Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçkilərə qara yaxmaq arzusu…

Seçkilərə qara yaxmaq arzusu…

08.12.2023 [22:24]

Boş arumentlər, əsassız iddialar, yalan təsbitlər… 

Ölkədə növbədənkənar seçkilərin elan edilməsi yeni siyasi marafonun başlanğıcıdır. Hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərtlərdən biri – seçkilərdə qalibiyyət əldə etmək arzu və istəyi bu siyasi marafonu daha da maraqlı edə bilər. Bunun üçün bütün şərtlər mövcuddur – siyasi tərəflər üçün bərabərhüquqlu mübarizə şəraiti, azad rəqabətin inkişfı üçün mükəmməl qanunvericilik, müasir seçki təbliğat vasitələri (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ).

Ortada yalnız bir şərt qalır – siyasi iradə. Bəlkə də bu amil seçkidə iştirak üçün ən əsas şərtdir. Seçkidə iştirak edən tərəf və ya şəxs mütləq şəkildə seçkidə iştirakının səbəblərini və gələcək konsepsiyasını seçicilər ilə bölüşməlidir. Başqa sözlə,namizədin və ya namizədlərin gəldiyi yol və gedəcəyi yol seçkinin nəticələrinə təsir göstərən ən əsas komponentlərdir. 

Siyasət zamana əsaslanan nəsnə deyil – məsələn, siyasi təşkilatın yalnız siyasi kampaniyalar (seçkilər) dövründə fəallaşması doğru hədəf sayıla bilməz. Siyasət bütün dövrlər üçün aktual bir mövzudur və seçki kampaniyası dövrünə hədəflənərək qabarma-çəkilmə mahiyyətli siyasi xəttin yürüdülməsi uğur vəd edə bilməz. Özünü siyasi nəticəyə kilidləyən hər bir siyasi qurum və ya şəxs seçki marafonunda önə çıxmaq üçün özünün siyasi karyerasının hər günündə, hər saatında, hər dəqiqəsində və anında siyasi dividend qazanmağı hədəfləməlidir… 

Marginalların "hədəf" davası…

Amma bu gün nəyin şahidi oluruq – özünün siyasi karyerasını bəzən xəyanət, bəzən satqınlıq, bəzən qisas, bəzən xalqa hədəflənən qəzəb, bəzən isə cəmiyyətin ümumi maraqlarına qarşı sifarişlər əsasında quran radikal xarakterli "iddiaçılar toplusu" boş və arqumentsiz fikirlərlə və uğursuz şəkildə diqqəti cəlb etməyə "odaklanıblar". Dünənə qədər xalqın mənafeyinin əksinə istiqamətlənmiş maraqların "sözcüsü" kimi çıxış edənlər bu gün yersiz və əsassız "fərziyyələri" ilə siyasi gündəmi "qazanmağa" cəhdlər göstərirlər. Amma ilk baxışdaca uğursuzluğu boyda rişxəndi və gülünclüyü özündə əks etdirən bu "iddiların" daha çox seçkidən yayınmaq, seçki prosesini "ötüşdürmək", "imtahandan gizlənmək" mahiyyəti daşıdığı üzə çıxır. Həm danışanların "siyasi karyerası", "siyasi kimliyi", həm də səsləndirilən arqumentsiz "fikirlərdə" əks olunan ağlasığmaz yalanların miqyası bu həqiqəti daha da qranitləşdirir– növbədənkənar seçikləri hədəfə alanlar xalqın etimadını illər öncə itirmiş marginal qruplardır. Hansı ki, xalq etimadı əsasında yox, siyasi "donor" çətiri altında özünün fəaliyyətini "qurur". 

Arqumentsizlik "azarı" və ya qeyri-ciddi "təb"…

Bu fikirləri faktlarla sübut etmək mümkün və daha asandır. Məsələn, Turan İA-nın rəhbəri Mehman Əliyev fevralın 7-nə təyin edilmiş seçkiləri ölkədə fərqli üsul-idarəyə - parlamentli respublikaya keçidə hazırlıq kimi "qavrayır" və "təbliğ edir". Amma özünü "yeni ixtira" sahibi kimi göstərməyə çalışan M.Əliyev unudur ki, parlamentli respublikaya keçid başqa ölkələrdə hansı ağır fəsadlara yol açmışdı – məsələn, bu fakt Ermənistanda nələrə səbəb oldu, göz önündədir. Azərbaycanın belə bir mənfi təcrübədən yararlanması ehtimalı nə dərəcədə ağıla sığandır? Bu boş "iddiasını" ciddi və arqumentləşdirilmiş şəkildə qəbul etdirmək fikri M.Əliyevin özünün qeyri-ciddiliyindən xəbər vermirmi? 

