Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: Milli həmrəylik qələbənin əldə olunmasında mühüm amil oldu

Arzuxan Əlizadə: Milli həmrəylik qələbənin əldə olunmasında mühüm amil oldu

19.02.2021 [09:17]

“Ölkəmizdə siyasi qüvvələrin Vətən müharibəsi dövründə birlik nümayiş etdirməsi, bütövlükdə, milli həmrəylik qələbənin əldə olunmasında mühüm amil oldu. Lakin Azərbaycanın reallıqlarını təhrif etməklə dövlətin imicinə xələl gətirməyə cəhd göstərmək istəyənlər, korporativ siyasi maraqlar naminə anti-Azərbaycan təbliğatı aparmağa çalışanlar da var”. Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, 44 günlük müharibədə qazandığımız tarixi qələbədə hərbi əməliyyatlarla yanaşı, siyasi, diplomatik, iqtisadi sahədə əldə edilən uğurlar da həlledici rol oynayıb. Onun sözlərinə görə, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı dövrdə ölkəmizdəki milli həmrəylik siyasi sabitliyin təmin olunması ilə yanaşı, bəzi xarici qüvvələrin ölkə daxilində hər hansı bir siyasi qarşıdurma yaratmaq istəklərinin də üstündən xətt çəkmiş oldu: “Təbii ki, bəzi siyasi qüvvələrin bu həmrəylikdən kənarda dayanması qəbuledilməzdir. Hər şeyi yalnız qara rəngdə görmək və qərəzli mövqe sərgiləmək birmənalı olaraq məkrli niyyətdən xəbər verir. Ona görə də hər bir məsələyə obyektiv, rasional düşüncə ilə qiymət vermək lazımdır. Azərbaycan xalqı və dövləti böyük sınaqlardan keçib. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31