Cəlilabad günü-gündən simasını dəyişir, müasirləşir və abadlaşır
28.11.2012 [00:07]
Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərsivəsində rayonda quruculuq-abadlıq işlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib
Bu gün öz inkişaf tempinə görə nəinki Qafqazda, ümumiyyətlə, dünyada seçilən Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Belə ki, məhz bu siyasət nəticəsində hazırda təkcə paytaxt Bakıda deyil, ümumilikdə, Azərbaycanın hər bir bölgəsində, o cümlədən, Cəlilabad rayonunda inkişaf və tərəqqi müşahidə edilir. Elə 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları da deyilənləri təsdiqləyir. Bu nəticələrə keçməzdən öncə onu vurğulayaq ki, cəlilabadlılar rayonun hərtərəfli inkişafına görə Prezident İlham Əliyevə minnətdarlıq edir, dövlət başçısının rayona müntəzəm səfərlər etməsini Cəlilabada olan diqqətin nümunəsi kimi dəyərləndirirlər. Prezidentin rayona növbəti səfəri isə bu il iyulun 31-də olub. Səfər çərçivəsində Mərkəzi İstirahət Parkında görülən yenidənqurma işləri ilə tanış olan, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, Bayraq Meydanının, Gənclər parkının, Olimpiya İdman Kompleksinin, “Avanqard” MMC-nin un fabrikinin, “Cəlilabad Broyler” ASC-nin yem fabrikinin və Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolunun açılışında iştirak edən dövlət başçısı, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və Cəlilabadda görülən işləri yüksək qiymətləndirib: “Çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir”.
Beləliklə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində 2012-ci ilin 9 ayı ərzində də rayonda tikinti-abadlıq işlərinin genişləndirilməsi və əhalinin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayonun maliyyə, bank və kredit təşkilatları tərəfindən büdcənin formalaşması, büdcə vəsaitindən səmərəli istifadə edilməsi və pul-kredit siyasətinin həyata keçirilməsi uğurla davam etdirilib. Ötən müddətdə DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 25,1 milyon manat və ya əvvəlki dövrdəkindən 2,7 milyon manat çox vəsait ödənilib. Əhalinin sosial müdafiəsinə xidmət edən ünvanlı sosial yardım proqramı çərçivəsində aztəminatlı ailələrə 2 milyon 900 min manata yaxın vəsait ödənilib ki, bu da hər ailəyə 900 manat dövlət yardımı deməkdir.
Abadlıq-quruculuq işləri geniş vüsət alıb
Hesabat dövründə abadlıq-quruculuq işlərinin həcmi daha da artıb, bu proses təkcə Cəlilabad və Göytəpə şəhərlərini deyil, kənd yaşayış məntəqələrini də əhatə edib. 1952-ci ildə salınmış Mərkəzi İstirahət Parkı ilk dəfə olaraq əsaslı şəkildə yenidən qurulub, parkdakı Veteranlar evi və iaşə obyektləri müasir formaya salınıb, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan kompleks yeniləşdirilib, idman meydançası tikilib. Çoxlu dekorativ daş, gül, landşaft və digər kompazisiyalarla bəzədilmiş park müasirliyi, füsunkarlığı və səliqə-sahmanına görə regionun ən müasir istirahət guşələrindən birinə çevrilib. Eyni zamanda, Cəlilabad şəhərinin Qurtuluş prospektinə aqlay və mozaik daşlarla 5 kilometr hasar çəkilib, Heydər Əliyev prospektindəki səkilərə 12 min kvadratmetr tamet döşənib, 4350 metr yeni bardur düzülüb, çoxmərtəbəli yaşayış evlərinin və inzibati binaların fasadları aqlayla üzlənib, dam örtükləri, qapı və pəncərələri təzələnib. Ümumi uzunluğu 10 kilometrdən artıq olan Heydər Əliyev və Qurtuluş prospektlərində, Xatirə və Cəlil Məmmədquluzadə parklarında xaricdən gətirilən işıqlandırma sistemi quraşdırılıb.
