/ / Sabir Hacıyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin qısa müddətdə həyata keçirilməsi üçün mühüm addımlar atılır
Sabir Hacıyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin qısa müddətdə həyata keçirilməsi üçün mühüm addımlar atılır
24.04.2021 [09:22]
“İşğalçı Ermənistanın vaxtilə vandalizmə məruz qoyduğu və hərbi cinayətlər törətdiyi torpaqlarımızda yenidənqurma və bərpa işləri sürətlə davam edir. Təbii ki, bu proses mərhələli şəkildə həyata keçirilməkdədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
Partiya sədrinin dediyinə görə, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinə start verilməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu işlərə elektrik enerjisi ilə təchizat, yol infrastrukturunun yenidən qurulması və digərləri aiddir. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi son müsahibəsində də vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Sevindirici haldır ki, artıq Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib. Yol infrastrukturunun yaradılması ilə bağlı da bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu inşa edilir. Eyni zamanda, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisinə də başlanıb”.
S.Hacıyev deyib ki, infrastruktur layihələrinin həyata keçirilməsi ilə paralel olaraq artıq məcburi köçkünlərin qayıtması üçün yeni kəndlərin salınması da planlaşdırılır: “Dövlət başçısının da qeyd etdiyi kimi, “Ağıllı kənd” layihəsi çərçivəsində birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək. 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək bu pilot layihə gələn il artıq icra ediləcək və köçkünlərin ilk qrupu öz doğma torpaqlarına qayıdacaqlar. Eyni zamanda, Qarabağdakı bütün şəhərlərin də baş planları hazırlanır. Əvvəlcə bu proses Ağdam şəhərini əhatə edəcək. Ümumiyyətlə, dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin qısa müddətdə həyata keçirilməsi üçün mühüm addımlar atılır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12

