İstanbul, ya da Antalya ...
22.04.2022 [10:06]
Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməyə hazırlaşır
Nardar BAYRAMLI
Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün dəfələrlə Putin ilə Zelenskinin görüşünün təşkil olunmasına çalışıb. Hələ görüş baş tutmasa da, qardaş ölkə bu istiqamətdə səylərini davam etdirir. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya və Ukrayna liderləri arasında görüş hər an baş tuta bilər. “İki ölkə liderlərinin görüşü hazırda müzakirə olunur. Putinlə Zelenski arasında görüş baş tutsa, bu, İstanbulda və ya Antalyada ola bilər”, - deyə o vurğulayıb.
Ümumiyyətlə, belə bir görüş nə qədər realdır və onun nəticələri necə ola bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Onun sözlərinə görə, son illər Türkiyə regional güc kimi özünü təsdiq edib: “Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Bir vacib məqam ondan ibarətdir ki, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Bu baxımdan, Rusiya və Ukrayna liderlərinin görüşünün Türkiyədə keçirilməsi daha realdır. Bilirsiniz ki, Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirildi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan verdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsi idi. Amma sonradan müəyyən hadisələr bu müsbət addımların davamının qarşısını aldı. Bununla belə, rəsmi Ankara sülh təşəbbüslərini davam etdirir. Gündəmdə iki ölkə liderinin görüşünün təşkil olunmasıdır”.
Millət vəkili qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daim Putin və Zelenski ilə təmasdadır: “Rəcəb Tayyib Ərdoğan və onun hökuməti bu prosesdə çox fəaldır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlət başçıları səviyyəsində keçiriləcək görüşə ev sahibliyi etməyə hazırdır. Məqsəd isə qan tökülməsinin qarşısını almaqdır. Liderlərin görüşü müharibəyə tamamilə son qoya bilər. Ona görə də, liderlərin görüşünün Türkiyədə keçirilməsi üçün aktiv iş aparılır. Beləliklə, qardaş Türkiyə sülhün əldə olunmasına vəsilə ola bilər”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

