqif Həmzəyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev çıxışlarında Tarix fakültəsinin təşkilatçılığı ilə belə bir konfransın silsilə şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi tədqiqatlara böyük ehtiyac olduğunu bildiriblər.
On bölmədə davam edən konfrans öz işini sabah yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

