Baydenin qərarı...
26.12.2023 [11:30]
ABŞ prezidenti özü üçün real təhlükə hazırlayır
ABŞ Konstitusiyasında “qanunların vicdanla icra olunması qayğısına qalmalı səlahiyyətli” şəxs kimi təqdim olunan ali vəzifə - prezidentlik institutu xüsusi müdafiə hüquqları təsbit edir. Bu isə ABŞ-da keçmiş prezidentlərin toxunulmazlıq hüququndan irəli gəlir ki, bu məsələ də artıq “korreksiyaya” məruz qalacaqmış kimi görünür. Belə ki, ABŞ prezidenti Co Bayden dövlət başçılarının mühakimə oluna biləcəyini deyib. O, bu sözləri keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdi ilə bağlı toxunulmazlıq tələbləri fonunda deyib. Bayden qeyd edib ki, prezidentlərə mütləq müdafiənin təmin edilməsi üçün heç bir əsas yoxdur. Trampın vəkilləri “prezident toxunulmazlığı”nın zəruriliyində israr edib, cinayət işinə xitam verilməsi üçün Ali Məhkəməyə müraciət etsələr də, məhkəmə bu mövqeyi rədd edərək, cinayət işinin araşdırılmasını davam etdirir.
Trampın imici daha da artır...
Baydenin bu addımının Trampa qarşı istiqamətlənməsi sirr deyil - hətta ABŞ-ın Demokratlar partiyasını təmsil edən siyasət adamları belə bu kimi qərarların şəxslər üzərindən yürüdülməsinin əleyhinə çıxırlar. Xatırladaq ki, Donald Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücum, 2020-ci ildə Amerika prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdi və məxfi sənədlərin qeyri-münasib saxlanması da daxil olmaqla dörd məhkəmə ittihamı ilə üz-üzədir.
Bu son ittihamların isə Trampın 2024-cü ildə Ağ Evə qayıtmaq yolunun bağlanması üçün yaradıldığı bildirilir. Bununla belə Trampın hüquqi problemlərinin artması onun nüfuzunun artması ilə assosasiya edilir. Məsələn, son sorğularda Tramp əvvəlkindən daha “şöhrətli” görünür ki, burada da hazırki hakimiyyətin rolu böyükdür. Başqa sözlə, ona qarşı çoxsaylı ittihamlara baxmayaraq, Tramp prezidentliyə digər respublikaçı iddiaçıları üstələyərək, bəzi rəqiblərinin belə dəstəyini alır. Hətta Trampla bağlı son televiziya proqramlarında hazırki prezident Bayden ilə müqayisəsi də böyük səs-küyə səbəb olub - bildirilir ki, Tramp haqqında ən real şüar “Donald Tramp. Onu ya sevir və ya ona nifrət edirlər” şəklindədir.
“Ən uğursuz” siyasətçi...
Digər tərəfdən, siyasi dairələr Baydenin addımının bumeranq effekti daşıya biləcəyini də istisna etmir. “Demoratiya sammiti” adı altında yeni siyasi nizamın formalaşdırılması cəhdləri, ortada olan uğursuzluqlar, ən əsası Rusiyaya qarşı mübarizədəki geriləmələr, Orta Şərqdə ABŞ-ın nüfuzunun düşməsi, Mərkəzi Asiyaya Əfqanıstanın timsalında nəzarət funksiyasının itirilməsi Ağ Evə artıq 4 ildir ki, başçılıq edən Bayden haqqında ABŞ auditoriyalarında müsbət xarakteristika vəd etmir. Xüsusilə, Konqresin xarici yardımların ayrılması məsələsindəki fərqli mövqeyi Baydenin nüfuzuna böyük zərbə vurub. Bunun nəticəsidir ki, ABŞ prezidenti Co Bayden bəzi strukturlar tərəfindən 2023-cü ilin ən uğursuz siyasətçisi elan edilir. Bununla bağlı “Fox News” kanalı xüsusi məlumat yayıb. Bu il ABŞ silahlı qüvvələrinin 80 yaşlı Ali Baş Komandanı impiçment təhlükəsi ilə üzləşib və hazırda seçicilər arasında reytinqləri yerdə sürünür”, - deyə kanal öz seçimini bu sözlərlə izah edib. Qeyd olunur ki, amerikalıların təkcə Baydenin yaşı və vitse-prezident olduğu zaman korrupsiyada əli olması ilə bağlı deyil, həm də Yaxın Şərq münaqişəsində İsrailə dəstəyi ilə əlaqədar ciddi sualları yaranıb. Baydenlə yanaşı, siyasi uğursuzlar siyahısında 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti, dələduzluqda ittiham olunan konqresmen Corc Santos və Virciniya qubernatoru Qlenn Yanqkin də var.
Beləliklə, Trampa qarşı hazırlanan “müdafiə problemi” qarşıdakı dövrdə hazırki prezidenti də gözləyə bilər. Ən azından proses onu göstərir ki, Amerika cəmiyyətinin Baydendən səbəblərini soruşacağı məsələlər az deyil...
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

