Millət vəkilləri İrana etiraz edirlər
15.02.2012 [23:23]
Məlum olduğu kimi, fevralın 12-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz notası təqdim edilib. Rəsmi Tehran Azərbaycan dövlətini İranın nüvə alimlərini qətlə yetirənlərə sığınacaq verməkdə günahlandırır.
Məlumata görə, bu ölkənin Xarici İşlər Nazirliyinin MDB və Qafqaz işləri üzrə dəftərxanasının baş direktoru İsrail xüsusi xidmət qurumu “Mossad”ın Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edib. İran Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin qarşısında “Mossad”ın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlarda istifadəsinə son verməsi tələbini qoyub. Notada iddia olunur ki, guya İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.
Artıq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bu məsələyə münasibət bildirilib: “Azərbaycan səfirinin çağırılıb ona nota təqdim olunması Azərbaycanın ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı notasına İran tərəfinin verdiyi absurd reaksiyadır”.
Milli Məclisin dünən keçirilən iclasında isə deputatlar İran tərəfinin bu addımını qəti şəkildə pisləyiblər.
“İranda bəzi dairələr Azərbaycana qarşı təhdidlə, təxribatla məşğuldur. Bunun kökünü axtarsaq, yenə bəzi qurumlara gedib çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyıq”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, qarşı tərəfdən yaradılan problemlərə baxmayaraq, biz öz səviyyəmizi qoruyub saxlamalıyıq. Onun fikrincə, İran diplomatiyası bəzi səhvlər buraxıb.
“Amma biz qonşuluq münasibətlərini qorumalıyıq. Deyirlər, guya Azərbaycan ərazisindən İrana hücum olacaq və sair. İran parlamentində Azərbaycana qarşı çıxışlar da oldu. Hətta “Türkmənçay” müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Buna baxmayaraq, bu məsələni dərinləşdirmək lazım deyil. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək heç bir qonşu ölkəyə qarşı tədbir keçirə bilməz. Bu mövqeyi İran tərəfi də qəbul edir. Azərbaycana qarşı yönələn qüvvələrin isə - “Səhər” televiziyasının və digər qurumların cavabı verilir və veriləcək” - deyə, spiker vurğulayıb.
Milli Məclisin vitse-spikeri Bahar Muradova da İranın notası ilə bağlı millət vəkillərinin narahatlığını bölüşüb: “İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk, lakin sonda sərt notalar gördük. Bu gün dünyada və bölgədə gedən proseslərə adekvat münasibət bildirilməlidir”.
İclasda çıxış edən millət vəkili Qənirə Paşayeva da İranın Azərbaycana qarşı yönəlmiş siyasətini tənqid edib: “Azərbaycanın ən ağır dövrlərində belə biz İranın dəstəyini hiss etməmişik. İran daim Ermənistanı dəstəkləyib. Vaxtilə İran Ermənistanla sərhədini bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır. İranın “Səhər” kanalı səhərdən axşama qədər Azərbaycan haqqında təxribat xarakterli verilişlər verir, insanları hakimiyyətə qarşı yönəltməyə çalışır. Bu telekanalı İran hökuməti dəstəkləyir. İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər. İranın elə deputatları var ki, onlar Azərbaycanın müstəqilliyini qəbul etmirlər. Biz onlara anlatmalıyıq ki, müstəqil dövlətik və daim belə olacaq”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə hesab edir ki, verilən nota İran hakimiyyətində olan müəyyən qrupların əsassız ittihamıdır. Onun sözlərinə görə, qonşu dövlətlər olan Azərbaycanla İran arasında tarixi bağlantıları var: “Mədəniyyətimizdə, tariximizdə çox böyük kəsişmə nöqtələri var. İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanın İrana qarşı heç vaxt pis niyyəti olmayıb. Hətta bir neçə il öncə İrana hücum mövzusu gündəmə gələndə Azərbaycan Prezidenti xarici səfərlərinin birində KİV nümayəndələrinin sualına cavab olaraq ölkəmizin hansısa dövlətə qarşı poliqona çevrilməyəcəyini və ərazilərimizdən digər ölkələrə qarşı xoş olmayan addımların atılmasına yol verilməyəcəyini bəyan etdi. Bu prinsipiallıq bu gün də mövcuddur. Amma buna baxmayaraq, İranda bəzi dairələr münasibətlərimizə xələl gətirməyə çalışır”.
O qeyd edib ki, İran tərəfinin bu hərəkəti ölkələr arasında yaxın qonşuluq və dostluq münasibətlərinə zərbə vuran hadisədir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə bildirib ki, bu hadisə İranın Azərbaycana qarşı böhtan və iftira kampaniyasını davam etdirdiyini göstərir. O, deyib ki, İran bu gün terroru dəstəkləyən ölkə kimi dünyaya qarşı təhdidlərini davam etdirir: “İran bütün dünyada sülhə və sabitliyə təhlükədir. Beynəlxalq birlik bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Hesab edirəm ki, Azərbaycan da həmin sanksiyalara qoşulmalıdır. Bundan sonra, İran Azərbaycana qarşı belə məkrli siyasətinə son qoyar”.
Millət vəkilinin fikrincə, Azərbaycan bu məsələdə Qərblə bir olmalıdır: “İran əmin olsa ki, dünyanın nüfuzlu gücləri Azərbaycana dəstək verir, o zaman ölkəmizə qarşı təhdidlərini, şər, böhtan kampaniyasını dayandırar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

