18 oktyabr qeyri-iş günü olmalıdırmı?
13.10.2021 [10:47]
“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Oktyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.
Cari məsələlərin müzakirəsində deputatlar Ceyhun Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, İltizam Yusifov, Əminə Ağazadə, Cəbi Quliyev, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümü ərəfəsində ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrdən, işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq işlərindən, Azərbaycan gənclərinin xaricdə təhsil almasına göstərilən qayğıdan söz açıb, seçicilərini düşündürən məsələlərə - səhiyyədəki, şəhərlərarası sərnişindaşımadakı vəziyyətə, bölgələrdə suvarma probleminə, bəzi məktəb binalarının qəzalı vəziyyətdə olmasına, ucqar kəndlərdə internetin sürətinin zəifliyinə və sair diqqət yönəldiblər.
Milli Məclisin Sədri Sahibə Qafarova gündəlikdə bir məsələnin - “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.
Plenar iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu qanun layihəsinin məzmununun, məntiqinin və zərurətinin müzakirələrdə düzgün şərh edilərək Azərbaycan cəmiyyətinə çatdırıldığını bildirib.
Məlumat verilib ki, sözügedən qanun layihəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi zamanı səslənən fikirlər - qanunun preambulası ilə əlaqədar, texniki redaktə xarakterli və digər səpkili bir sıra təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb və yeni variantda öz əksini tapıb. Həmin dəyişiklikləri deputatların diqqətinə çatdıran Əli Hüseynli birinci oxunuş zamanı səslənmiş bir sıra fikirlərə də münasibətini açıqlayıb.
Sonra iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanıb. Əvvəlcə qanun layihəsi əsas kimi qəbul olunub.
Müzakirələrdə Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, deputatlar Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Fazil Mustafa, Zahid Oruc, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Sahib Alıyev, Hikmət Məmmədov, Erkin Qədirli qanun layihəsinə dair rəy və təkliflərini parlamentin diqqətinə çatdırıblar.
Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli çıxışlara münasibət bildirib, deputatları maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, ikinci oxunuş zamanı parlamentdə səslənmiş təkliflər də qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılacaq.
Müzakirələrin yekununda “Müstəqillik Günü haqqında” qanun layihəsi əvvəlcə maddə-maddə, sonra isə bütövlükdə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

