İnfantil müxalifətin “əli(l)lik” dərəcəsi...
23.11.2021 [10:07]
Siyasət məqsədyönlü fəaliyyət sahəsidir, məntiq və məsuliyyət tələb edir. Buna görə də siyasətçi obrazı daşımaq üçün hər şeydən əvvəl rasional təfəkkürə, ciddi imicə və sağlam düşüncəyə malik olmaq gərəkdir. Amma təcrübədə fərqli reallığın da şahidi oluruq, müxtəlif, üstəlik, əcaib-qəraib hallara rast gəlirik. Elə “siyasətçi” adına iddia edən, amma düşüncəsi və davranışları ilə siyasi infantilizmdən əziyyət çəkdiyini nümayiş etdirən qeyri-ciddi personaların “fəaliyyət”i kimi...
Siyasi xəstəlik əhvalı
Bu hal Azərbaycan ictimai-siyasi mühitinə də yad deyil. Öz çirkin obrazı ilə siyasi palitranın rəng çalarlarını korlamağa çalışan belə fiqurlar konkret olaraq infantil müxalifətin “əlilik” dərəcəsini ortaya qoyurlar. Bəli, “əlilik” dərəcəsi... Sözün yazılışında orfoqrafik səhvə yol verməmişik, çünki söhbət fiziki qüsuru ifadə edən əlillikdən deyil, “müxalifətçilik” anlayışını istismar edərək öz “imic”ini yaratmağa çalışan Əlilərdən gedir - fərqi yoxdur, Əliyev və ya Kərimli olsun. Bu şəxslər mənəvi-siyasi qüsurları ilə vahid orqanizm olan siyasi sistemin sağlamlığını - bütövlüyünü pozmağa çalışır, cəmiyyətdə siyasi xəstəlik əhvalı - gerilik sindromu yaratmağa çalışırlar.
“Əlilik” sindromu və siyasi sayıqlamalar
Kərimli və Əliyevin siyasi müayinəsinin nəticələri göstərir ki, “əlilik” sindromundan biri davamlı siyasi sayıqlamalarla çıxış etməkdir. Məsələn, AXCP sədri Əli Kərimli Azərbaycanın qələbəsinin natamam olduğunu iddia etməklə siyasi cəhətdən əqli gerilik problemindən əziyyət çəkdiyini göstərir. Qələbə ilə bağlı “natamamlıq” iddiası, əslində, onun yarımçıqlıq sindromunu əks etdirir. Bu sindrom elə Azərbaycanın Zəfərini həzm edə bilməyən ermənilərin revanşizm xəstəliyi ilə oxşar əlamətlərə malikdir. Bənzər hal VİP sədri Əli Əliyevə də məxsusdur. O, “həftə səkkiz, mən doqquz” prinsipi ilə “youtube” kanallarında zühur edərək dayanmadan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın guya Azərbaycan üçün kapitulyasiya aktı olduğunu iddia edir. Aydın olur ki, VİP sədri Əliyev “əlilik”lə yanaşı, həm də “siyasi dəlilik” sindromundan əziyyət çəkir, yaxud yumşaq desək, hallüsinasiya görür. Hətta bəzən aqressivləşərək öz partiyadaşlarına “sizi iti qovan kimi qovacağam”, - deyə səslənməsi onun Azərbaycan Ordusunun işğalçıları öz torpaqlarından iti qovan kimi qovmasından ciddi travma aldığını göstərir.
“Azadlıq aşiqləri”nin diktator siması
Əlbəttə, müxalifətin “əlilik” dərəcəsi təkcə sayıqlama ilə özünü göstərmir. Burada siyasi özünəvurğunluq - heyranlıq, elmi dildə desək, narsizm də psixoloji əlamətlərdən biri kimi çıxış edir. Məsələn, Əli Əliyev hökuməti, hətta dövləti tənqid etmək adı altında yalanlar söyləyərək xalqı aldatmağa çalışır, amma ona yönəlik haqlı tənqidi qəbul və həzm edə bilmir. Tutarlı cavabın ağırlığı altında qalan bu şəxs son çıxış yolunu qarğışda görür: “yalançının atasına lənət!”.
Heç Əli Kərimli də adaşından fərqlənmir. Hökuməti “tənqid” adı altında dayanmadan qərəzli şəkildə hədəfə almağa çalışan, “azadlıq” və “demokratiya” sözlərini dilindən düşürməyən bu şəxs hətta öz “siyasi dostlar”ı tərəfindən tənqid edildikdə belə qəzəb atına minir. Bir müddət öncə Sevinc Osmanqızının onun haqqında tənqidi fikirlər söyləməsindən sonra yaranmış mənzərə yaddan çıxmayıb: Ə.Kərimli Osmanqızını ciddi tənqid atəşinə tutsa da, hirsi soyumamışdı, hətta ətrafındakı 3-5 trollun “saxta profil servisi”ndən istifadə edərək “onlayn qəzəb hərəkatı”nı davam etdirmişdi. Daha sonra tərəflərin hansısa ambisioz sövdələşmə əsasında “siyasi atəşkəs” elan etməsinə baxmayaraq, virtual məkanda “səmimiyyət dərsi” keçən hər iki şəxsin gerçək əsl siması bir daha cəmiyyətə bəlli olmuşdu.
Reallıqlar aydındır: sadalananlar, sadəcə olaraq, infantil müxalifətin mənəvi-psixoloji səviyyəsini, “əlilik” dərəcəsini və siyasi şikəstliyini əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27

