Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb

Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb

16.07.2026 [11:49]

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərinin yer aldığı məqaləni özünün “Truth” sosial şəbəkə hesabında paylaşıb.

AZƏRTAC xəbər verir ki, geniş məqalə “Breitbart”da dərc olunub.

“Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi” başlıqlı məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə yer verilib. Məqalədə Prezident İlham Əliyevin Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyini, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu açıqlamaları IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirilib.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31