“Maliyyə dəstəyi”, “humanitar yardım”, yoxsa..?!
29.12.2021 [10:19]
Aİ Ermənistandan pul qarşılığında nə istəyir?
Nurlan QƏLƏNDƏRLİ
Ermənistana “Metsamor” AES-in bağlanması üçün 3 milyon dollara yaxın vəsait verilmişdi, amma stansiya bağlanmadı, vəsait yoxa çıxdı
Son zamanlar ekspertlər tərəfindən müzakirə olunan məsələlərdən biri Avropa İttifaqı tərəfindən Ermənistana fantastik məbləğdə maliyyə yardımının ayrılmasıdır. Daha dəqiq desək, kiçik və qeyri-funksional iqtisadiyyata malik bu ölkəyə 2.6 milyard dollar həcmində maliyyə vəsaiti ayrılması həm təəccüblə qarşılanır, həm də qeyri-müəyyən, bəzi suallar doğuran hal kimi səciyyələndirilir. Haqlı olaraq sual verilir ki, Ermənistana “maliyyə yardımı” adı altında bu qədər maddi dəstək nə üçün verilir və belə yüksək məbləğdə vəsait ayrılmasına baxmayaraq, niyə hər hansı bir ciddi layihə reallaşdırılmır, yoxsulluq artır, iqtisadi tənəzzülün qarşısı alına bilmir?
Aİ nəyə nail olmaq istəyir?
Yeri gəlmişkən, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı zirvə toplantısının birgə Bəyannaməsinin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər” hissəsi diqqəti cəlb edir. Burada söhbət Aİ-nin paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verməsindən gedir. Azərbaycanın isə haqlı olaraq mühüm bir qeyd-şərti olub. Qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Siyasi analitiklərin qənaətinə əsasən, Avropa İttifaqı bununla münaqişə bölgəsində fəaliyyət göstərən təşkilatlara “yardım” etmək niyyətini göstərir. Bu isə dünyanın müxtəlif regionlarında separatçılara, o cümlədən Qarabağda sülhməramlıların məsuliyyət zonasında məskunlaşmış erməni bölücülərinə “humanitar və yaxud da maddi yardım” göstərilməsi ehtimalını aktuallaşdırır. Amma eyni zamanda, bəhs olunan qeyd-şərt Azərbaycanın qətiyyətli mövqeyini ifadə edir. Siyasi şərhçilərin qənaətinə əsasən, Avropa İttifaqı bu cür addımlarla regionda yerini möhkəmləndirməyə, rolunu artırmağa çalışır. Xüsusilə də, Rusiya ilə rəqabətdə çəkisini artırmaq istəyir.
Ciddi beynəlxalq nəzarət olsa...
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Ermənistana ayrılan pullar hər zaman oğurlanır və heç vaxt təyinata uyğun xərclənmir: “Vaxtilə Avropa İttifaqında bir araşdırmanın nəticəsində belə qənaətə gəlinmişdi ki, Ermənistana “Metsamor” AES-in bağlanması üçün 3 milyon dollara yaxın vəsait verilmişdi, amma stansiya bağlanmadı, vəsait yoxa çıxdı. 30 ilə yaxın işğal altında saxladığı əraziləri tamamilə dağıdan Ermənistan böyük həcmdə dəstək vəsaiti alır, Azərbaycana isə dəfələrlə az maliyyə vəsaiti ayrılır. Bu, haqsızlıq və ədalətsizlikdir. Ermənistana verilən vəsaitin böyük həcmi ünvanlı olmalıdır və kommunikasiyaların bərpasına, Zəngəzur dəhlizinin reallaşması üçün vacib olan dəmir və avtomobil yollarının inşasına yönəldilməlidir. Ciddi beynəlxalq nəzarət olsa, ayrılan bu vəsaitlər oğurlanmaz”.
Azərbaycanın mövqeyi əsaslı və haqlıdır
Aİ-nin paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verməsi məsələsinə gəlincə, A.Mollazadə bildirib ki, Azərbaycanın mövqeyi əsaslı və haqlıdır: “Dövlətimizin mövqeyi reallığı əks etdirir, münaqişə bitib və Qarabağ Azərbaycandır. Biz bölgədə indi yeni səhifə açırıq. Azərbaycan regionu əməkdaşlıq, tərəfdaşlıq bölgəsinə çevirmək, kommunikasiyaların bərpası ilə mühüm strateji layihələr həyata keçirmək istiqamətində mühüm addımlar atır. Bu, bir çox ölkə və təşkilatların, o cümlədən Avropa İttifaqının da maraqlarına uyğundur. Təbii ki, hansısa Avropa siyasətçiləri vəziyyəti gərginləşdirmək istiqamətində, sülhə və təhlükəsizliyə zidd addımlar atmaq istəyirlərsə, Azərbaycan öz etirazını bildirəcək və müvafiq tədbirlər görəcək, heç kəsə imkan verməyəcək ki, bizim bölgəmizdə stabilliyi pozmağa yönəlmiş hansısa işlər aparsınlar”.
Öz siyasi məqsədlərini təmin etməyə çalışırlar
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə deyib ki, ölkəmizin ərazisində hər hansı bir quruma yardım edilirsə, bu, yalnız Azərbaycanın müraciəti və razılığı əsasında ola bilər: “Bununla bağlı Azərbaycanın rəsmi mövqeyini dəstəkləyirik. Beynəlxalq hüquqda da bu cür təsbit olunub. Əgər belə olmasaydı, müxtəlif ölkələrdə separatçı rejimlərə dəstək vasitəsilə dövlətlərin ərazi bütövlüyünə ciddi təhdid yaradılması adi hala çevrilərdi. Ümumiyyətlə, bəzi Qərb dövlətləri “maliyyə və humanitar yardım” adı altında öz siyasi məqsədlərini təmin etməyə çalışırlar. Biz Avropa dövlətlərinin Azərbaycana münasibətdə də ikili standartlara əsaslanan mövqeyinin dəfələrlə şahidi olmuşuq. Onlar faktiki olaraq Ermənistanın işğalçı siyasətini dəstəkləyiblər. Yeri gəlmişkən, elə Avropa İttifaqının bu yaxınlarda Ermənistana 2.6 milyard dollar həcmində Azərbaycana isə təqribən 20 dəfə az - 140 milyon dollar məbləğində maliyyə vəsaiti ayırması ikili standartların və ədalətsizliyin növbəti təzahürüdür. Çünki ilk növbədə, nəzərə almaq lazımdır ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktları həyata keçirib, böyük dağıntılar olub. İndi işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri görülür, ona görə də ölkəmizə daha çox vəsait lazımdır”.
Şübhəli məqamlar var
“Ermənistana bu qədər maliyyə vəsaiti ayrılsa da, həqiqətən də, sosial və humanitar məsələlərlə bağlı hər hansı bir layihənin həyata keçirilməsi müşahidə edilmir. Görünən odur ki, burada ciddi şübhəli məqamlar var. Əlbəttə, Qərb bu cür vasitələrlə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Amma bütün hallarda ayrılan maddi vəsaitlərin nə üçün və necə xərclənməsi ilə bağlı qeyri-müəyyənliklər, qaranlıq məqamlar var”, - deyə partiya sədri söyləyib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10

