Anar Məmmədov: Azərbaycan türk birliyinin güclənməsinə böyük töhfələr verir
15.11.2021 [15:27]
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü siyasi və tarixi baxımdan çox mühüm əhəmiyyətə malikdir. İstanbulda keçirilən VIII zirvə toplantısında qəbul edilən “Türk dünyasına baxış - 2040” sənədi növbəti mərhələdə bu təşkilatın yeni perspektivlərini müəyyənləşdirəcək. TDƏŞ və ümumiyyətlə türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsində Prezident İlham Əliyevin müstəsna rolu var. Azərbaycan lideri hakimiyyətə gələndən bu günə qədər bu dövlətlər arasında birliyin güclənməsinə töhfələr verib. Təbii ki, Azərbaycan diplomatiyasının qarşısına qoyduğu çoxşaxəli hədəflər sırasında bu platformada da daim torpaqlarımızın işğalı və gələcək perspektivlər əsas müzakirə mövzularından biri olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün tədbirlərdə olduğu kimi, bu dəfə də çıxışının əsas hissəsini məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 44 günlük müharibədə qələbə qazanmağımıza və regionda açılan yeni perspektivlərə həsr etdi”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, VIII Zirvə Görüşünün ən mühüm hadisəsi Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Prezident İlham Əliyev bu mükafatla Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və əməkdaşlıq imkanları yaratdı. Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə həm də türk birliyinin daha da gücləndirilməsindəki xidmətlərinə görə təltif olundu. Qeyd edim ki, iki il əvvəl Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə sədrlik Azərbaycana keçmişdi. Həmin Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək. Üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Onlar, eyni zamanda, münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər.
“Bakı görüşündən sonra sürətlə dəyişən dünya nizamı da göstərirdi ki, türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bundan çıxış edərək Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində təşəbbüslərlə çıxış etdi. Respublikamzın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Məsələn, Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. Göründüyü kimi, Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasının səmərəli, məhsuldar və uğurlu fəaliyyəti təmin olunub, üzv ölkələr arasında arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılıb.
Onu da qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Qara və Aralıq dənizləri regionlarında sıx əməkdaşlıq və böyük səmərəlilik bəxş edən nəqliyyat və karbohidrogen layihələrinin müəllifləri olmaları onlara geoiqtisadi dividendlərlə yanaşı, geosiyasi üstünlüklər də gətirir. Görüşün nəticələrindən bu qənaət hasil olur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşü türkdilli ölkələrin daha da yaxınlaşması, təşkilatın daha da güclənməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir”,-deyə A.Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

