BQXK-nın “humanitar üzü”
20.08.2022 [10:46]
Zabuxdan çıxarılan ermənilər hansı haqla yardım alırlar?
Azərbaycan dövlətinin Laçın şəhəri və rayonun ətraf kəndlərində qanunsuz şəkildə məskunlaşdırılmış ermənilərə o əraziləri boşaltması üçün verdiyi müddət azalır. Əvvəlcə Azərbaycan torpaqlarını tərk etməyəcəyi iddiası ilə çıxış edən ermənilər artıq reallıqla barışır, son 30 ilə yaxın müddəti çıxmaq şərtilə heç vaxt sakini olmadıqları torpaqları boşaldırlar. Zabux və Sus kəndində məskunlaşdırılmış ermənilər bu torpaqları tərk edirlər.
Zabuxdan köçməyə hazırlaşan hər bir ailəyə əşyaların daşınması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 500 ABŞ dolları məbləğində vəsait ayrılıb. Bunu kəndi tərk etməyə hazırlaşan ermənilərdən biri deyib. Görəsən humanitar təşkilat funksiyasını yerinə yetirən Komitənin işğalçıya, başqasının torpağında məskunlaşmış insana pul ayırması hansı ədalətin göstəricisidir? Zabuxdan ayrılan ermənilərin törətdikləri təxribatlar, etdikləri vəhşiliklər göz önündədir. Onlar evləri, meşələri yandırır, mövcud infrastrukturlara ziyan vururlar. Həmin ermənilərə hansı statusla Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən maliyyə yardımı ayrılır?
Neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanan humanitar təşkilat sayılan Beynəlxalq Qızıl Xaç Komitəsinin missiyası silahlı münaqişə və məişət zorakılığı hallarının qurbanlarını müdafiə etmək, onlara yardım göstərməkdir. Başqa sözlə, müstəqil və neytral təşkilat olan BQXK mandatına uyğun olaraq, qərəzsizlik prinsipini rəhbər tutaraq, silahlı münaqişələrdən zərər çəkmiş məhbuslara, xəstələrə, yaralılara və mülki şəxslərə yardım göstərir. Belə olan halda, Zabuxun əsl vətəndaşları, əsl sahibləri, əsl sakinləri olan azərbaycanlıları 1992-ci ildə oradan ayaqyalın, başıaçıq qovulan zaman nə üçün BQXK onlara yardım göstərmədi? Və ya Zabuxu zəbt etmiş ermənilər hansı prinsiplə “münaqişə qurbanları” sayılmağa başlayıblar?
BQXK-nın təməl prinsiplərindən biri, hətta müharibələrin də müəyyən standartlar, müəyyən qanun çərçivəsində aparılmasıdır. Bu prinsip müharibənin üsul və vasitələrinə, döyüşən tərəflərin davranışlarına məhdudiyyətlər qoyur. Ermənilərin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsindəki hansı davranışları onlara yardım edilməsini şərtləndirir? Birinci Qarabağ Müharibəsi dövründə işğal etdikləri ərazilərdə ağlasığmaz vəhşiliklərlə yadda qalan, soyqırımları törədən ermənilər bu gün də öz vandal hərəkətlərini davam etdirirlər. Onlar müharibə və ya münaqişə qurbanı deyillər. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan ermənilərə yardım etmək bütövlükdə humanizmə zidd addımdır.
Digər tərəfdən, BQXK qaçqın və məcbur köçkünlərə yardım edən bir təşkilatdır. Bu təşkilat bilirmi ki, yardım etdikləri ermənilər 200 ilə yaxındır ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirir, onları yaşadıqları torpaqlardan didərgin salır? Yalnız 1988-90-cı illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bu səbəbdən də öz ata-baba torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. O dövrə qədər isə dəfələrlə erməni zorakılığının qurbanına çevrilmiş azərbaycanlılar öz yaşadıqları ərazilərdən məcburən qovulublar. Bu cür təcavüzkar psixologiyaya malik, işğalçılığı dövlət siyasətinə çevirmiş bir xalqa BQXK hansı humanitar adla yardım göstərir?
Ən əsası isə Beynəlxalq Qırmız Xaç hansı əsasla Azərbaycan qanunlarına zidd olaraq erməni ailələrinə vəsait ayırır? Azərbaycanın daxilində separatizmi körükləyən, təxribatlar törədən, qeyri-qanuni məskunlaşma aparan ermənilər hansı əsaslarla yardım alır? Bu kimi suallar BQXK-nin fəaliyyətini də sual altına alır.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

