Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20.01.2021 [09:46]
“Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, o yerlərdən xalqımıza və dünyaya, qonşularımıza, dostlarımıza və düşmənlərimizə bir-birindən önəmli, vacib mesajlar verir. Prezidentin Şuşaya səfəri də bu ənənənin davamıdır. Dövlət başçısının bu səfəri mühüm tarixi hadisədir. İndi təkcə Azərbaycan mediası yox, bütün Ermənistan KİV-ləri, Rusiya telekanalları, qardaş Türkiyənin, qonşu İranın, dünyanın xəbər agentlikləri, siyasi şərhçiləri və köşə yazarları bu səfərin bu və ya digər məqamları barədə danışır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, bu səfər 30 illik müstəqillik tariximizdə Azərbaycanın dövlət başçısının Şuşaya ilk səfəri kimi çox əhəmiyyətli idi. Onun fikrincə, Şuşa səfəri, həmçinin azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək baxımından da əhəmiyyətli idi. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 30-cu ilində cənab İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin, xaricdən gələn cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, bloggerlərin son illərdə Şuşa üzərindən bizim milli qürurumuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə meydan oxumalarının hamısının əvəzini çıxdı. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili də düşmənə və düşmənimizin havadarlarına, sözün əsl mənasında, göz dağı idi.
“Prezident İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər addımı, hər sözü bir ismarıc idi, bir xəbərdarlıq idi, bir nida idi. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hisləri Ermənistana baha başa gələ bilər. Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıqlar etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan - son 28 ildə ermənilərin hər cür vasitələrlə “erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir”, - deyə MHP sədri vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05

