Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Səudiyyə Ərəbistanına təxminən 2 milyard dollarlıq raket tuşlama sistemlərinin satışını təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanına təxminən 2 milyard dollarlıq raket tuşlama sistemlərinin satışını təsdiqləyib

16.07.2026 [17:20]

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri 1,96 milyard dollar olan 20 minədək raket tuşlama dəstinin mümkün satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dən hava-hava tipli raketlər üçün 10 min, hava-yer tipli raketlər üçün isə daha 10 min APKWS-II (Advanced Precision Kill Weapon System) lazer tuşlama dəstinin alınmasına icazə istəyib. Dövlət Departamenti sözügedən mümkün satışa razılıq verib.

Paketə, həmçinin LAU-131 A/A buraxılış qurğuları, Mk-152 döyüş başlıqları və digər müşayiətedici maddi-texniki təminat vasitələri daxildir. Əsas podratçının “BAE Systems” şirkəti olacağı gözlənilir.

ABŞ administrasiyası silah satışının mümkün təsdiqi ilə bağlı qərar barədə artıq Konqresi məlumatlandırıb. ABŞ qanunvericiliyinə əsasən, Konqresin sövdələşməni nəzərdən keçirmək və zərurət yaranacağı təqdirdə onun qarşısını almaq üçün 30 gün vaxtı var.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31