Uzaq Şərqdə sular durulmur...
19.12.2023 [11:05]
Şimali Koreyadan “yeni sınaq”...
Uzaq Şərqdə yenidən sükut pozulmaqdadır. Bir müddət idi hərbi təlimlərə ara verən, “ballistik raket sınaqları”nı təxirə salan Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Şimali Koreya Yaponiya dənizinə doğru naməlum ballistik raket göndərib. Yaponiyanın dəniz təhlükəsizliyi xidməti mərminin artıq ölkənin müstəsna iqtisadi zonasının yaxınlığına düşdüyünü bildirib və ehtimal edilir ki, uçuş hündürlüyü altı min kilometri keçib. Cənubi Koreya atılan raketin min kilometr uçuş məsafəsi ilə şaquli bucaq altında atıldığının müəyyən edildiyini bəyan edib. Qeyd edək ki, raket haqqında ətraflı məlumat verilməsə də, NHK telekanalının məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi raketin buraxılışını təsdiqləyib. Məsələ ilə bağlı Yaponiya hakimiyyəti milli təhlükəsizlik şurasını toplayıb.
Ard-arda raket sınağı
Xatırladaq ki, sonuncu dəfə Şimali Koreya bu ilin noyabrın 21-də Yaponiya istiqamətində ballistik raket atmışdı. Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirmişdi ki, Şimali Koreyanın ballistik raket buraxması, hətta orbitə peyk çıxarmaq məqsədi ilə həyata keçirilsə belə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır. Ondan öncə isə yayda - iyul ayında KXDR Yapon dənizi üzərində qitələrarası raket sınağı keçirmişdi. Sonradan məlum olmuşdu ki, bu, bərk yanacaq mühərrikli Hwasong-18 raketidir və Pxenyanın sonradan bildirdiyi kimi həmin raket də min kilometrdən çox uçub.
“Kəşfiyyat peyki”...
Yaponiya rəsmisinin qeyd etdiyi “kəşfiyyat peyki” məsələsi artıq bir müddətdir ki, KXDR ilə qarşı qütb arasında ciddi müqavimət yaradıb. Xatırladaq ki, Şimali Koreya ABŞ hərbi fəaliyyətini birbaşa izləmək üçün iyun ayında ilk kəşfiyyat peykini orbitə çıxaracağını bəyan etmişdi. Bəzi ekspertlər əvvəlcə bu bəyanatı Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tarixinin ən böyük hərbi təlimlərinə qarşı “önləyici tədbir” kimi qiymətləndirsələr də, prosesin olduqca ciddi təhlükələrdən xəbər verdiyi ortaya çıxdı. Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının sözçüsü bildirmişdi ki, ABŞ - Cənubi Koreyanın birgə hərbi təlimləri Pxenyandan “düşmənin hərbi fəaliyyəti haqqında real vaxtda məlumat toplamaq qabiliyyətinə malik vasitələrə” malik olmasını tələb edir. Bununla belə KXDR hərbi peykin orbitə buraxılmasının dəqiq tarixini açıqlamamışdı. Qeyd edək ki, Şimali Koreya 1998-2016-cı illər aralığında dörd “Parlayan Ulduz” peykini kosmosa göndərib. Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin 2022-ci ilin dekabrında keçirilən VI Plenumunda hərbi kəşfiyyat peykinin hazırlanması və orbitə buraxılması ən mühüm məqsədlərdən biri kimi elan edilib.
İndiki halda isə kəşfiyyat peyki adı altında Yapon dənizinə atılan ballistik raketlər artıq Yaponiyanı da hərəkətə gətirir. Çünki ard-arda atılan raketlər, eyni zamanda, KXDR özünün “mövcud olma hüququnu” təmin etmək üçün nüvə silahı proqramını konstitusiyasına daxil etməsi Tokioda mühüm təhdidlərin anonsu kimi qəbul edilir.
BMT-nin çağırışı cavabsız qaldı
Qeyd edildiyi kimi, yaranan mövcud vəziyyət, xüsusilə KXDR-in “nüvə silahı” ilə bağlı rəsmiləşdirmə aparması beynəlxalq siyasi aləmdə yeni “soyuq müharibə”nin başlanğıcı kimi qiymətləndirilir. KXDR isə hələ də özünü Cənubi Koreya “təhlükəsindən” qorumaq istədiyini göstərir. Hazırda KXDR raket və nüvə proqramına görə beynəlxalq sanksiyalar altındadır. Bununla belə Pxenyan bu il çoxsaylı raket sınağı keçirərək regionda gərginliyi artırıb.
Yaponiyanın BMT-dən tələbinin isə reallaşacağı inandırıcı deyil. Çünki KXDR-?n nüvə təhdidi fonunda artıq uzun müddətdir ki, proseslə bağlı danışıqlara cəhdlər göstərilir. Hətta bir neçə ay öncə BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləmişdi. Bununla bağlı BMT-nin yaydığı bəyanatda bildirilirdi ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir. BMT-nin baş katibi bir daha Pxenyanı davamlı sülh, habelə Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu tez bir zamanda bərpa etməyə çağırmışdı.
Göründüyü kimi, BMT-nin narahatlığı əsassız deyil. Yapon dənizində “sınaq” adı altında ballistik raketlərin Tokioya “hədəflənməsi” artıq ilk hal deyil. Bu isə Uzaq Şərqdə yeni proseslərin başlama ehtimalına yol açır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