Və ya İsa Qəmbərin ardından "Müsavat" sədrliyinə seçki saxtakarlığı yolu ilə gələn Arif Hacılıneın anlaşılmaz, məntiqsiz və söz  yığınından ibarət "fikirləri" gizlənmək arzusundan xəbər vermirmi? Elan edilmiş seçkini Azərbaycan cəmiyyətinin maraqları ilə "hesablaşmamaq" kimi "təqdim etməyə" çalışan A.Hacılı hətta bir az da uzağa gedərək seçkinin iki ay sonraya təyin edilməsini  "xalqın iradəsinin əks olunması üçün şəraitin yaranmasının qarşısını almaq" kimi xarakterizə edir. Yenə də boş və məntiqsiz fikirlə qarşı-qarşıyayıq – axı, xalq özünün iradəsini iki aya müəyyənləşdirmir. Bunun üçün bütün siyasi qüvvələrin illərlə keçdiyi yol göz önündədir. Məsələn, partiyasını qohum-əqrəba birliyinə, dost-tanış məclisinə çevirmiş "Müsavat başqanı" niyə etiraf etmir ki, rəhbərlik etdiyi partiya siyasi marafonlarda iştirak gücündə deyil. A.Hacılı isə hansı "məziyyətlərinə" görə xalqın "etimadını" qazana bilər? Axı, seçkilər iki ay sonraya deyil, bir il və ya hətta iki il sonraya təyin edilsəydi nə dəyişəcəkdi? Şəxsən A. Hacılı və ya onun timsalında başqa bir radikal müxalifət nümayəndəsi xalqın etimadını qazanmaq uğruna hansı addımı ilə seçilib? Bundan əvvəlki dövrlərdə İP-dən (İctimai Palata ) tutmuş "antimilli şura"ya kimi, SİDSUH-dan başlamış DUH-a kimi keçdiyiniz yolun hansı bir "stansiyasında" xalqın etimadını qazanmaq üçün bircə addım atmısınız? 

Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də özünün ucuz "arqumentləri" ilə gündəmə gəlməyə çalışır və A.Hacılının gülünc iddiasını müdafiə edir – görünür, gücsüzlüyünü pərdələmək üçün müxalifət başqa yollar tapmaq qabiliyyətində belə deyil… 

Əli Kərimlinin "dənizdən gözlədiyi işarə"… 

Və ya bütövlükdə həyatı "siyasi xəyanətlər" toplusuna çevrilmiş AXCP sədri Əli Kərimli yenə də özünün korafəhim zehniyyəti və uğursuz "münəccimliyi" ilə siyasi "proqnozlar" uydurmaqdadır. İndidən seçkinin nəticələrinə ləkə yaxmağa çalışan Ə.Kərimli bununla özünün əsl mahiyyətini ortaya qoyur – hətta bəzi beynəlxalq təşkilatların və ya ölkələrin Azərbaycana qarşı apardığı ədalətsiz kampaniyalara belə özlüyündə "haqq qazandırmağa" çalışır. Bu bir daha Əli Kərimlinin "siyasi korafəhmlikdən" əl çəkmədiyini, qərəz, yalan iddialarla manipulyasiyalara davam etmək istəyini ortaya qoyur. Ə.Kərimli onsuz da indiyə qədər olduğu kimi yenə də açıq siyasi mübarizədən yayınır – özünü "qorumağa" salışır. Amma Ə.Kərtimli həm də yaxşı bilir ki, xalq onun əsl kimliyini, əsl məramını yaxşı bilir – Kərimli nəinki partiyası daxilində müstəqil qərar vermək hüququna malik deyil, hətta bağlı olduğu "dairələrdən" icazəsiz sosial şəbəkələrdə adi bir post belə yaza bilməz. Kərimli bu "izahatı" ilə yenə də aldığı direktivlər əsasında danışdığını sübuta yetirir. 

Amma o unutmamalıdır ki, heç bir qüvvəyə daxili ictimai-siyasi həyatı ilə manipulyasiya imkanı yaratmayan Azərbaycan bizə uzanan əlləri və uzantıları kəsməklə özünün layiqli cavabını verir. Fərqli dövlətlərin ölkəmizdəki şəbəkələri dağıdıldı – İranın, Rusiyanın bu istiqamətdə dağıdılan şəbəkələri ən real misaldır. Azərbaycanın Ermənistana güzəştə getməsi üçün bütün variantlardan istifadə edən ABŞ, Fransa, Almaniya kimi dövlətlərin cəhdləri boşa çıxdı. Azərbaycan öz qətiyyətindən dönmədi və heç bir güzəştə getmədi. Hətta hazırda qeyri-qanuni fəaliyyət göstərən Qərb şəbəkəsinə qarşı reallaşdırılan bir sıra tədbirlər bu şəbəkənin Azərbaycanın daxili həyatına təsir göstərmək və gərginlik yaratmaq imkanlarının tam şəkildə aradan qaldırılmasına hədəflənib. 

Ə.Kərimli isə özünün boş fikirlərində yenə də xarici "havadarlarına" istinad etməklə aldığı "qonorar"ın miqdarını artırmağa çalışır. Azərbaycan xalqının onun kimi avantüristlərə heç bir zaman siyasi meydan verməyəcəyi həqiqətini Ə.Kərimlidən yaxşı dərk edən tapılmaz. Çünki Kərimli Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə ermənilərdən də çox məyus olan şəxs kimi özünün siyasi kimliüiyni ifşa etmiş birisidir. 

