Reallıq hissini itirmişlər
19.01.2011 [09:09]
Başqa vaxt jurnalistika peşəsindən, sözün siyasi, iqtisadi, sosial və digər spektrli yüklərindən danışan radikal müxalifətin yazarları deyəsən artıq heç öz sözlərinin qədirini də bilmirlər. Təhriflərlə, yalanlarla dolu “yazıları” ilə ictimaiyyətdə ikrah hissi yaradan müxalifətdən olan jurnalistlər digər peşəkar yazarlar haqqında da mənfi rəy yaradırlar.
Jurnalist olan şəxs obyektiv mövqe tutaraq, hadisələri müqayisə etməli, təhlillər aparmalı və aldığı yekun nəticəni ictimaiyyətin diqqətinə çatdırmalıdır. Az təcrübəli araşdırmaçı-jurnalistlər də bilirlər ki, bir hadisə ilə digəri arasında analogiya aparıb yekun fikir söyləməkdən ötrü əvvəlcə araşdırma üçün seçilmiş obyektlər haqqında kifayət qədər məlumat toplamaq və təhlillər aparmaqla son nəticəni çıxarmaq lazımdır. Burada isə ən əsası odur ki, jurnalist obyektivliyi tam qorumaqla ictimaiyyətə dolğun və əsaslandırılmış “intellektual məhsul” təqdim etsin. Amma hər zaman ampluasında olan Azərbaycanın müxalif yazarları obyektivliyə riayət etmədən, hər hansı bir araşdırma aparmadan yenidən uydurma fikirlər söyləyirlər.
Müxtəlif ölkələrdə siyasi kataklizmlər, hakimiyyət dəyişiklikləri baş verən kimi radikal müxalifət başçıları qəzet səhifələrində uydurma şərhlər verməyə, analogiyalar aparmağa başlayır, həmin hadisələrin mütləq Azərbaycanda da təkrarlanacağını isbat etməyə cəhd göstərirlər. Hakimiyyət iddiasından heç cür əl çəkə bilməyən Əli Kərimli, İsa Qəmbər və onların tapşırığı ilə ağlasığmaz iddialarla çıxış edən müxalif yazarlar indi də Tunisdə prezident Ben Alinin istefasını geniş müzakirə mövzusuna çevirib və nə qədər gülünc görünsə də, bu ölkə ilə Azərbaycan arasında paralellər aparmaq istəyirlər. Amma ortaya tutarlı dəlil və ya fakt çıxara bilməyən radikallar, hər zaman olduğu kimi, bu dəfə də ibtidai səviyyədə düşündüklərini tam sübuta yetirirlər. Görünür, vaxtilə Gürcüstan, Ukrayna, Qırğızıstanda hakimiyyət dəyişikliyindən ruhlanaraq müxtəlif şərhlər verən və özlərini artıq hakimiyyət kürsüsündə görən bu şəxslər artıq tarixdən nəticə çıxarmaq, reallıqları olduğu kimi dərk etmək qabiliyyətini tam itiriblər...
Yeri gəlmişkən, müxalifət yazarlarının dezinformasiyaları, uydurmaları ilə insanların yalnış məlumatlandırılmaması və hadisələrin tam təfərrüatlı şəkildə ictimaiyyətin diqqətinə çatdırılması üçün detallı təhlil aparaq.
Qeyd edək ki, Tunis Afrika qitəsinin şimalında yerləşən, uzun illər Osmanlı İmperiyasının tərkibində qalan, 1883-cü ildən isə Fransanın protektoratlığına daxil olan, 1957-ci ilə kimi monarxiyanın hökm sürdüyü bir ölkədir. Uzun illərin depressiyasından sonra Tunisdə iqtisadiyyat yenicə islahat mərhələsinə qədəm qoyub. ölkədə cəmi 6 siyasi partiya fəaliyyət göstərir, müstəqil vətəndaş cəmiyyəti institutları yoxdur. Tunisdə 306 qəzetin lisenziyası olsa da, cəmi bir neçə qəzet çıxır, müxalifət və müstəqil mətbuat 1990-cı ildə ləğv olunub, sonrakı dövrdə isə onların fəaliyyətinə icazə verilməyib. ölkədə demokratiya ənənələri formalaşmayıb, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində qanunvericilik beynəlxalq standartlara cavab vermir.
