“Beşinci kolon” xəyanətkar mövqeyini davam etdirir
14.07.2021 [08:53]
Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra ölkəmizin inkişafında yeni mərhələ başlayıb. Hazırda bütün cəmiyyətimiz işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə köklənib. Hər bir vətəndaş bu prosesə öz töhfəsini verməyə çalışır.
Bütün bunların fonunda “beşinci kolon”un təmsilçiləri isə yenə də sosial şəbəkələrdə absurd iddialar irəli sürməklə süni gündəm yaratmağa və ictimai rəyi manipulyasiyaya məruz qoymağa cəhd göstərirlər. Belə ki, “beşinci kolon”un fəal təmsilçiləri olan Qənimət Zahid, Gültəkin Hacıbəyli və digərləri “ənənə”lərinə uyğun olaraq virtual platformada təxribatla məşğul olur, ordumuzun şücaəti və rəşadəti sayəsində qazanılan parlaq Zəfərin dəyərini kiçiltməyə - əhəmiyyətini azaltmağa çalışırlar. Ermənilərin özləri 10 noyabr razılaşmasını Ermənistan üçün kapitulyasiya aktı hesab etdikləri halda, “beşinci kolon” təmsilçiləri bunun əksini iddia edirlər. Bu məsələdə canfəşanlıq edənlərin sırasında Q.Zahid xüsusilə fərqlənir. Belə ki, o, özünün internet televiziyasında növbəti dəfə reallıqları təhrif etməyə çalışıb.
Görünən odur ki, Qənimət Zahid kimilər ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edirlər. Əks halda, ordusu darmadağın olmuş, bu gün acınacaqlı vəziyyətə düşmüş Ermənistana göstərilən bu canıyananlıq haradan qaynaqlanır? Q.Zahid bütün imkanları ilə “ermənilərin məğlub olmadıqları”nı sübut etməyə çalışır. Belə olan halda, 44 gün ərzində Azərbaycan Ordusunun döyüş meydanında ərazilərimizi azad etməsinə, sonra Ermənistanın üç rayonumuzu Azərbaycana qaytarmağa məcbur olmasına niyə toxunulmur? Qənimət Zahidin nə deməsindən, nə yazmasından asılı olmayaraq, ortada bir reallıq var. Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanıb və yeni reallıqlar yaradıb. Bu gün işğaldan azad edilmiş bölgələrimizdə quruculuq işləri sürətlə davam edir. Doğma yurdlarına qayıdacaq insanların həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi addımlar atılır. Xüsusilə, 10 noyabr birgə Bəyanatına əsasən, kommunikasiyaların bərpa edilməsi Azərbaycanın maraqlarına tam uyğundur. O cümlədən Zəngəzur dəhlizinin açılması nəinki ölkəmizin, hətta bütün Türk dünyasının strateji mənafeyinə cavab verir. Yəni bütün məsələlər mərhələlərlə həyata keçiriləcək.
Göründüyü kimi, müharibənin başa çatmasından sonra atılan bütün addımlar Azərbaycanın maraqlarına tam adekvatdır. Eyni zamanda, bu addımlar regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bütün bunların fonunda radikalların israrla möhtəşəm qələbəmizə kölgə salmaq cəhdləri və milli maraqlara zidd mövqe sərgiləmələri qəbuledilməzdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

