ABŞ Dövlət Departamentinin hesabatında yer alan fikirlər təəssüf və təəccüb doğurur
11.11.2010 [13:39]
“ABŞ Dövlət Departamentinin hesabatında yer alan fikirlər təəssüf və təəccüb doğurur. Hesab edirəm ki, Departamentin hesabatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir”. Bu fikirləri www.yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər. Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilibdir. “Bütövlükdə, ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb. Həmçinin, seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı öz əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyətləri görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür” - deyə M.Qurbanlı qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin artıq bəyanatla bağlı öz münasibətini də ortaya qoyduğunu söyləyən YAP İcra katibinin müavini deyib ki, Azərbaycan tərəfi Departamentin hesabatını təəccüb və təəssüflə qarşılayır: “Təəccüb doğuran odur ki, Departamentin bəyanatı beynəlxalq müşahidə missiyalarının hesabatları ilə tamamilə ziddiyyət təşkil edir. Təəssüf doğuran odur ki, Departament bəyanat verməzdən öncə seçkinin gedişi və nəticələri ilə bağlı yayılan məlumatlara istinad etməyib. Ona görə də, Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin gedişi ilə bağlı Dövlət Departamentinin yaydığı bəyanatın obyektivliyi əks etdirmədiyini qeyd edirik. Yeni Azərbaycan Partiyası müşahidəçiləri seçkiləri əvvəldən sona qədər izləyib, bizim hər bir məntəqədə, hər bir dairədə müşahidəçilərimiz fəaliyyət göstərib. Biz müşahidəçilərin topladığı məlumatları araşdırmışıq və bu müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir”.
“Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunur ki, seçkilərin gedişində bir sıra məntəqələrdə qanun pozuntuları qeydə alınıb. Əgər belə məlumatlar varsa, onları ortaya qoymaq lazımdır. Digər tərəfdən, pozuntular olan məntəqələrlə bağlı DSK-lar və Mərkəzi Seçki Komissiyası müvafiq araşdırmalar aparıb. Bu və ya digər məntəqələrdə baş verən cüzi pozuntular bütövlükdə seçkinin gedişinə və nəticələrinə təsir etməyib. Yeni Azərbaycan Partiyası hesab edir ki, Dövlət Departamentinin yaydığı bəyanat bütövlükdə prosesi düzgün xarakterizə etmir və reallığa uyğun gəlmir. Ona görə də biz bu cür bəyanatların verilməsindən təəssüf hissi keçiririk” - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

