Musa Quliyev: Terror bizim əzmimizi qıra bilməz
09.06.2021 [09:36]
“Keçən həftə xalqımız erməni terrorunun növbəti ağrı-acısını yaşadı. Kəlbəcər rayonu ərazisində tank əleyhinə minaya düşən avtobusda 3 soydaşımız həlak oldu, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza tezliklə sağalmalarını arzu edirəm. Bu hadisə bütün xalqımızı hiddətləndirmişdir. Beynəlxalq təşkilatların susqunluğu və fəaliyyətsizliyi bizi narahat edir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, minaların xəritələrinin verilməsi qeyd-şərtsiz təmin edilməlidir. Təxribatçı hərəkətlərin dayandırılması, davamlı sülhün təmin olunması üçün Ermənistana beynəlxalq səviyyədə təsir göstərilməlidir. Onun sözlərinə görə, iki dəyərli jurnalistimiz öz vəzifələrini yerinə yetirərkən terrora məruz qalıblar: “Azərbaycanın bütün söz və qələm adamları dünya ictimaiyyətinin diqqətini bu mina terroruna cəlb etməli, minalarla bağlı beynəlxalq qanunlara uyğun olaraq, Ermənistanın cəzalandırılması üçün petisiya təşkil olunmalıdır. Ölkəmizdəki bir çox siyasi partiya və ictimai təşkilatların bu yöndə fəaliyyəti təqdir olunmalıdır. Amma nə yazıq ki, antimilli şura və “Müsavat” Partiyası deyilən qurum bu faciədə də xəyanət mövqeyində dayandılar. Bu xəyanətkar ünsürlərin Arif Hacılı adlı bir üzvü sosial şəbəkədə öz səhifəsində Kəlbəcər terrorunda ermənilərə məsuliyyət tanımır, dolayısı ilə onlara haqq qazandırır, mina terrorunun məsuliyyətini Azərbaycan rəhbərliyinin üzərinə qoymağa cəhd edir. Belə adamların siyasi həyasızlığına, nadanlığına, nankorluğuna hiddətlənməyə bilmirsən. Bu sözləri 1993-cü ilin aprelində Kəlbəcər kimi alınmaz bir qalanı erməniyə təhvil verən hakimiyyətin təmsilçisi yazır. Özü də 4 iyun tarixində! O tarixdə ki, onlar 28 il əvvəl Azərbaycanda vətəndaş müharibəsi başlatmışdılar. Məhz Kəlbəcərdə partlayan minanın məsuliyyəti ermənilərlə yanaşı, Kəlbəcərin işğalına şərait yaradan AXC-“Müsavat” hakimiyyətinin üzərindədir!”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün Azərbaycan dövləti həmişəkindən daha güclüdür, inamlıdır, belə terrorlar və xəyanətlər bizim iradəmizi sarsıda bilməz: “Hər kəs əmin ola bilər ki, torpaqlarımızın üstünü düşməndən təmizləyən Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızın altının da düşmən minalarından təmizlənməsinə nail olacaq, sabahkı nəsillərə daha zəngin, daha güvənli Azərbaycan bəxş edəcəkdir!”.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

