/ / Adil Əliyev: Azərbaycanın döyüş meydanında qazandığı Qələbə diplomatik müstəvidə davam etdirilir
Adil Əliyev: Azərbaycanın döyüş meydanında qazandığı Qələbə diplomatik müstəvidə davam etdirilir
13.01.2021 [09:49]
Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Ermənistan hakimiyyətinin məğlubiyyəti qəbul edərək kapitulyasiya aktını imzaladığı vaxtdan sonra Azərbaycan Ordusunun qazandığı Qələbəni digər ermənipərəst qüvvələrin qəbul etməsi üçün bu görüş mühüm əhəmiyyət daşıyırdı. Eyni zamanda, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın gücləndirilməsi ilə bağlı bütün detalların müzakirə edilməsi məqsədi daşıyırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həmin görüşdə iştirak etməsinin qarşısını almaq məqsədilə erməni xalqı küçələrə axışmış, hətta, İrəvanda aeroporta gedən yolu da bağlamışdılar. Erməni xalqı düşünürdü ki, bu görüşdə iştirak etmək Ermənistanın öz dizçökməsini tam qəbul etməsi, siyasi məğlubiyyətinin təsdiq nöqtəsi idi.
Son ana qədər Ermənistan müxalifəti və Rusiyadakı çoxsaylı erməni lobbisi hər vəchlə görüşün pozulmasına çalışdı, Paşinyanı görüşdə iştirak etməməyə, məğlubiyyəti bir daha etiraf etməməyə çağırdı. Amma bütün bunlara baxmayaraq, Paşinyan həmin görüşdə iştirak etdi...
Aydın şəkildə hiss olunurdu ki, erməni baş nazir cəmiyyətdə itirdiyi nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarına ümid edir. Amma, o, bu dəfə də uduzdu. Görüşdə müzakirə olunan qərarları qeyd-şərtsiz qəbul etdi. Paşinyan müzakirələrin Minsk qrupu formatında aparılmasına maraqlı olmasına, bu məqsədlə də öz havadarlarına mütəmadi nikbin məlumatlar ötürməsinə baxmayaraq, görüş Azərbaycanın maraqları çərçivəsində baş tutdu...
Prezident İlham Əliyevin həmin görüşə qalibiyyət qazanmış ölkənin başçısı, zəfər çalan Ordunun Ali Baş Komandanı olaraq qatılması, habelə imzalanmış kapitulyasiya şərtlərinin dəfələrlə Ermənistan tərəfindən pozulmasına cəhdlər edilməsi, digər qanlı insidentlərin baş verməsinə diqqət çəkməsi ilə Ermənistan hökumətinə və işğalçı ölkənin havadarlarına çox ciddi siyasi mesaj verilmiş oldu.
Aydın məsələdir ki, qələbəni qazanmaq nə qədər çətindirsə, daimi qələbəni qoruyub saxlamaq da bir o qədər çətindir. Biz İlham Əliyevin timsalında hər iki amilin diqqətdə olmasının, bir rəhbər tərəfindən ümumxalq mənafeyinin əsas ideal sayılmasının bariz nümunəsini gördük. Ona sonsuz ümid bəsləyən xalqını heç vaxt yanıltmayan Prezidentimiz tərəfindən döyüş meydanında qazanılmış Qələbəmiz diplomatik və siyasi müstəvidə də böyük uğurla davam etdirildi.
Milli Məclis sədrinin müavini qeyd edib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın əsas hissəsindən biri də nəqliyyat və kommunikasiya xətlərinin qurulması idi. Moskvada dünən keçirilən görüş çərçivəsində humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması barədə müzakirələr aparıldı və təsdiqləndi. Bu, özlüyündə ehtiva edir ki, qəbul edilən müddəalar qeyd-şərtsiz yerinə yetirilməzsə, üçtərəfli əməkdaşlıq formatı olmayacaq.
Biz həmişə deyirdik ki, Azərbaycanın savaşı haqq işidir, mübarizəmiz haqq uğrundadır. Bu səbəbdən də görüşdən əvvəl tərəfimizdən irəli sürülən və yeni bəyanatla təsbit olunmuş tələblər həm maraqlarımızı təmin edir, həm də bütün regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Diplomatik müstəvidə atılan bu addımlar da döyüş meydanında qazanılan qələbə qədər əhəmiyyətlidir, onun məntiqi davamıdır. İşğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat infrastrukturunun qurulması təkcə Ermənistanla deyil, bütün qonşu dövlətlərlə sabit və dinc bir təmasın qurulmasına təminat verəcək. Çünki Azərbaycan bu məsələdə sülhpərvər və yardımsevər ideyalar daşıdığını hər zaman sübut etmiş bir ölkədir.
10 noyabr Bəyanatında Naxçıvanla birbaşa quru yolun yaradılması nəzərdə tutulmuşdu. Dünən Moskvada qəbul edilən Bəyanat artıq bu layihənin qısa bir müddət ərzində həyata keçirilməsini şərtləndirən mühüm amilə çevrildi, siyasi iradənin və diplomatik bacarıqların uğurlu yekunu oldu. Mehri dəhlizinin açılması ilə uzun illərdir təcrid vəziyyətinə düşmüş Naxçıvana Azərbaycanın hər yerindən birbaşa quru yolla gediş-gəliş bərpa olunacaq. Hamıya məlumdur ki, 30 ilə yaxın idi Naxçıvana gediş-gəliş ya hava nəqliyyatı vasitəsilə, ya İran İslam Respublikasının ərazisindən keçməklə mümkün olurdu. Təbii ki, tranzit olaraq başqa ölkənin ərazisindən istifadə etmək həm maddi cəhətdən baha başa gəlir, həm də daşımaların daha ləng həyata keçirilməsi ilə nəticələnirdi... Mehri dəhlizi nəhayət ki, bu narahatlıqlara son qoyacaq.
Bu dəhliz həm də bizə Azərbaycanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun açılması kimi zəruri bir üstünlük qazandıracaq. Açılacaq Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol qardaş ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq. Naxçıvana daşımalar daha qısa müddət ərzində, daha az xərclə başa gələcək.
...Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant-terrorçularının azad olunması olsa da, bu məsələ də həllini tapmadı. Sonda Ermənistan baş naziri mətbuata açıqlamasında erməni diversant-terrorçularını azad etmənin mümkün olmadığı üçün görüşün nəticələrindən məyus olduğunu aydın şəkildə bəyan etdi.
Bu görüş - diplomatik müstəvidə qazanılmış bu qələbə ilə Azərbaycan yalnız Ermənistan tərəfinə yox, görüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər irəli sürən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə çox ciddi zərbə vurmuş oldu.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

