Bakı Bəyannaməsi imzalandı
16.03.2024 [10:15]
9-cu üçtərəfli görüşdə nələr müzakirə edilib?
Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.
Regional əməkdaşlıq böyük önəm kəsb edir
Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialı nəzərə alınaraq, Xəzər və Qara dənizləri hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar, yaşıl enerji sahələrində təşəbbüslər ilə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.
Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasından, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran C.Bayramov bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri, digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.
Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.
Cehun Bayramov: Sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir
Sonra nazirlərin birgə mətbuat konfransı keçirilib. mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər. Mətbuat konfransında Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi çoxşaxəlidir və bu, bir çox ölkələr üçün nümunədir. Bu üç ölkə arasında münasibətlərdə çox yüksək səviyyəli siyasi dialoqun şahidi oluruq. Nazir deyib ki, bu dialoqlar dövlət və hökumət başçıları tərəfindən dəstəklənir. Beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlər, sülh quruculuğu sahəsində ölkəmiz tərəfindən atılan addımlarla bağlı fikirlərini həmkarları ilə bölüşdüyünü vurğulayan Ceyhun Bayramov bildirib: “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb. Sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistan tərəfini dürüst, açıq şəkildə Azərbaycanla danışıqlara sövq etmək üçün addımlar atmalıdır”.
Hakan Fidan: Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq: “Bundan əlavə, sevindirici xəbər Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə də müzakirələr apardıq”. H.Fidan bildirib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir. Gürcüstan da Avropa İttifaqı üzvlüyünə namizəd olub. Nazir COP29-a ev sahibliyi münasibətilə ölkəmizi təbrik edib. “Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik”, - H.Fidan qeyd edib.
İlya Darçiaşvili: Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili isə deyib ki, üçtərəfli platforma bizə çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır: “Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”.
Qeyd edək ki, növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi qərara alınıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

