Avropanın siyasi paytaxtında...
28.03.2023 [10:46]
Azərbaycan sədaları
MÜBARİZ
Bu günlərdə Avropanın siyasi paytaxtı sayılan Brüsseldə Azərbaycan sədaları səslənib. Belə ki, Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə izdihamlı mitinq baş tutub. Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından verilən məlumata görə, mitinqdə müxtəlif müddəaların yer aldığı bəyanat qəbul edilib.
Azadlıq, ədalət və milli hökumət
Bu günkü İranı qısa şəkildə xalqlar həbsxanası kimi səciyyələndirmək mümkündür. Mollakratiyanın müstəmləkəçilik və istismar siyasəti bu ölkədə yaşayan azərbaycanlılara münasibətdə daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda İranın siyasi hakimiyyəti çox ciddi bir Azərbaycanafobiya yaşayır. Bu da ilk növbədə ölkədə 40 milyondan çox azərbaycanlının yaşaması faktı ilə bağlıdır. Azərbaycanlılar Təbrizin, Ərdəbilin, Urmiyanın və digər ərazilərin aborogen sakinləridirlər. Bununla belə, onların hüquqları hər addımda pozulur. İran rejimi bu ölkədə yaşayan bir ovuc erməniyə ana dilində təhsil almaq, qəzet və jurnallar dərc etdirmək imkanları yaratsa da, azərbaycanlıların belə hüquqlarını tanımaq istəmir. Hələ də İranda soydaşlarımız milli dildə təhsil ala bilmirlər, burada Azərbaycan dilində qəzet və jurnalların dərc edilməsinə qadağa qoyulub. Bu günlərdə İrandan mühafizəkar rejiminin siyasi iradəsi əsasında Təbriz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi də bağlandı. Təbriz Universitetinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinə xitam verilməsi mollakratiyanın İranda uzun illərdir ki, davam etdirdiyi bu ölkədə yaşayan azərbaycanlıların təqib edilməsi, diskriminasiyaya məruz qoyulması siyasətinin tərkib hissəsi anlamına gəlir. İranda azərbaycanlılar yaşayan vilayətlərin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdan ötrü ən müxtəlif variantlara əl atılır. Belə ki, həmin bölgələrdə iqtisadi layihələr reallaşdırılmır, ekoloji və sosial gərginliklər yaradılır. İran hakimiyyətinin gizli planına əsasən azərbaycanlıların rəmzlərindən birinə çevrilən Urmiya gölü quruyur. İranın azərbaycanlılar yaşayan bölgələrdə insanlar dövlətin sosial qayğısından kənarda saxlanılır. Buna ən son nümunə kimi, cari ilin yanvarında baş verən zəlzələnin dağıdıcı təsirlərinə məruz qalan azərbaycanlılara yardım göstərilməməsini nümunə çəkə bilərik.
İranda soydaşlarımıza qarşı məqsədli şəkildə həyata keçirilən belə diskriminasiya siyasəti burada milli hökumətin qurulmasını zərurətə çevirib. Brüsseldə baş tutan aksiya iştirakçılarının bildirdikləri kimi, son vaxtlarda Güney Azərbaycanda keçirilən etirazlarda da bir qayda olaraq “Azadlıq, ədalət və milli hökumət” şüarı səsləndirilir. Bu, İranda yaşayan on milyonlarla azərbaycanlının istəyi və amalıdır.
Brüsseldə qəbul olunan bəyanatda xatırladılır ki, Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan Türk Millətinə və İranın digər Türk toplumlarına ən ağır təzyiqlər göstərmiş, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxmışdır. Azərbaycan Türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı. Lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu. Buna görə də hazırda İranda bütün məzlum xalqlar kimi azərbaycanlılar da ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər. Bəyanatda dünya ölkələrinə İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağa çağırış edilib.
Dünya azərbaycanlılarının ümid yeri olan Lider - İlham Əliyev İmzası və sözü vəhdət təşkil edən İlham Əliyev dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidenti olduğunu hələ 2003-cü ildə bəyan etmişdi. Bu, yeni mərhələdə dünya azərbaycanlılarının yaddaşının itilənməsi, onlara böyük ümid verilməsi, milli ideyanın xəyaldan gündəliyə daşınması anlamına gəlir. Prezidentin 20 il əvvəl verdiyi bəyanatı mənəvi status daşıyırdısa, hazırda həmin bəyanat siyasi istiqamətə çevrilib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşündə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Belə qətiyyətli mövqe sərgiləməsi Prezident İlham Əliyevi dünyada yaşayan təxminən 50 milyon azərbaycanlının inam və ümid yerinə çevirib. Soydaşlarımız İlham Əliyevə inamlarını Brüsseldə keçirilən aksiyada bir daha ifadə ediblər. Aksiyada qəbul olunan bəyanatda oxuyuruq: “Son aylarda beynəlxalq sahədə, o cümlədən Türk Dövlətləri Təşkilatında Güney Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət adamı Prezident İlham Əliyev olmuşdur. Biz buradan Prezident cənablarına təşəkkür edib minnətdarlığımızı bildiririk və möhtərəm Prezidentdən Güney Azərbaycanın səsini daima əks etdirməsini, beynəlxalq sahələrdə haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

