Zamanın tələbi
24.08.2022 [08:13]
20 il öncə, bu gün...
Azərbaycan Konstitusiyasına
ilk əlavə və dəyişikliklər edildi
PƏRVİZ
Müasir dövrdə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasını daşıyır. Bu ali hüquqi akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Bundan başqa, konstitusiya dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir.
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir. Hüquqi dövlət olan müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı - respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən etdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət oldu.
Müasirləşmə və inkişaf qaçılmaz prosesdir. Bu baxımdan, zaman ötdükcə Konstitusiyanın da yenilənməsinə, əlavə və dəyişikliklərə ehtiyac yaranır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyasında da zaman-zaman bu kimi əlavə və dəyişikliklər edilib. 2002, 2009, 2016-cı ildə edilən əlavə və dəyişikliklər ölkəmizin Ana Yasasının müasir forma və məzmun almasında mühüm rol oynayıb.
Yeri gəlmişkən, 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) vasitəsilə Konstitusiyamıza ilk dəyişikliklər həyata keçirilib. 20 il öncə referendumda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Əsas qanuna təklif olunan prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin səs çoxluğu - “50+1” prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Eyni zamanda, konstitusiya islahatları hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün formalaşdırılması və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə edirdi. Bu və digər dəyişikliklər cəmiyyətin inkişafından doğan, Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etdi, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb oldu.
Referendum nəticəsi kimi, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əksini tapdı. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək hüququ təsbit olundu.
Nəticə etibarı ilə, 2002-ci ildə baş tutan referendum ilə Konstitusiyanın 24 maddəsində əhəmiyyətli dəyişiklik və əlavələr edilib. Bu əlavə və dəyişikliklərin edilməsi respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlirdi. Bu əlavə və dəyişikliklər Konstitusiyanın təkmilləşdirilməsinə, dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsinə, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsinə, onun ən ali sənəddə nəzərə alınmasına, həmçinin idarəetmənin effektivliyinin daha da artırılmasına xidmət etdi.
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19

