ABŞ müharibəyə hazırlaşır?
25.10.2022 [10:41]
Hərbi əməliyyatlar gələn il reallaşa bilər
ABŞ Çinlə bağlı sükutu pozmaq niyyətindədir. Uzun müddətdir ki, Tayvan üzərindən aparılan siyasi ritorika hərbi əməliyyatlarla əvəz oluna bilər. Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Maykl Qildey Atlantik Şurasının iclası zamanı Tayvanla bağlı vəziyyəti dəyərləndirib. O, Tayvan üzərində münaqişənin kəskinləşməsinin gələn ilin əvvəlində baş verəcəyini güman etdiyini bildirib. Admiral bunun fonunda Asiya-Sakit Okean regionunda Amerika gəmilərinin döyüşə hazır vəziyyətdə olması gərəkdiyini də deyib. “Son 20 il ərzində biz gördük ki, Çin Tayvanla bağlı açıqladığı planlarını yerinə yetirib... 2027-ci ilə qədər olan vaxt intervalı haqqında danışarkən, düşünürəm ki, bu, 2022-ci ilin sonu və ya potensial olaraq 2023-cü ilin əvvəli olmalıdır, mən bunu istisna edə bilmərəm”, - deyə amerikalı admiral qeyd edib. Qildey ABŞ Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməyə ehtiyacı olduğuna da diqqət çəkib.
Vurğulamaq lazımdır ki, admiral Maykl Qildeyin bu xəbərdarlığı ilk deyil. “The Financial Times” qəzetinin yaydığı məlumata görə, bir müddət əvvəl Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Filip Devidson da Çin ordusunun 2027-ci il ərəfəsində Tayvana qarşı əməliyyat keçirə biləcəyini iddia etmişdi.
Çin hərəkətə keçib
Bu arada Tayvan Müdafiə Nazirliyi isə Çin ordusunun adaya 22 təyyarə və 4 gəmi göndərdiyini bildirib. Məlumata görə, nazirlik xüsusilə qırıcı və PUA-ları qeydə alıb. Onlar Tayvan boğazındakı “orta xətt” adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Tayvan da öz növbəsində, vəziyyəti izləmək üçün hava patrulu göndərib, radio xəbərdarlığı edib, həmçinin zenit-raket sistemlərini aktivləşdirib.
Çin isə ada ətrafında öz mövqelərini daha da möhkəmləndirmək niyyətindədir. Çinin 12 hərbi təyyarəsi və 4 gəmisi manevrlər zamanı Tayvan sərhədinə yaxınlaşıb. Bu barədə Tayvanın Müdafiə Nazirliyi tvitterdə məlumat yayıb. İddia olunur ki, manevrlər zamanı iki təyyarə - “Su-30” qırıcısı və “BZK-005” tipli kəşfiyyat pilotsuz təyyarəsi Tayvan boğazının sözdə median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Çin ordusu belə manevrləri müntəzəm olaraq keçirir.
Pekin Tayvan məsələsində gücdən istifadəni istisna etmir
Xatırladaq ki, Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayında partiyanın yeni formalaşmış 205 nəfərlik Mərkəzi Komitəsinin oktyabrın 23-də keçirilmiş ilk plenumunda ÇKP-nin Mərkəzi Komitəsinin hazırkı baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Mərkəzi Komitənin baş katibi seçilib. Çıxışında Si Cinpin Tayvan məsələsinə də toxunub və bildirib ki, Pekin lazım gələrsə, Tayvana qarşı güc tətbiq etmək imkanından istifadə edə bilər. Çinin müdafiə naziri Vey Fenqe isə bildirib ki, milli təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda Çin silahlı qüvvələri ayıq-sayıq olmalı və təlim keçməlidir.
Maraqlıdır ki, Tayvanla bağlı həyacan təbili çalındığı bir dövrdə ABŞ müxtəlif səviyyələrdə “vahid Çin” siyasətini davam etdirməyə sadiq olduğunu da bəyan edir. Bununla belə, “The Financial Times” xatırladır ki, ABŞ Konqresi yaxın 5 il ərzində Tayvana 10 milyard dollarlıq silah satışının maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsin? tezliklə qəbul etməyi planlaşdırır. Nəşr bildirir ki, Taypey əvvəllər Amerika silahlarının tədarükü üçün pul ödədiyinə görə, belə bir presedent yaratmaq mümkündür.
Tayvan ABŞ cəmiyyəti üçün maraqlı deyil
Xarici ekspertlər isə ABŞ Senatının Tayvanın statusu və adanın müdafiəsi ilə bağlı maliyyə vəsaitinin ayrılması haqqında qanun layihəsini qəbul etməyə hazırlaşdığını bildirirlər. Bu sənədi öz daxili işlərinə müdaxilə kimi görən Çin isə artıq buna etiraz edib. Prezident Co Bayden isə iki yol ayrıcındadır: ya, Pekinlə münasibətləri kəskinləşdirməmək üçün qanunu imzalamamalı və ya veto hüququndan istifadə etməli, ya da açıq qarşıdurmaya getməlidir. Yeri gəlmişkən, Çin Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsinin təsdiqlənməsinə cavab olaraq Amerikanın müdafiə şirkətləri Raytheon Technologies və Boeing Defence-nin rəhbərlərinə sanksiya tətbiq etmək qərarına gəlib.
ABŞ-da isə seçkilər artıq yaxınlaşmaq üzrədir. Bu mənada, Tayvanla bağlı gözlənilən qərarın imzalanması Üç Kommunikenin birtərəfli qaydada rədd edilməsi, münasibətlərin prezident Niksondan əvvəlki dövrlərə qaytarılması deməkdir. Bayden isə qismən də olsa hökumətinin daxili problemləri ilə məşğul ola bilməməsini ört-basdır etmək üçün Çin məsələsində gərginliyi saxlamaq istəyir.
Eyni zamanda, xarici mütəxəssislərin fikrincə, Tayvan məsələsi noyabr seçkiləri kontekstində seçicilərin vacib hesab etdiyi ilk on məsələyə belə daxil olmayan Ukraynadan da geridə qalır. Sosioloji sorğular göstərir ki, Avropada olduğu kimi, ABŞ-da da insanların böyük əksəriyyəti ərzaq və enerji kimi mühüm sahələrdə inflyasiyanın artması ilə yanaşı, silah, cinayət, səsvermə, immiqrasiya və cəmiyyətin qütbləşməsi ilə bağlı siyasi məsələlərdən narahatdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

