Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ məsələsində "nə müharibə, nə sülh" şəraiti uzun müddət davam edə bilməz

Dağlıq Qarabağ məsələsində "nə müharibə, nə sülh" şəraiti uzun müddət davam edə bilməz

07.09.2011 [10:58]

“Dağlıq Qarabağ probleminin nizamlanma prosesi ilə bağlı dəfələrlə bəyan etmişik ki, bunun sadə formulu var - məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Bu formulla bağlı Azərbaycan Prezidenti dəfələrlə danışıb, danışıqlar prosesinin hansı məsələlər ətrafında getdiyini də söyləyib. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Dağlıq Qarabağda yaşayan bütün əhalinin milli, etnik vətəndaş hüquqları və dinc şərait təmin olunmalıdır. Bu normalar artıq bəllidir və neçə illərdir bu normalar ətrafında danışıqlar gedir. Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmamağı, qeyri-konstruktivliyi, yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu proseslərin getdikcə ləngiməsinə səbəb olur”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına qazanıb” fikirlərinə münasibət bildirərkən deyib.
Şöbə müdiri deyib ki, Dağlıq Qarabağ probleminin həlli gec-tez tapılmalıdır: “Əks təqdirdə “nə müharibə, nə sülh” şəraiti - torpaqların işğal altında qalması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində məskunlaşması uzun müddət davam edə bilməz”.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31