Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələri müzakirə olunub
02.07.2021 [10:34]
Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində iyunun 30-da bu ölkənin Milli Assambleyasının sədri Laszlo Kover ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini və nümayəndə heyətini salamlayan Laszlo Kover dəvətini qəbul edərək Macarıstana səfərə gəldiyinə görə Azərbaycan parlament nümayəndə heyətinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Laszlo Kover dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birilərinə dəstək verirlər.
Laszlo Kover Macarıstanın müşahidəçi statusuna malik olduğu TÜRKPA çərçivəsində türk dünyası ilə artan əməkdaşlığın ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını bildirib. Macarıstan parlamentinin sədri çətin anlarda, o cümlədən pandemiya dövründə macar xalqına verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. “Bu dostcasına hərəkət bizim üçün çox dəyərlidir”, - deyən L.Kover iki xalq arasında əlaqələrini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və bu ölkəyə rəsmi səfərə dəvətinə görə həmkarına minnətdarlığını ifadə edib. Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu qeyd edən Sahibə Qafarova ölkəmizin Macarıstanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, bu gün bu münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu var.
Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəricilərə toxunan Milli Məclisin sədri vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün daha yüksək potensial var. Qeyd edilib ki, hazırda Azərbaycan Cənubi Qafqazın böyük iqtisadi mərkəzidir. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır, Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Humanitar əlaqələrdən danışan Milli Məclisin sədri bu münasibətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunduğunu xatırladıb.
Söhbət zamanı Sahibə Qafarova bildirib ki, parlamentlərarası əlaqələrimiz də daim inkişaf edir. Hər iki ölkənin parlamentlərindəki qarşılıqlı dostluq qrupları qanunverici orqanlar arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığı təqdirəlayiqdir. Milli Məclisin sədri Macarıstan hökumətinə, Macarıstan parlamentinin rəhbərliyinə və deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
S.Qafarova diqqətə çatdırıb ki, artıq müharibə başa çatıb və Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Tərəflər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistanın azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin tam xəritəsini verməməsi nəticəsində hərbi qulluqçular və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlayışlarının qurbanı olur. Milli Məclisin sədri minalanmış ərazilərin təmizlənməsi işində Macarıstanın ANAMA-ya verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və beynəlxalq ictimaiyyətin Ermənistanı minalanmış ərazilərin tam xəritəsini verməyə məcbur etməsinin vacibliyindən danışıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30

