Yaxın Şərqdə gərginlik davam edir
16.07.2026 [10:15]
İranda yerləşən strateji hədəflərə qarşı genişmiqyaslı hərbi əməliyyat planları müzakirə olunur
İyulun 7-də Hörmüz boğazında üç ticarət gəmisinin hücuma məruz qalmasından sonra ABŞ-la İran arasında qarşılıqlı hücumlar hələ də davam edir. Ötən gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirərək İrana qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb. Bu barədə komandanlığın yaydığı açıqlamada qeyd olunub ki, ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri yeddi saat davam edən əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları infrastrukturu, dəniz qüvvələrinə məxsus obyektlər və sahil müdafiə sistemlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib. Açıqlamaya əsasən, əməliyyat nəticəsində İranın kommersiya gəmiçiliyinə və mülki heyətə təhdid yaratmaq imkanları daha da zəiflədilib: “Bu hücumlar ABŞ qüvvələrinin İran limanlarına və sahil ərazilərinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını bərpa etdiyi gün həyata keçirilib”.
Tramp “Hörmüz”lə bağlı 20 faizlik rüsumu investisiya ilə əvəzləyib
Belə ki, ABŞ Mərkəzi Komandanlığı iyulun 15-də İran limanlarına və sahil ərazilərinə gedən və ya oradan çıxan gəmilərlə bağlı dəniz blokadasının bərpa edildiyini açıqlayıb. “ABŞ qüvvələri bu gün Şərq vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 00:00) İran limanlarına və sahil ərazilərinə gedən və ya oradan çıxan gəmilərin dəniz blokadasını bərpa edib”, - deyə açıqlamada qeyd olunub. Məlumata görə, hazırda Yaxın Şərq regionunda ABŞ Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi və yüzlərlə hərbi təyyarəsi yerləşdirilib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bəyan edib ki, ABŞ-ın İran limanlarının blokadasına yenidən başlaması müharibənin dayandırılmasına yönəlmiş anlaşma memorandumunun pozulması deməkdir.
ABŞ Prezidenti Donald Tramp də iyulun 13-də bildirmişdi ki, ABŞ İran gəmilərinin və müştərilərinin giriş-çıxışının qarşısını alan blokadanı bərpa edir: “Bütün digər ölkələr boğazdan ədalətli və açıq istifadə hüququna malik olacaq. ABŞ bu andan etibarən Hörmüz boğazının qoruyucusu kimi tanınacaq, lakin dünyanın bu çox dəyişkən bölgəsinin təhlükəsizliyini təmin etmək məqsədilə lazım olan bütün xərclər üçün göndərilən bütün yüklərin 20 faizini alacaq. Proses və formalaşma dərhal başlayacaq”. Lakin tərəfdaş ölkələrlə məsləhətləşmədən sonra Ağ Evin rəhbəri fikrini dəyişərək deyib: “Yaxın Şərqdəki liderlərlə yüksək məhsuldar danışıqlara əsaslanaraq, müxtəlif Körfəz dövlətlərinin ABŞ-yə edəcəyi 20 faizlik ödənişi ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim. Bu, böyük investisiyalar olacaq”. Tramp qeyd edib ki, Hörmüz boğazı İran istisna olmaqla, bütün gəmi trafikinə açıqdır: “ABŞ Silahlı Qüvvələrinin gücü sayəsində neft əvvəlkindən daha çox axır”.
Hücumlar Tehranın danışıqlara qayıtmasına qədər davam edəcək
Bununla belə ABŞ lideri hesab edir ki, Hörmüz boğazına alternativ neft nəqli marşrutları tapmaq mümkündür. Onun sözlərinə görə, son aylarda yeni boru kəmərlərinin tikintisi istiqamətində irəliləyiş əldə olunub və Texas, eləcə də Alyaska da daxil olmaqla alternativ marşrutlar formalaşdırılır.
Donald Tramp Ağ Evin Vəziyyət Otağında Hörmüz boğazı ətrafında mümkün genişmiqyaslı hərbi əməliyyatı müzakirə etmək üçün görüş də keçirib. “Axios” xəbər verir ki, müzakirə olunan əməliyyatın miqyasının hazırda Hörmüz boğazı ətrafında həyata keçirilən zərbələrdən daha geniş olacağı bildirilir. Məlumata görə, Tramp bu müşavirəni ABŞ ordusunun Hörmüz boğazı bölgəsində və İranın cənub sahilləri boyunca ardıcıl dördüncü gündür zərbələr endirdiyi bir vaxtda çağırıb. Mənbələrin bildirdiyinə görə, görüşdə Trampın milli təhlükəsizlik üzrə yüksəksəviyyəli komandası, o cümlədən Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və digər şəxslər iştirak ediblər.
Mənbələr qeyd ediblər ki, müşavirədə Hörmüz boğazındakı İran hədəflərinə zərbələrlə yanaşı, İran ərazisində yerləşən strateji hədəflərə qarşı daha genişmiqyaslı hərbi əməliyyat planları da müzakirə olunub. Tramp bəyan edib ki, İrana endirilən zərbələrin məqsədi Tehranın danışıqlar masasına qayıtmasına nail olmaqdır. Onun sözlərinə görə, əgər İran danışıqlara razılaşmasa, ABŞ hərbi əməliyyatları davam etdirəcək. Hücumlar Vaşinqton qarşıya qoyduğu məqsədlərə nail olana qədər davam edəcək. “Əgər İran masa arxasına keçib danışıqlar aparmasa, bütün elektrik stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”,- deyə o, əlavə edib.
İrana qarşı yeni sanksiyalar tətbiq olunub
ABŞ Maliyyə Nazirliyi isə İranın bir sıra fiziki və hüquqi şəxslərinə, həmçinin “kölgə donanması” və ballistik raketlərin, eləcə də silahların istehsalı üçün materialların tədarükü ilə əlaqəli gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib. Maliyyə Nazirliyinin məlumatında qeyd olunur ki, yeni məhdudiyyətlər Vaşinqton və Tehran arasında ABŞ-ın yeni sanksiyalardan imtina etməsini nəzərdə tutan anlaşma memorandumunun imzalanmasından qısa müddət sonra tətbiq edilib. Analitiklər hesab edirlər ki, bu addım tərəflər arasında gərginliyin artmasından xəbər verə və İranın nüvə proqramı üzrə yekun razılaşmanın əldə olunması şanslarını azalda bilər. Müşahidəçilərin fikrincə, vəziyyətin gələcək inkişafı ABŞ ilə İran rəsmilərinin bəyanatlarından, həmçinin Hörmüz boğazındakı hadisələrdən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mövqeyindən asılı olacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35