Şəhərin ən yüksək nöqtəsində inşa edilən, hündürlüyü 41, bayrağının uzunluğu 20, eni isə 10 metr olan Bayraq Meydanı da son dövrün möhtəşəm tikililərindəndir. Bayrağın yerləşdiyi 2 hektarlıq Gənclər parkı tamamilə yenidən qurulub, mindən çox dekorativ ağac və gül kolları əkilib, attraksionlar, şəlalə və fəvvarə kompleksləri qurulub, mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün əlverişli şərait yaradılıb. Bu müddət ərzində Cəlilabad şəhərinin küçələrinə 38700 kvadratmetr asfalt vurulub və 7800 kvadratmetr çınqıl döşənib. Kəndarası yolların yenidən qurulması istiqamətində rayonun tarixində heç vaxt görünməmiş miqyasda iş gedir. Belə ki, Prezident İlham Əliyevin 9 mart 2012-ci il tarixli Sərəncamına əsasən 24 min əhalisi olan və 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi üçün 3 milyon manat, 28 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən isə 33 min nəfər əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Hazırda birinci yolun çəkilişi başa çatmaq üzrədir, ikinci yolda isə torpaqbərkitmə və çınqıldöşəmə işləri görülür. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 20 kilometri asfaltlaşdırılıb. Beləliklə, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun 80 kəndini əhatə edən 96 kilometrlik kəndarası yollar yüksək keyfiyyətlə asfaltlaşdırılmaqdadır.
Aqrar bölmə inkişaf edir
Hesabat dövründə rayonda 131,2 min ton taxıl, 82,7 min ton kartof, 1,3 min ton meyvə, 9,2 min ton üzüm, 507 ton günəbaxan, 260 ton qarğıdalı, 1,4 ton tərəvəz və 3,2 ton bostan məhsulları istehsal olunub. Əkin strukturunun əksər hissəsini təşkil edən taxılçılığın inkişaf etdirilməsi üçün istehsalçılara dövlət büdcəsindən 2 milyon 859 min manat yardım verilib, regional loqistik gübrə bazası tərəfindən güzəştli şərtlərlə 2336 ton azot, 299 ton amofos, 17 ton kalium, 18 ton superfosfat gübrələri satılıb.
Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramına müvafiq olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda 1500 hektar üzüm bağı salınıb. Üzüm sahələrinin genişləndirilməsi üçün bütün aqrotexniki tədbirlər görülüb, xarici ölkələrdən, xüsusən, Fransadan keyfiyyətli tinglər gətirilib.
Bəhs edilən dövrdə 11,2 min ton ət, 58,1 min ton süd, 21,3 milyon ədəd yumurta istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Fərdi təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı 99 min başa, xırdabuynuzlu mal-qaranın sayı isə 102 min başa çatıb.
Eyni zamanda, “Cəlilabad Broyler” ASC-də 2934 ton və ya keçən ilin eyni dövründəkindən 420 ton çox quş əti istehsal edilib, daxili bazara yüksək keyfiyyətli məhsullar çıxarılıb. Hazırda müəssisədə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Dövlət başçısının açılışında iştirak etdiyi yeni yem fabriki saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir.
Əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı diqqət mərkəzindədir
Hesabat dövründə Rayon Elektrik Şəbəkəsinin daxili imkanları hesabına Qarazəncir, Uzuntəpə və Üçtəpə kəndlərindəki yeni yaşayış massivlərində 10/04 kv-luq şəbəkə qurulub, 150-dən çox dayaq dəyişdirilib, 7 kilometrdən çox elektrik xətti yenisi ilə əvəz olunub, yararsız transformatorlar təmir edilib. Alar kəndində 1250 dəmir-beton dayaq basdırılıb, 50 kilometr SİP kabeli çəkilib, 41 SMART tipli sayğac quraşdırılıb. Göytəpə şəhərində, Qarazəncir və Alar kəndlərində elektrik dirəkləri magistral yoldan kənara çəkilib və yeni işıqlandırma sistemi qurulub.
Vətəndaşların təbii qaz təminatını yaxşılaşdırmaq məqsədilə Cəlilabad şəhəri və Uzuntəpə kəndi arasındakı 320 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin 200 mm-lik polietilen borularla əvəz edilməsi və yeni qazpaylaycı stansiyanın tikintisi davam etdirilir. İri yaşayış məntəqələrindən Göytəpə şəhərinin, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Maşlıq, Muğan və Söyüdlü kəndlərinin qazlaşdırılmasına başlanılıb. Cəlilabad şəhərində1305 paqonmetr aşağı təzyiqli, Alar kəndində isə 350 paqonmetr orta təzyiqli qaz xətti yenisi ilə əvəz edilərək istismara verilib.
Dövlət başçısının tapşırığına əsasən Cəlilabad şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Hazırda bu layihənin mühüm hissəsindən biri olan təmizləyici qurğunun tikintisi davam etdirilir.
