Ermənistanın qəribə məhkəmə iddiası – Oğru elə bağırdı...
22.09.2021 [14:17]
Ermənistan Avropa Şurası İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası şikayət yazaraq 44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq konvensiyalara zidd olaraq, Ermənistanda və Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarını pozduğunu, şəxsi əmlak və təhsil haqqını əlindən aldığını bildirib. Ermənistanın bu addımı Azərbaycanın hazırlaşdığı genişmiqyaslı məhkəmə proseslərinə bir növ qarşılıq məqsədi daşıyır. Çünki 30 il ərzində vurduğu ziyanın hesabının aparılacağını bilir və bu barədə dövlət başçısı İlham Əliyev də dəfələrlə bəyan edib. Ermənistanın beynəlxalq qurumlar qarşısında törətdiyi müharibə cinayətlərinə görə cavab verəcəyini əminliklə ifadə edib. Güclü əks-addımlar mütləq şəkildə atılacaq, dövlətin bu məsələni cavabsız qoymayacağına da əminik. Lakin bir məsələyə diqqət çəkməklə vətəndaşların da bu problemin həllində rol oynaya biləcəyini xatırlatmaq istərdik.
Beynəlxalq hüquq qaydalarına əsasən, müharibə cinayətlərindən əziyyət çəkmiş şəxslər fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib iddia qaldıra bilər. Bu mənada, 30 il ərzində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində milyonlarla insan əziyyət çəkib. Söhbət yalnız qaçqın və köçkün həyatı yaşayanlardan getmir, bu müddət ərzində doğmaları şəhid olan, itkin düşən, stress yaşayan nə qədər insan var. Dünya təcrübəsində Bosniya qətliamı ilə bağlı bosniyalıların iddialarının Avropa hüquq sistemi tərəfindən təmin edilməsi faktı var. Yuqoslaviyada baş verən hadisələri araşdırmaq üçün beynəlxalq birlik birgə səy göstərərək Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalını yaratdı. Tam olmasa da, münaqişə zamanı baş vermiş müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlər araşdırıldı müəyyən qədər cinayətkar məsuliyyətə cəlb olundu. Ümumilikdə, beynəlxalq hüquq və siyasi presedentdə müharibə qurbanlarının və müharibə cinayətlərinə məruz qalmış insanların fərdi müraciətlərinin dəyərləndirilməsi və ona uyğun cavab verilməsi tendensiyası müşahidə edilib.
Azərbaycan vətəndaşları da bu hüquqlarından istifadə ediblər. 2017-ci ilin dekabr ayında Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar çıxarıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib.
Siyasi şərhçi Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ermənistanın bu günə qədər Çıraqovların tələb etdiyi təzminatı ödəməməsinə baxmayaraq, biz müxtəlif instansiyalarda bu dövlətə qarşı mübarizəmizi dayandırmamalıyıq.
“Azərbaycan müharibə cinayətləri və Ermənistanın beynəlxalq norma və qaydaları pozması ilə bağlı dəfələrlə bir çox qurumlara müraciət edib. Lakin 30 illik işğal dövründə biz beynəlxalq qurumların gözlənilən reaksiyasının şahidi olmadıq, ikili standartlar tətbiq edildi, ona görə beynəlxalq ədalətin tam təmin olunacağına ümid bəsləyə bilmərik. Amma dövlət bütün instansiyalarda bu mübarizəni aparır və aparmalıdır. Azərbaycanda müharibə cinayətlərinə məruz qalmış vətəndaşlarımız beynəlxalq məhkəmələrə müraciət edə bilərlər. Ola bilər qərar gec verilsin, ola bilsin ki, toplu fonda verilmiş iddialar təmin edilməsin, şikayət ərizələri rədd edilsin. Amma biz vətəndaş olaraq haqqımızı qorumaqda, axtarmaqda israrlı olmalıyıq. Bu əzm erməni terrorunun dünyaya çatdırılması, bu hadisələrin unutdurulmaması baxımından vacibdir. Bu anlamda, Çıraqovların işi nümunə rolunu oynayır”, - deyə eskpert qeyd edir.
Hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparılır, beynəlxalq hüquq normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz qalmamalıdır. Çox uzaq keçmişdə deyil, elə bir il öncə Tərtərdə, Gəncədə, Bərdədə, Beyləqanda mülki vətəndaşlarımız raket zərbələrinə məruz qaldılar, dəhşətli Gəncə qətliyamının izləri hələ də saxlanılır və buna xarici ölkələrdən gələn diplomatlar şahidlik ediblər. Bu gün bu dəhşəti yaşamış hər birimizin ayrı-ayrılıqda Ermənistanı məhkəməyə verməyə, özümüzü müharibə qurbanı elan etməyə haqqımız çatır. 30 ildə müharibə hər bir azərbaycanlı ailəsinin ömründən keçib.
Düşmən humanizmdən anlamır, anladığı dildə danışmaq lazımdır. Susmamalıyıq. Ən azından ona görə ki, oğru bağıranda doğrunun da səsi çıxsın.
İ.Rəsulova
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

