Azərbaycan-Slovakiya əlaqələri yaxın dostluq və tərəfdaşlıq əsasında inkişaf edir
16.07.2026 [10:45]
İyulun 14-də Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Prezident İlham Əliyevlə görüşlərində, eləcə də mətbuata bəyanatda səsləndirilən fikirlər Azərbaycan-Slovakiya əlaqələrinin strateji mahiyyətini əks etdirməklə, ölkələr arasında çoxşaxəli inkişaf gündəliyini təqdim etdi. Cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi bizim siyasi təmaslarımız müntəzəm xarakter alır, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu baxımdan Cənab Pelleqrinin səfəri Azərbaycan-Slovakiya münasibətlərində yeni səhifənin açılması kimi səciyyələndirilə bilər. Səfər rəsmi Bratistlava və Bakı arasında strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır, müasir inkişaf prioritetlərini müəyyənləşdirmək baxımından faydalı gündəlik formalaşdırır.
Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri yüksək səviyyəyə çatdırıb
Azərbaycan və Slovakiya arasında yaxın dostluq və tərəfdaşlıq münasibətləri ötən illər ərzində diplomatik səylərin artırılması, hökumət nümayəndə heyətlərinin və parlament qruplarının qarşılıqlı səfərləri və biznes-forumların keçirilməsi sayəsində möhkəmlənərək fəal siyasi dialoqun qurulmasına səbəb olub. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyib, ələlxüsus da Slovakiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib.Tərəflər arasında ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və digər mühüm iqtisadi, siyasi və humanitar məzmunlu sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün yaxşı hüquqi baza yaradaraq dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
Ötən ilin dekabr ayında Cənab İlham Əliyevin geniştərkibli nümayəndə heyəti ilə Slovakiyaya səfəri isə tamamilə yeni siyasi məzmun kəsb etməklə, bir sıra mesajları çatdırır. Prezident Peter Pelleqrinin Bakıya səfəri isə güclü siqnallar verir, yaxın dostluğa əsaslanan əlaqələrin böyük inkişaf potensialına uyğun daha da irəliyə aparılacağına dair ümidləri artırır. Yeri gəlmişkən, P.Pelleqrinin iradəli və qətiyyətli siyasi lider kimi Azərbaycana və onun dövlət başçısına olan dərin etimadı və hörməti ikitərəfli siyasi münasibətlərin irəliyə aparılmasında mühüm rol oynayıb. Baş nazir olduğu dövrdə Azərbaycanda səfərdə olması və Slovakiyanın Bakıda səfirliyinin açılmasında onun rolunu xüsusi dəyərləndirmək olar. Azərbaycana olan xüsusi rəğbətin nəticəsidir ki, diplomatik əlaqələrin güclənməsi birbaşa siyasivə iqtisadi təmasları gücləndirib, Hökumətlərarası Komissiya yaradılıb və çoxistiqamətli əməkdaşlıq qurulub. Ötən ilin noyabrında Bakıda keçirilən hərbi paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin iştirakı güclü dostluğun əlamətidir.
Slovakiyanın enerji təhülkəsizliyində təminatçı dövlət...
Azərbaycan Pan-Avropa klubuna qoşduğu Slovakiyanın enerji təhülkəsizliyində də mühüm təminatçı dövlət olmaqla, rəsmi Bratistlavanı 2024-cü ildən Cənub Qaz Dəhlizinin üzvlərindən birinə çevirib. Avropa İttifaqının Rusiya qazından imtinası nəticəsində Avropanın enerji bazarlarında yaranmış çətin və ağır tarif yükləri Slovakiyanın daxili təchizat sisteminə də mənfi təsir göstərdiyindən və məhdudiyyətlər yarandığından Azərbaycanın dəstəyinə ehtiyacları isə daha da artır. P.Pelleqrinin qeyd etdiyi kimi Slovakiya hazırda Avropa İttifaqının Rusiya qazından imtina etməsi nəticəsində ağır vəziyyətə düşüb. Ona görə də Azərbaycan enerji təchizatında əsas həll variantının bir hissəsi hesab edilir. 16 dövlətə, Avropa İttifaqına üzv 10 ölkəyə qaz ixrac edən Azərbaycan isə enerji həmrəyliyinə sadiq qalaraq nəql potensialını və ixrac coğrafiyasını genişləndirməklə Slovakiyaya əlavə qaz nəqlini təmin edəcək. Tərəflər 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər, bu isə Slovakiyanın enerji təminatının Azərbaycan hesabına daha da güclənməsi mümkün olacaq.
Azərbaycanın Aİ və Slovakiya ilə əməkdaşlığı yalnız enerji ixracı və logistika mübadilələri ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və postmüharibə dövründə yaranmış yeni reallıqlar da Slovakiya üçün mühüm geosiyasi-iqtisadi imkanlar açır, regional əməkdaşlıq və rifah çərçivəsini müəyyən edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” konsepsiyası əsasında layihələrdə təmsil olunan slovak şirkətləri yeni münbit və sağlam investisiya mühitində daha geniş yer almağı planlaşdırır. Tərəflər həm də “yaşıl enerji” layihələrində fəal işləyir, həmin resursların istehsalı və emalı növbəti mərhələdə işə düşəcək Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” kəməri vasitəsilə Slovakiyanın da bərpaolunan enerjinin nəqlinə imkan verəcək.
Şərq-Qərb dəhlizində fəal əməkdaşlıq
Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarından da aydın olur ki, Azərbaycan və Slovakiya yerləşdikləri regionda strateji əhəmiyyətə malik layihələrdə birgə yer almaq, nəhəng enerji-nəqliyyat platformalarında birgə iştirak etmək niyyətindədir. Xüsusilə də, Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan, Asiya və Avropa ilə kəsişmədə yerləşən və zəngin enerji, qeyri-enerji resurslarına malik Azərbaycanla bütün regional proqramlarda müştərək addımlar atmaq Bratistlava üçün hədəf prioritetləridir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Şərqlə Qərb arasında körpü rolunu oynayan, Orta Dəhliz layihəsində fəal iştirak edən respublikamız Orta Asiyanı Avropa ilə birləşdirir. Ən etibarlı və ən təhlükəsiz marşrutlar Azərbaycan ərazisindən keçir və gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Bu baxımdam Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında həmin bağlantılar mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Slovakiyanın müdafiə sənayesi sahəsində əməkdaşlığı sənayeyə də üstünlük verir, bu əməkdaşlığın də təməlində sülhsevər niyyətlər dayanır. Müharibə aparmaq fikrində olmayan və müharibələrin artıq keçmişdə qaldığını bəyan edən Azərbaycan müdafiə sənayesini sinergiyanın bir hissəsi kimi görür və Slovakiya texnologiyaları ilə Azərbaycanın imkanlarını birləşdirərək yeni məhsulların istehsalında maraqlıdır. 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək ki, bu da müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərəcək.
Beləliklə, Prezident Peter Pelleqrinin Azərbaycana səfəri iki dövlət arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39