9 ay ərzində 446 yeni iş yeri açılıb
Ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da yeni iş yerlərinin açılması rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 9 ay ərzində 446 yeni iş yeri açılıb ki, onun da 57-si daimidir. Eyni zamanda, özəl sektorun inkişafı və kreditlərlə təmin olunması istiqamətində də rayonda ardıcıl iş aparılır. Belə ki, bəhs edilən dövrdə bank filialları və kredit təşkilatları tərəfindən 10423 hüquqi və fiziki şəxsə 22 milyon 830 min manat kredit verilib. Əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyətinə yönələn həmin kreditlər rayonda yeni istehsal sahələrinin yaradılmasına və məhsul bolluğuna müsbət təsir göstərib.
Təhsil, səhiyyə və mədəniyyət sahələri də inkişaf edir
Hər zaman olduğu kimi, ötən müddət ərzində də yeni məktəblərin tikilməsi prioritet məsələ olub. 360 şagird yerlik Gülməmmədli kənd tam orta və 180 şagird yerlik Cəlilabad şəhər 6 saylı ümumi orta məktəbləri yüksək keyfiyyətlə tikilib istifadəyə verilib. Hazırda Cəlilabad şəhər 2 saylı tam orta məktəbi üçün 640, Sabirabad kənd 1 saylı tam orta məktəbi üçün 480, Soltankənd kənd tam orta məktəbi üçün 180, Zəhmətabad kənd tam orta məktəbi üçün 80 şagird yerlik, Həziabad kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. Məhz göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il xüsusi qabiliyyətli məktəblilərin istedadlarını aşkara çıxarmaq və inkişaf etdirmək məqsədilə keçirilən fənn olimpiadalarında rayonun 10 şagirdi mıüxtəlif mükafatlara layiq görülüb. Eyni zamanda, 2012-ci ildə ali məktəblərə daxil olan 245 məzundan 26-sı 500-dən çox bal toplayıb, 695 bal toplamış Qarazəncir kənd məktəbinin məzunu Xanlarzadə Xanlar Mehdi oğlu isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
Bəhs edilən dövr rayonun səhiyyə işçiləri üçün də əlamətdar olub. Belə ki, profilaktik və əks-epidemik tədbirlərin vaxtında aparılması nəticəsində infeksion xəstəliklərin bir qismi tamamilə ləğv edilib, bir qismi isə minimuma endirilib. Bu müddət ərzində imtiyazlı xəstələrə 214 min manatlıq pulsuz dərman verilib, xüsusi həkim briqadaları yaradılaraq kəndlərə göndərilib, cərrahiyyə şöbəsi təcrübəli həkimlərlə möhkəmləndirilib.
Hesabat dövründə rayon mədəniyyət və turizm şöbəsi kütləvi tədbirlərin keçirilməsi, mədəniyyət evlərinin, klubların və kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər görüb. Heydər Əliyev seyrangahında müntəzəm olaraq respublikanın və rayonun tanınmış incəsənət ustalarının iştirakı ilə konsertlərin verilməsi əhali tərəfindən rəğbətlə qarşılanıb. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi rayonun mədəni həyatında mühüm hadisəyə çevrilib. Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edən Mərkəzdə təsviri incəsənət, muğam, foto, moda və gənc analar studiyaları, rəqs dərnəyi, xalçaçılıq, xarici dil və kompüter kursları fəaliyyət göstərir.
Turizm sahəsində də bir sıra işlər görülüb, bu sahəni daha da inkişaf etdirmək üçün xüsusi proqram hazırlanıb. Hazırda rayon ərazisində 8 turizm obyekti fəaliyyət göstərir ki, onların da 2-sinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib.
Yeri gəlmişkən, 2012-ci ilin “İdman ili” elan olunması barədə ölkə Prezidentinin Fərmanı rayonda da böyük razılıqla qarşılanıb və idmançıları yeni qələbələrə ruhlandırıb. Hazırda rayonda 120 medalçı var ki, onlardan 20-si qızıl, 40-ı gümüş, 60-ı bürünc medal qazanıb. Bu il idmançı gənclərin çoxdan arzusunda olduqları Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi ölkə başçısının rayon ictimaiyyətinə, xüsusən, gənclərinə ən mühüm töhfələrindən biridir.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyətdə davam etdirilən quruculuq-abadlıq siyasəti nəticəsində digər rayonlar kimi Cəlilabad da yeni inkişaf mərhələsinə qədəm qoyub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