Daşlaşmış təfəkkür…

Maraqlıdır ki, Ə.Kərimli özünün "siyasi taftalogiyasında" yenə də xalqa deyil, xarici təsirlərə istinad etmək, onların çətirinin altına sığınmaq yolunu tutur. Məsələn, hətta seçkiləri Ukrayna müharibəsi ilə "əlaqləndirməyə" çalışan Kərimlinin proseslə bağlı təxmin və "proqnozları" da əsassız və arqumentsizdir. Ukraynada gedən prosesləri dəqiq qiymətləndirmək qabiliyyəti olmayan Ə.Kərimli Qərbin Ukraynadakı geriçəkilmələrini "ört-basdır" etməyə çalışır və bunun fonunda Azərbaycanın daxili qərarlarının regional "proyeksiyasını qurmaq" istəyir. Olduqca məntiqsiz və savadsız şəkildə aparılan "əlaqələndirmə" geosiyasi mahiyyətə malik olmadığını ilk baxışdan ortaya qoymaqdadır. Hətta Kərimli bildirir ki, guya siyasi situasiya 2024-cü ilə təyin edilmiş prezident seçkisində "heç bir seçki rəqabəti olmayacağını" göstərir – eyni məntiq burada da aktualdır, bəyəm gələn il yox o biri ilə seçki qərarı verilsəydi, nə dəyişəcəkdi? Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini təmin etmiş lider kimi İlham Əliyev xalqının dəstəyinə və etimadına inanır. Bu dəstək seçkilərdə də birmənalı şəkildə öz ifadəsini tapacaq. 

Əli Kərimlinin AXCP biznesindəki sağ əli Fuad Qəhrəmanlı da özünün "rəhbəri" kimi seçkiləri xarici "amillər" ilə bağlamağa çalışır. 20 ildir eyni iddialardan əl çəkməyən müxalifətin bir addım da irəliləməyən təfəkkürü və zehni insanda yalnız və yalnız gülüş yaradır. Əgər Azərbaycan hansısa bir dövlətin və ya qurumun təsiri altında qərarlar versəydi, 44 günlük müharibə, ardından antiterror tədbirlərindən sonra niyə erməniləri müdafiə edən güclərin hədəfinə çevrilirdi? Görünür məntiqsizlik, absurdluq ancaq radikal müxalifətə xas olan xüsusiyyətlərdir. 

Yalan iddia və ya Tural Salıqlının "mühacir gəliri"…

Bağlı olduğu dairələrin maraqlarından "kənara çıxa bilməyən" "siyasətçilərdən" Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının "təsbitləri" isə daha gülünc və primitivdir. Hiss olunur ki, "regional qarşıdurmalar yaratmaq cəhdi" əmri almış Qasımlının Rusiya sülhməramlıları faktoruna "sığınmaq" cəhdi çayda saman çöpündən yapışmaq arzusudur. Özünü "siyasi ekspert" kim dəyərləndirən bu şəxs sülhməramlıların regiona gəliş səbəbini özü üçün izah edə və nəticə çıxara bilmirsə, buna nə deyəsən? Absurd "arqument"lərə söykənərək seçkiyə qarşı "hücum" təşkil etmək arzusu burada da fiaskoya uğrayır.  

Başqa bir uğursuz  - "siyasi mühacir" pərdəsi altında gizlənən Tural Sadıqlı isə bu seçkiləri nə qədər ironik olsa da, məhz "mühacirlərlə" "əlaqələndirməyə" çalışır. Bu yolla özünə "ciddi fiqur" statusu əldə etməyə çalışan Sadıqlının yalnız maddi gəlir axtarışında olması isə heç kimə sirr deyil. Onların məşğul olduqları "mühacir biznesi"nin detalları ilə bağlı KİV-də kifayət qədər məlumat yer almaqdadır… 

Qəflət yuxusundakı Cəmil Həsənli…

Növbədənkənar prezident seçkilərini “qəfil” seçkilər adlandıran "antimilli şura" sədri Cəmil Həsənlinin "fikirləri" isə əməlli başlı qaravəllidir – görünür uzun bir müddət okeanın əks tərəfində qalan C.Həsənli hələ də qəflət yuxusundadır. Bəlkə də, C.Həsənli son proseslərdən də "xəbərsizdir" – hətta Qarabağda suverenliyimizin bərpasını da onun qulağına pıçıldamayıblar. Yeni arqument "uydurmaq" qabiliyyəti olmayan Həsənli yenə də köhnə "plaşına burunməyə" üstünlük verir – onun yenə də əlində "bayraq etməyə" çalışdığı əsassız "arqumentləri" radikal kəsimin ənənəvi "bəhanə və yalanlarıdır"… 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 253 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29