/ / Elçin Mirzəbəyli: Azərbaycan 28 il ərzində müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edib
Elçin Mirzəbəyli: Azərbaycan 28 il ərzində müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edib
27.08.2021 [13:10]
“Azərbaycan dövlətinin və xalqının Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin sülh yolu ilə həlli üçün böyük səbir və təmkin nümayiş etdirməsi, Vətən müharibəsində üstün hərbi, iqtisadi və siyasi gücə sahib olmasına baxmayaraq, hərbi əməliyyatları ən son çıxış yolu kimi nəzərdən keçirməsi humanizm prinsiplərinə sədaqətimizin, insan həyatına verdiyimiz yüksək dəyərin bariz nümunəsidir. Məhz bu baxımdan, 44 gün davam edən İkinci Qarabağ müharibəsinə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, 28 il ərzində Azərbaycan torpaqlarının işğalına, istismar və viran edilməsinə, azərbaycanlıların etnik təmizləməyə, soyqırımına məruz qalmasına, yüz minlərlə Azərbaycan vətəndaşının öz doğma evindən didərgin düşməsinə göz yumaraq, torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməyən və təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təzyiq mexanizmlərini işə salmayan beynəlxalq birliyin üzərinə düşür”.
Bu fikirləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlər, Azərbaycan xalqının faciəsinə münasibətdə beynəlxalq təşkilatların, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin uzun illər boyu nümayiş etdirdiyi ədalətsizliyin, işğalı stimullaşdıran məsuliyyətsiz davranışın qısa xülasəsi, dövlətimizin haqlı mövqeyinin hər zaman olduğu kimi, təkzibolunmaz fakt və arqumentlərlə ifadə olunmasıdır. Azərbaycan torpaqlarının işğal altında qaldığı 28 ilin hər anı yüz minlərlə insanın ağrı-acısı, mənəvi əzabları, məhrumiyyətləri ilə suvanıb, daşlaşıb və yaddaşlarda silinməz izlər buraxıb: “Azərbaycan 28 il ərzində müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edib və ən əsası işğalçı ölkənin dəfələrlə, həmçinin müxtəlif qanlı təxribatlarla pozduğu, BMT qətnamələrinin icrasına görə məsuliyyət daşıyan güc mərkəzlərinin riyakar davranışları nəticəsində iflasa uğrayan danışıqlar prosesinin davam etməsi, ədalət prinsiplərinin qansız-qadasız bərpa olunması üçün tarixdə misli görünməmiş bir dözümlülük göstərib. Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev ən yüksək səviyyədə və bütün mühüm platformalarda ardıcıl olaraq, beynəlxalq birliyi Ermənistandan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməyə, işğala son qoymağa çağırıb. Bu qətnamələri qəbul edən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün ATƏT-in Minsk qrupunun həmsədri olmasına, onlara ATƏT sədri tərəfindən verilən mandatın müddəalarında təcavüzkara qarşı təzyiqlərin həyata keçirilməsi üçün mexanizmlərin yer almasına baxmayaraq, Minsk qrupu 28 il ərzində mövcud imkan və vasitələrdən istifadə etməməklə işğalın davam etməsinə, Azərbaycan xalqının daha çox məhrumiyyətlərə məruz qalmasına, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin daha çox istismar edilməsinə və dağıdılmasına rəvac verdi. Məhz bu səbəbdən, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdi, bəşəriyyətin, insanlığın haqqa, ədalətə, işığın qaranlıqdan, xeyirin şərdən daha güclü olduğuna olan inamını sarsılmağa qoymadı”.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52

