Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbədənkənar seçkilər...

Növbədənkənar seçkilər...

09.12.2023 [10:10]

Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur

2024-cü ilin ilk ayı seçki marafonu kimi tarixə yazılacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Konstitusiyanın 101-ci maddəsinə uyğun olaraq elan edilmiş növbədənkənar seçkilər tam hüquqi status daşımaqla yanaşı, dünya praktikasında da tez-tez rast gəlinən hallardandır. Yəni, növbədənkənar seçkilərlə vaxtında keçirilən seçkilər arasında prosedur olaraq heç bir fərqlilik yoxdur - sadəcə olaraq seçkilər növbədənkənar keçirildiyi təqdirdə vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə etmək hüququ və imkanı qazanırlar.

Xalqın etimadını doğrultmaq...

Qeyd edildiyi kimi, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Düzdür, bəzi hallarda - konstitusiya ilə müəyyən olunmuş hallarda seçkilərin təxirə salınması təcrübəsi və hüquqi mexanizmi də mövcuddur ki, buna müraciət elə də tez-tez baş vermir. Amma seçkilərin vaxtından əvvəl realizə olunması kimi hallar dünyanın bir sıra müstəqil siyasi subyektlərində - dövlətlərində izlənən bir prosesdir. Yalnız post-sovet məkanında deyil, hətta Qərbin aparıcı dövlətlərində belə növbədənkənar seçkilərə daim rast gəlinib. Başqa sözlə, növbədənkənar seçki praktikası müasir siyasi proseslərin təbii hissəsi kimi çıxış edir. Digər tərəfdən, növbədənkənar seçkilərin keçirilməsi heç də iqtisadi-siyasi və ya hərbi böhranlar zamanı olmur - bu da dünyada gedən siyasi proseslərə nəzərən irəli sürülən bir tezisdir. Məsələn, xalqın mühüm bir mərhələni adladığı və ya mühüm çağırışlarla üz-üzə olduğu, hətta yeni iqtisadi konfiqurasiya perspektivi qarşısında mərkəzi hakimiyyət xalqın ona etimad dərəcəsini yoxlamaq qərarı verir. Bu kimi hallara dünyada tez-tez müraciət olunur.

Bu gün də Azərbaycan özünün inkişafının yeni bir mərhələsini formalaşdırır. Müstəqillik əldə etdiyimiz 30 ildən artıq bir dövrdə ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilmiş, suverenliyi isə tam bərpa olunmuşdur. Bu, regionda yeni siyasi-iqtisadi mənzərə yaratmaqla yanaşı, həm də daxili siyasi münasibətlərdə yeni implusun formalaşdırılmasına xidmət edir. Son illərdə ölkəmizdə müşahidə olunan siyasi münasibətlərdə yeni situasiyanın izlənməsi, milli məsələlərdə siyasi həmrəyliyin nümayiş etdirilməsi Azərbaycanın siyasi palitrası üçün yeni bir reallıq formalaşdırıb. Keçiriləcək prezident seçkiləri həm də bu nöqteyi-nəzərdən olduqca vacib əhəmiyyət daşıyır.

Yeni dövr üçün yeni çağırışlar...

Ümumiyyətlə, seçki prosesi xalqın iradəsi ilə hakimiyyətin formalaşdırılması mexanizmidir - 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişinin ardından Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi daha da inkişaf etdirildi və 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı. Xüsusi vurğulanmalıdır ki, 1993-2023-cü illər ərzində ölkəmizdə keçirilən seçkilər özünün şəffaflığı, demokratikliyi və bərabər yarış şərtlərinin müəyyənləşdirilməsi ilə şöhrət qazanıb. 2003-cü ildən bu yana keçirilən prezident seçkilərində cənab İlham Əliyevin mütləq qalibiyyətini şərtləndirən, xalqın öz liderinə inamının əsasını təşkil edən amillər bu günün rakursunda qalibiyyətlərimizin əldəolunmasına yol açıb. 2003-cü ildən başlanan və “mən hər bir azərbaycanlının Prezidentiyəm” deyə qədəm qoyulan bu yolda 20 il ərzində ən xırda nüansları belə diqqətlə müəyyənləşdirilən dövlət siyasəti yürüdülüb - məhz bu siyasət Azərbaycana mövcud qələbələri qazandırıb. Fevralın 7-nə təiyn olunan prezident seçkiləri cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Xalqına verdiyi sözün hər birinə ən yüksək səviyyədə əməl edən, “Qarabağ Azərbaycandır!” şüarını həqiqətə çevirən Prezident İlham Əliyev yeni çağırışların, yeni iqtisadi nizam quruculuğunun, yeni bölgəsəl münasibətlərin ortaya çıxacağı, bir sözlə Azərbaycanın tarixi inkişafının yeni mərhələsinə keçidin ərəfəsində belə bir qərar verməklə Xalq-Prezident birliyinin möhkəmliyni və sarsılmazlığını ortaya qoymuş oldu.

Seçki marafonunda bərabər imkanlar...

Qeyd edildiyi kimi, artıq bir neçə ildir ki, ölkəmizdə yeni siyasi situasiya formalaşıb. Siyasi partyalar haqqında yeni qanunun qəbulu, yeni siyasi konfiqurasiyanın formalaşdırılması ölkədə siyasi münasibətlərin tənzimlənməsində mühüm üfiqlər formalaşdırıb. Onsuz da həm Konstitusiya, həm də Seçki Məcəlləsi ölkədəki siyasi qüvvələrə, siyasi təşkilatlara bərabər rəqabət imkanları tanıyır -bu mənada qanunvericilik növbədənkənar Prezident seçkilərinin keçirilməsi məsələsində də hər hansı bir fərqli situaksiyadan xəbərə vermir. Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar ?rezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29