Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib
10.10.2024 [19:32]
Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həmin ölkənin Senatının sədri Avanq Bemee ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Senat sədri iki ölkənin münasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığını bildirib.
Fuad Muradov ötən il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu məmnunluqla xatırladıb. Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Malayziya hökumətinə və xalqına minnətdarlıq edib. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verən Komitə sədri iki ölkə arasında böyük əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb, Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə Malayziya parlamentinin senatorları da iştirak ediblər.
Komitə sədrinin növbəti görüşü Malayziya parlamentinin Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan ilə olub. Bu ilin may ayında Azərbaycana səfər etdiyini xatırladan malayziyalı deputat iki ölkə arasında vizasız rejimin mövcudluğunu ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda, milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Komitə sədri Malayziyanın ali təhsil nazirinin müavini Mustafa Sakmud ilə də görüşüb. İki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən nazir müavini qarşılıqlı tələbə mübadiləsi sahəsində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayaraq, “Biz onlara Malayziyada Azərbaycan diasporunun gələcək üzvləri kimi baxırıq” söyləyib.
Azərbaycanda təhsilə dövlət qayğısı haqqında söz açan Fuad Muradov Xaricdə Təhsil üzrə Dövlət Proqramı, bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti, DİDK-nın dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan evləri və həftəsonu məktəbləri haqqında məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