Beləliklə də, göstərilən bu məlumatlardan da aydın olur ki, Tunis yerləşdiyi coğrafiyasına görə turistlər üçün cəlbedici ölkə olsa da, siyasi və iqtisadi cəhətdən zəif, demokratik inkişaf yolu keçməyən bir dövlətdir.
Lakin Azərbaycan Şərqdə ilk demokratik respublika olub, 1991-ci ildə yenidən dövlət müstəqilliyini əldə edib. ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sürətli demokratik inkişaf yoluna qədəm qoyub.
Bu gün isə Azərbaycan hüquqi, sivil, demokratik, güclü, dinamik inkişaf edən, iqtisadiyyatın keçid mərhələsini arxada qoyan Cənubi Qafqaz regionunun lider dövlətidir.
ötən 20 ilə yaxın dövrdə ölkəmiz dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olub, qanunlarımız beynəlxalq standartlara uyğunlaşdırılıb, vətəndaş cəmiyyəti institutları və müstəqil mətbuat formalaşıb.
Azərbaycanda demokratiya ənənələri də inkişaf edir, vətəndaşların hüquq və azadlıqlarına həm qanunvericilik, həm də dövlət tərəfindən tam təminat verilir. Eyni zamanda, ölkəmizdə 4500-ə yaxın mətbuat orqanı, 2600-dən artıq ictimai təşkilat və 54 siyasi partiya dövlət qeydiyyatından keçib.
Bununla belə, ölkədə liberal iqtisadiyyat formalaşıb, minlərlə özəl müəssisə fəaliyyət göstərir, iqtisadiyyatın 85 faizdən çoxu özəl sektorda cəmləşib. Azərbaycan regionun həyatında mühüm rol oynayan, transmilli və regional layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, bununla yanaşı, ölkəmiz bölgədə sülhün, təhlükəsizliyin qorunub saxlanmasına böyük töhfə verir. Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəlayiq yer tutub və söz sahibinə çevrilib.
Bu gün Prezident İlham Əliyevin fəaliyyəti ölkənin daha sürətlə inkişaf etməsinə, müasirləşməsinə, ictimai həyatın yeniləşməsinə, demokratiyanın, vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlib və bu sahələrdə inqilabi nailiyyətlər əldə edilib.
Bu nailiyyətləri, hətta, dünyanın ən obyektiv təşkilatları öz hesabatlarında qeyd edirlər və Azərbaycanı dünyanın bir çox dövlətlərinə nümunə göstərirlər.
Digər tərədən, Prezident İlham Əliyevin rəhbərliyilə sosial-iqtisadi sahələrdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bu gün dünya iqtisadi inkişafın Azərbaycan modeli haqqında danışır.
Beləliklə, aparılan qısa sorğu xarakterli araşdırmadan da bəlli olur ki, Tunislə Azərbaycan arasında paralellər aparmaq qeyri-mümkündür. Hətta, araşdırmaya statistik məlumatları da əlavə etsək, o zaman Azərbaycanla Tunis arasında uçurumun nə qədər geniş olduğunu görərik.
Yekun fikrimiz ondan ibarətdir ki, bu gün dünyanın enerji xəritəsini bəlirləyən dövlətlərdən biri olan Azərbaycanla Tunis arasında analogiya aparıb, hansısa Afrika dövlətindəki prosesləri Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan üzərinə proyeksiya etmək ən azından ədalətsizlikdir.
Buradan da belə bir nəticə çıxır ki, müxalifət başçılarının və onların sifarişi ilə dedi-qodu və şayiə yayan mətbuatın iddialarının heç bir əsası yoxdur. Onlar hər bir hadisədən bəhanə kimi istifadə edir, özlərini və qurumlarını reklam etdirmək, ictimaiyyətin yadına salmağa çalışırlar. Tunislə Azərbaycanı müqayisə edən müxalifət başçılarını yəqin ki, artıq ciddi siyasətçi imici də maraqlandırmır ki, onlar bu qədər bəsit və ağlasığmaz müqayisələrə, paralellərə yol verirlər. Əgər sabah müxalifət mətbuatında “özünü yandırmağa göysatan axtarırıq” elanı görsək, o zaman heç də təəccüblənməməliyik. çünki artıq radikal müxalifətin nümayəndələrini nə imic, nə ictimai rəy, nə də sözün qiyməti maraqlandırır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

