Azərbaycanda azad sözün və mətbuatın inkişafına münbit zəmin yaradılıb
08.09.2011 [10:33]
Söz azadlığı demokratiyanın ən mühüm komponentlərindən biri sayılır. Yəni, hər bir demokratik cəmiyyətin ən əsas göstəricilərindən biri məhz söz azadlığının təminatı məsələsidir. Bu mənada, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda demokratik dövlətçilik quruculuğunun inkişafı prosesində söz azadlığının təminatı əldə olunan əsas nailiyyətlərdən sayılır. 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında ölkəmizdə söz və mətbuat azadlığının təminatı, o cümlədən, vətəndaşların bu istiqamətdə hüquqları geniş şəkildə təsbit olunub. Bununla bərabər, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı, demokratik dəyərlərin qorunması yönündə bir sıra mühüm qanunlar qəbul edilib, addımlar atılıb.
ölkəmizdə mətbuat və söz azadlığının təminatından bəhs edərkən təbii ki, 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanmasını xüsusi olaraq vurğulamaq yerinə düşər. çünki sözügedən Fərman ölkəmizdə mətbuatın tam azad fəaliyyəti ilə bağlı yeni mərhələnin başlanğıcı oldu.
Təəssüf ki, ölkədə mətbuata verilən geniş azadlıqdan bəzi məqamlarda sui-istifadə olunması kimi hallara da rast gəlinir. Kimsəyə sirr deyil ki, demokratik ölkə olan, bu dəyərlərə hər zaman sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün qəzet açmaq, fəaliyyət göstərmək üçün heç bir əngəl və ya maneə yoxdur. Hər bir Azərbaycan vətəndaşı mətbu orqan açaraq fəaliyyət göstərə bilər. Sadəcə, bəzi insanların demokratiya anlayışını özü üçün xaos və ya sərhədsiz imtiyaz kimi qavrayışı, azadlıq məfhumunu şəxsi düşüncə tərzi çərçivəsində anlaması bir sıra problemlərin ortaya çıxmasına zəmin yaradır. Digər tərəfdən, sensasiya yaratmaq və ya tirajın artırılması üçün yazılan əsassız, etikadan kənar, o cümlədən, peşəkarlıqdan uzaq yazılar, yalan və böhtanlar insanların yazılı KİV-ə inamını və marağını azaldır. Bu isə son nəticədə, peşəkar, həqiqətən də, mətbu dəyərləri qoruyan qəzetlərin belə satışına, fəaliyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, bəzi siyasi ambisiyalara malik, o cümlədən, bəzi xoşagəlməz oyunların iştirakçısına çevrilən qəzetlər ölkədə siyasi sabitliyə xələl gətirmək üçün müəyyən cəhdlər göstərirlər. Əlbəttə ki, bu neqativ addımlar vətəndaşlarımız tərəfindən birmənalı şəkildə qəbul olunmasa da, qəzetçilik fəaliyyətinə kölgə salır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da sentyabrın 6-da MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslardakı çıxışında bu məsələyə toxunub. Əli Həsənov bildirib ki, bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələri təəssüfləndirici haldır. Şöbə müdiri qeyd edib ki, artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmır və həmin xəbərin televiziyada təsdiq olunmasını gözləyir.
Təbii ki, burada da yuxarıda qeyd etdiyimiz məqamlar yer alır. Yəni, ölkə rəsmisinin də vurğuladığı kimi, bəzi şəxslərin qəzet adı altında korporativ maraqları üçün çalışması, ən əsası isə burada qeyri-qanuni və şantaj yolunu seçməsi ölkəmizdə qəzetə inamı sarsıdır.
Əli Həsənovun sözlərinə görə, əgər bir şəxs səhər qəzet alanda oradan obyektiv, düzgün məlumat ala bilmirsə, həmin qəzet öz ictimai-siyasi vəzifəsini yerinə yetirməmiş sayılır: “Jurnalist heç vaxt mülahizə ilə çıxış etməli deyil, çünki hər redaksiya öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır”.
Bir sözlə, artıq xeyli müddətdir Azərbaycan qəzetlərinin bəzilərinin bir növ “adətə” çevirdiyi və “etibarlı mənbə” adlandırdığı qeyri-dəqiq məlumatların yazılı KİV-ə vurduğu zərbə bir daha qeyd edilir. Bəlli olduğu kimi, bəzi siyasi ambisiyaya malik qəzetlərin ölkədə siyasi sabitliyə xələl gətirməsi üçün, o cümlədən, guya hökumətlə bağlı sensasion xəbərləri məhz bu “yolla” mətbuat səhifələrinə yol tapır. Yəni, həmin qəzetlər öz əsassız fikirlərini “etibarlı mənbə” adı altında oxucuya sırımağı artıq ənənəyə çevirib.
Əli Həsənov onu da bildirib ki, Azərbaycanda həqiqəti tapmaq üçün gündə azı beş qəzet oxumalısan: “Bəziləri hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı, düzgün məlumatı özləri üçün ayırd etməli olurlar. Əslində isə, qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər”.
Bir sözlə, qeyd olunduğu kimi, hər şeyi qara rəngdə qələmə verməyə çalışan bir sıra qəzetlər fəaliyyətlərini yalanlar üzərində qurmaqla məhşurlaşmaq istəyir. Bu isə, ölkə vətəndaşlarına araşdırılmamış, əsası olmayan, dəqiqləşqdirilməmiş informasiyalar verməklə yanaşı, mətbuatın peşəkarlığının da şübhə altına alınmasına gətirib çıxarır. Təbii ki, bütün bunlar kompleks şəkildə ölkəmizdə azad sözün, mətbuatın inkişafına kölgə salır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

