Moskva imtina etdi
10.02.2022 [22:42]
Rusiya Münhen Təhlükəsizlik Konfransına qatılmayacaq
Pərviz SADAYOĞLU
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ölkəsinin rəsmiləri müxtəlif səbəblərə görə bu il fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Siyasəti Konfransının iclasında iştirak etməyəcəklər. Onun sözlərinə görə, son illər Münhen Təhlükəsizlik Konfransı öz inklüzivliyini və obyektivliyini itirərək getdikcə daha çox “transatlantik forum”a çevrilib. Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bir müddət əvvəl bildirmişdi ki, Vladimir Putin bu il konfransda iştirak etməyi planlaşdırmır.
Rusiyanın siyasi rəqibi statusunda olan qütb isə budəfəki konfransda daha geniş heyətlə təmsil olunacaq. Almaniyanın Federal Kansleri Olaf Şolz, ABŞ-ın vitse-prezidenti Kamala Harris və 35-ə yaxın başqa dövlət və hökumət başçısı fevral ayında Münhendə keçiriləcək illik təhlükəsizlik konfransında iştirak edəcəklər. Kamala Harrisin konfransa gəlişi hələ rəsmi olaraq təsdiqlənməsə də, təşkilatçılar onun iştirakına ümid edirlər. Bunu konfransın sədri Volfqanq İşinger deyib. İşinger Rusiya Prezidenti Putini də videokonfrans vasitəsilə dünya liderləri ilə danışaraq öz mövqeyini bildirməyə dəvət edib. “Mən heç bir halda Rusiyanı istisna etmək istəmirəm”, - deyə İşinqer bildirib.
Münhen Konfransı Avroatlantik təhlükəsizlik məsələləri üzrə ən böyük forum hesab olunur. Keçən il tədbir koronavirus pandemiyası ilə əlaqədar onlayn keçirilib. Bu il təşkilatçılar təhlükəsizlik sahəsində siyasətçilərin şəxsi görüşlərinə böyük ehtiyac olduğunu deyərək adi rejimə qayıtmaq qərarına gəliblər. Konfrans pandemiya əleyhinə sərt tədbirlərə riayət olunmaqla fevralın 18-dən 20-dək keçiriləcək. Forumda Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı da gözlənilir. ABŞ-dan isə vitse-prezident Harrislə yanaşı, dövlət katibi Entoni Blinken, eləcə də Konqresin 30 üzvünün də iştirak edəcəyi bildirilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Qabil Hüseynli bildirib ki, Rusiya 2009-cu ildən Münhen Təhlükəsizlik Konfransının işində iştirak edir, orada təmsil olunur. Rusiya XİN təmsilçisinin Münhen Konfransını “transatlantik forum” adlandırması isə məlum məsələlərlə əlaqədardır. Q.Hüseynlinin fikrincə, Rusiyanın konfransın işində iştirakdan imtina etməsinin əsl səbəbləri məlumdur: “Mənzərə hər kəs üçün bəllidir. Konfransda Ukrayna məsələsinin müzakirə ediləcəyi gözlənilir. Hətta bu məsələ konfransın ana xəttini təşkil edə bilər. Adından da bəlli olduğu kimi, bu konfrans təhlükəsizlik məsələlərinə həsr olunur. Hazırda Avropa üçün ən böyük təhlükə də məhz Ukrayna məsələsidir. Rusiya tərəfi anlayır ki, konfransın gedişi onlar üçün asan olmayacaq və müzakirələrdə, hətta rəsmi Moskvanın ünvanına təhdidlər də səsləndirilə bilər. O baxımdan ki, Putin Makronla görüşündən sonra mətbuat konfransında Avropanı nüvə silahı ilə təhdid etmişdi. Həmin konfransda Rusiyaya ünvanlanacaq bir çox suallar olacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

