/ / Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
23.04.2021 [08:24]
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir yumruq” əməliyyatı uğurla başa çatdıqdan sonra qarşımızda dayanan əsas prioritet istiqamət işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpa edilməsi və uzun illər öz dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın doğma yurdlarına qayıtmasıdır. Otuz illik həsrət, nəhayət, sona çatır və soydaşlarımızın doğma el-obalarına qayıdacağı günə az qalır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Ölkəmizin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün 44 gün davam edən Vətən müharibəsi nəticəsində bərpa edildiyini vurğulayan Milli Məclis sədrinin müavini deyib: “Azərbaycanın misilsiz Qələbəsi ilə başa çatan Vətən müharibəsi, eyni zamanda, Ermənistanın yürütdüyü faşizm siyasətinə vurulan ən böyük zərbə oldu. Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda hələ də sabitlik yoxdur və yaxın vaxtlarda olacağı da gözlənilmir. Bu ölkədə rəhbər şəxslərin getdikləri yerlərdən biabırcasına qovulması, hər gün davam edən mitinqlər Ermənistan dövlətçiliyinin təhlükədə olmasının əyani göstəricisidir”.
Adil Əliyev bildirib ki, Vətən müharibəsi erməni faşizminə ağır zərbə vurdu. O faşizmə ki, Azərbaycan xalqına məxsus qədim abidələri, dini məbədləri, məscid və ziyarətgahları, türbələri amansızcasına məhv edir, dağıdırdı. O faşizm ki, zəbt etdiyi torpaqlarda Azərbaycan mədəniyyətinə və tarixinə şəhadət edən bütün maddi mədəniyyət abidələrini yer üzündən - bizim öz torpağımızdan silməyə çalışırdı. İndi isə törədilmiş bu cinayətlərə görə cavab vermək zamanı gəlib çatıb - Azərbaycana vurduğu zərərə görə Ermənistan barəsində beynəlxalq məhkəməyə müraciət edilir. İşğal dövründə törədilmiş dağıntılarla yanaşı, ölkəmizin təbii sərvətlərindən - qızıl və mis yataqlarından, mineral su mənbələrindən, digər təbii ehtiyatlarından qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəməyə verilir. Dövlətimiz bu sahədə hüquqi prosedurları hazırda davam etdirir.
“Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi kimi çox vacib bir prosesi həyata keçirir. Bu, vətəndaşlarımızın doğma yurd yerlərinə qaytarılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Təəssüf ki, savaşda məğlub olaraq sülh sazişi üçün yalvaran Ermənistan yenə də beynəlxalq humanitar hüququ pozaraq minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu kimi davranışlar onu deməyə əsas verir ki, Ermənistan hələ də məğlubiyyəti həzm edə bilmir və gücü çatdığı qədər nifaqı davam etdirmək istəyir. Ermənistanın bu əməli növbəti hərbi cinayətdir və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına ziddir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
Adil Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından aylar keçsə də, ərazilərin minalardan təmizlənməsi işləri hələ də davam edir. Hazırda ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) əməkdaşları ilə yanaşı, Türkiyə və Rusiyadan gələn hərbçilər də bu işdə ölkəmizə kömək göstərirlər. Lakin Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi səbəbindən indiyədək 100-dən çox mülki vətəndaş yaralanıb və ya həlak olub. “Ermənistanın törətdiyi cinayətlər, vurduğu ziyan göz qabağındadır. İşğaldan azad olunmuş bölgələrə səfər edənlər bu vəhşiliyin şahidi olur. Ağdamdakı vəziyyəti görən xarici qonaqlar dağıntıların miqyasından dəhşətə gələrək Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. Digər şəhər və kəndlərimizdəki vəziyyət də Ağdamdan çox fərqlənmir. Ermənistan tərəfi amansızcasına hər yeri və hər şeyi dağıdıb, məhv edib. Bütün abidələrimizə, yaşayış məskənlərimizə qarşı vandal siyasətlərini həyata keçiriblər. Onların törətdikləri vəhşiliklər gözəl guşələrin bərpa prosesini ləngidir”, - deyə A.Əliyev vurğulayıb.
Milli Məclis sədrinin müavini bildirib ki, mina təmizləmə prosesi ilə paralel olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası çox sürətlə davam etdirilir. Aparılan abadlıq və quruculuq işləri sayəsində hazırda ölkəmizin Mədəniyyət paytaxtı olan Şuşa şəhəri tam şəkildə elektrik enerjisi ilə təmin edilib. İndi Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa olunur. Ən qısa zamanda isə kəndlərimizin bərpası təmin ediləcək. Hazırda Cəbrayıl, Ağdam, Füzuli rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası istiqamətində işlər görülür.
“İşğaldan azad edilmiş ərazilərə gediş-gəliş yollarının bərpası və yenidən qurulması istiqamətində də məqsədyönlü tədbirlər icra olunur. Zəfər yolu adlandırılan Füzuli-Şuşa yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğana-Kəlbəcər avtomobil yollarının tikintisi gedir, Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolları infrastrukturu yaradılır. Hansı ki, bu yolun sonu düz 101 ildən sonra bizi əlimizdən alınmış tarixi torpağımız olan Zəngəzura qaytaracaqdır”, - deyə Adil Əliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17

