İran ilə ABŞ razılaşmanın bir addımlığında...
18.02.2022 [23:25]
Rəsmi Vaşinqton Tehranın neft sektorunu sanksiyalardan müvəqqəti azad edə bilər
P. İSMAYILOV
Ötən ay Vyanada başlayan İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların səkkizinci raundu müsbət nəticələrlə yekunlaşa bilər. Artıq tərəflər arasında mühüm yaxınlaşmaların olması bunu deməyə əsas verir. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, rəsmi Vaşinqton hesab edir ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası ilə bağlı Vyanada aparılan məsləhətləşmələr son mərhələdədir. Onun sözlərinə görə, maraqlı tərəflərin iştirakı ilə mürəkkəb danışıqlar hazırda ən son mərhələyə qədəm qoyub. “Bu, Plan çərçivəsində qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə qayıdışın mümkün olub-olmadığını müəyyən edəcəyimiz həlledici dövrdür”, - N. Prays vurğulayıb. ABŞ Dövlət katibi ilə İran xarici işlər naziri arasında Münhendə görüşün gözlənilmədiyini bildirən Prays əlavə edib ki, onun ölkəsi və İran arasında birbaşa danışıqlar ABŞ-ın maraqlarına uyğun gəlir.
İranın nüvə proqramı üzrə danışıqlardakı nümayəndəsi Əli Baqeri Kani də bildirib ki, JCPOA ölkələri razılaşmaya heç vaxt olmadığı kimi yaxınlaşıblar. Ə.B.Kani öz “Twitter” səhifəsində qeyd edib ki, həftələrlə davam edən intensiv danışıqlardan sonra tərəflər razılaşmaya əvvəlkindən daha yaxındır. “Danışıqlar aparan tərəfdaşlarımız realist olmalı, kompromislərdən qaçmamalı və son 4 ilin bizə verdiyi dərsə diqqət yetirməlidirlər. Onların ciddi qərarlarının vaxtıdır”, - deyə İran rəsmisi bildirib.
Yayılan xəbərlərdə tərəflər arasında bəzi məsələlərlə bağlı razılaşdırmaların olması qeyd edilir. “Reuters”in əldə etdiyi məlumata görə, yeni saziş layihəsində İranın neft sektorunu sanksiyalardan müvəqqəti azad edilməsi nəzərdə tutulur. İran iqtisadiyyatının mühüm istiqamətlərindən olan neft sektoruna qarşı sanksiyalar tamamilə ləğv edilməyəcək. Bundan başqa, saziş layihələrində İranın uranın zənginləşdirmə səviyyəsi ilə bağlı götürdüyü limitlə bağlı da məsələ öz əksini tapacaq. Əgər tərəflər ilkin razılaşmanın şərtlərinə qayıda bilsələr, o zaman İran uranı 3,67%-lik məhdudiyyətlə zənginləşdirməli olacaq. Həmçinin saziş layihələrində İran tərəfinin Qərbdən olan məhbusları azad etməsi, ABŞ-ın isə sanksiyalar səbəbilə Cənubi Koreya banklarında olan 7 milyard dollarlıq İran aktivləri üzərindən blokun qaldırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə də bildirib ki, son danışıqlar raundunda ABŞ ilə İran arasında mövqelər indiyə qədər müşahidə edilməyən dərəcədə yaxınlaşıb. Hətta tərəflərin razılaşmalara yaxın olduğunu belə demək mümkündür. Politoloq bu yaxınlaşmaların arxasında obyektiv səbəblərin dayandığını diqqətə çatdırıb: “Həm ABŞ-ın, həm də İranın mövqeyində mühüm dəyişikliklər var. Bu, ilk növbədə, tərəflərin münaqişə arzusunda olmadığını göstərir. Hər iki tərəf anlayır ki, belə bir münaqişə mənfi nəticələr vəd edir. Eyni zamanda, hər iki dövlət qırmızı xəttin aşılmasını istəmir. Əks halda danışıqlar üçün predmet qalmayacaq. Məsələn, İran həqiqətən də uranın zənginləşdirilməsi ilə bağlı limiti aşarsa və atom bombasına sahib olmanın bir addımına gəlib çatarsa, onun geri çəkiləcəyinə ümid etmək olmaz. Bu isə ABŞ tərəfindən tətbiq olunan sanksiyaların daha da sərtləşdirilməsinə yol açar. Tərəflər bunu anladıqları üçün razılaşma yolunu seçməyə üstünlük verirlər”.
Razılaşmada geosiyasi səbəblərin də rolunun əhəmiyyətinə toxunan İ.Vəlizadə qeyd edib ki, ABŞ və İran münaqişə həddinə çatmağı arzulamırlar. Ortada geosiyasi səbəblər mövcuddur. “ABŞ dərk edir ki, bu halda İran ilə Rusiya arasındakı münasibətlər daha da istiləşəcək. İndiki halda İranla Rusiya müttəfiq kimi görünsələr də, müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğu hər kəsə bəllidir. İranın Rusiya ilə daha da yaxınlaşması isə ABŞ-ın regiondakı maraqlarına ziddir. Bu, Rusiyanın, hətta Çinin bölgədəki mövqeyini gücləndirə bilər. Bu birliyi şərti olaraq İran-Rusiya-Çin üçbucağı kimi də təsəvvür etmək mümkündür. Belə olan halda ABŞ-ın problemləri daha da çoxalacaq. Öz növbəsində, sanksiyaların sərtləşdirilməsi İranın da maraqlarına cavab vermir. Bu, ölkədəki iqtisadi vəziyyətə istər-istəməz təsir edir. Hazırda dünya bazarında neftin qiyməti yüksəkdir və sanksiyaların yumşalacağı təqdirdə İran nefti yenidən dünya bazarına yol tapacaq. Rəsmi Tehran bu fürsəti əldən buraxmaq fikrində deyil. Nəticə etibarı ilə də, mövqelərdə yumşalamalar müşahidə olunur”, - deyən İ.Vəlizadə yeni anlaşmanın real olduğunu da əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

