Ərdoğan Qarabağa gəlir – Regionun gələcək taleyi Bakıda müəyyənləşir
15.10.2021 [10:23]
Ermənistan isə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmək məcburiyyətindədir
Prezident İlham Əliyevin “Qarabağın hava qapısı” elan etdiyi Füzuli Beynəlxalq Hava Limanının yaxın zaman üçün planlaşdırılan açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı planlaşdırılır. Bununla bağlı, Türkiyənin KİV-ləri məlumat yayıblar. Türkiyə liderinin Azərbaycana məhz Qələbə günündə səfər etməsi isə qürurverici olmaqla yanaşı, bir sıra məsələləri də yenidən aktuallaşdırır.
Belə ki, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində V.Putinlə R.T.Ərdoğan arasında keçirilən görüşün ardından Ermənistanın Baş nazirinin Kremlə çağırılması regionun gələcəyi ilə bağlı mühüm yeniliklərin olacağını göstərir. Qeyd edək ki, Türkiyə bu prosesdə “2+2” formatına uyğun olaraq Azərbaycanın müttəfiqi qismində çıxış edir. Bu mənada, R.T.Ərdoğanın Azərbaycana gözlənilən səfəri Azərbaycan-Ermənistan XİN rəhbərlərinin planlaşdırılan görüşü öncəsi “daşların yerinə oturmasına” şərait yaradacaq. Başqa sözlə, Azərbaycan ilə Türkiyənin ortaq maraqlarının müdafiəsi, regionun gələcəyi ilə bağlı məsələlərin əsas ştrixləri məhz Bakıda müəyyənləşəcək. Məsələ ilə bağlı fikirlərini bölüşən ekspertlər də bu qənaətdədirlər.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Müşfiq Məmmədli Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətinin, o cümlədən strateji müttəfiqliyin olduğunu deyib. Onun sözlərinə görə, bu il iyulun 15-də imzalanmış “Şuşa Bəyannaməsi” “iki dövlət, bir millət” şüarının növbəti əməli təsdiqinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövlətinin və xalqının Azərbaycanın yanında yer aldığını vurğulayan millət vəkilinin sözlərinə görə, Prezident Ərdoğanın Qarabağa budəfəki səfəri mühüm anlam daşıyır: “Həqiqətən də müharibə dövründə Türkiyənin Azərbaycana dəstəyi əsl qardaşlıq nümunəsi idi. Bu baxımdan, qardaş ölkənin başçısının Qələbə günündə yanımızda olması böyük fəxr və qürurdur. Bu gün regionda yaranan yeni siyasi reallıqda Türkiyə-Azərbaycan birliyi vahid orqanizm kimi çıxış etməkdədir. Bizim maraqlarımız, məsələlərə yanaşmamız vahid mövqeyə əsaslanır. Azərbaycan ilə Türkiyə regionun gələcək inkişafı ilə bağlı mühüm mesajlar səsləndirir, layihələr planlaşdırır. Planlaşdırılan İğdır-Bakı dəmir yolu xətti buna misaldır. Əslində, bu layihə yalnız İğdır və Bakı ilə məhdudlaşmır. Bu xətt birbaşa Mərkəzi Asiyanın Şərqi Avropa ilə birləşmə xəttidir. Bu baxımdan, Azərbaycan-Türkiyə birliyinin regionun inkişafı ilə bağlı səyləri istər rəsmi Kreml, istərsə də digər ölkələr tərəfindən yüksək dəyərləndirilir”.
Millət vəkili onu da vurğulayıb ki, regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması ən vacib şərtdir. Bunun üçün isə ötən il imzalanmış 10 noyabr bəyanatı tam şəkildə icra olunmalıdır. Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını önə çəkən M.Məmmədlinin fikrincə, Soçi görüşündən sonra proseslərin inkişafı ümidvericidir: “Paşinyanın Moskvaya çağırılması və ardından Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı informasiyaların yayılması mühüm məqamlardır. Ermənistan artıq sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələdə maneə yarada bilməyəcək. Əgər bu ölkə regional inkişafı hədəfləyən layihələrdə yer almaq istəyirsə, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmək məcburiyyətindədir. Güman edirəm ki, Türkiyə Prezidentinin budəfəki səfərində bu istiqamətdə detalların da müzakirəsi aparılacaq”.
Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvü, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə - strateji müttəfiqlik səviyyəsində olduğunu deyib. Bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səmimi münasibətlərinin əhəmiyyətli rol oynadığını düşünən millət vəkili qeyd edib ki, Türkiyə liderinin Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməsi mühüm tarixi hadisə olacaq: “Bu Hava Limanı Qarabağın ilk beynəlxalq statuslu hava limanıdır. Cənab Prezidentimizin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı regionun gələcək inkişafının əsas simvollarından biridir. Təbii ki, cənab Ərdoğanın səfəri zamanı Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf predmetləri, o cümlədən regional əməkdaşlıqla bağlı yeni mesajların da şahidi ola bilərik”.
Türkiyənin Azərbaycanın davamlı sülhə nail olunması istiqamətində atdığı addımları dəstəklədiyini önə çəkən millət vəkili onu da bildirib ki, bu əməkdaşlıq bütövlükdə Türk dünyasının gələcək inkişafı üçün nümunədir. S.Vəliyevanın sözlərinə görə, “Qarabağın hava qapısı” adlandırılan aeroportun açılışı zamanı “Zəngəzur dəhlizi” məsələsinin yenidən gündəmə gəlməsi də istisna olunmur: “O cümlədən Soçi görüşündə müzakirə olunmuş məsələlərlə bağlı müəyyən məsləhətləşmələrin və fikir mübadiləsinin aparılacağı da gözlənilə bilər. Artıq Azərbaycan-Türkiyə tandemi regional inkişafın əsas lokomotivi kimi qəbul edilir. Ermənistan isə artıq dirəniş göstərmək gücündə və imkanında deyil. Əslində, bu gün regionda yaranacaq əməkdaşlıq platformaları Azərbaycan və Türkiyədən daha çox Ermənistana lazımdır. Ermənistan üzərinə götürdüyü öhdəliyə riayət etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35

