/ / Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib
29.01.2021 [22:33]
İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif İşçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, həmin qruplardan biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.
Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə İşçi Qrupun iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.
Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.
İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.
İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib, bir sıra əlavə təkliflər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25

