/ / Anar Məmmədov: Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, dövlət başçısının daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir
Anar Məmmədov: Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, dövlət başçısının daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir
24.12.2020 [09:55]
“Hər bir tarixin özünəməxsus ştrixləri, gələcək nəsillərə buraxdığı örnək izləri var və qədirbilən xalqımız qədim zamanlardan bu günədək bu örnəkləri öz milli-mənəviyyatında, dəyərlərində yaşadıb, yaşadır. Bu gün müasir və müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisində silinməz izlər qoyan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi, cənab Prezident İlham Əliyevin apardığı nəhəng, yorulmaz işləri ölkəmizin tarixində bundan sonra da əbədi qalacaq”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Anar Məmmədov bildirib ki, Azərbaycanın yeni əsrdə yeni Lideri olan cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsindən 17 il keçsə də, Onun həyata keçirdiyi işlərin hər biri yüz illərə söykənəcək reallıqlar və danılmaz faktlardır. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və məhz bundan sonra Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımız yeni eraya qədəm qoydu. Bu, siyasi varislik missiyasının bariz və məntiqi nəticəsi idi. Prezident İlham Əliyev artıq 17 ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır.
Millət vəkilinin sözlərinə görə, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Bu gün hər kəs tam əminliklə deyə bilər ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Belə ki, ötən 17 illik müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Ən əsası isə cənab İlham Əliyevin atdığı düzgün addımlar, düzgün zamanlama, düzgün strategiya bizi şanlı zəfərə apardı, bizi qalib xalq kimi bütün dünyada tanıtdı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı və sərkərdəsi məhz Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmizlə nəticələndi.
Deputat qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, dövlət başçısının daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir: “Bütün bunlar qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Dövlət başçısı yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bəli, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafında, qazanılan nailiyyətlərdə tariximizə silinməz izlər həkk edən mütərəqqi və əbədi şəxsiyyət olaraq, hər zaman Öz xalqının dəstəyini hiss edib və bundan sonra da belə olacaq. Bu vəhdət isə Azərbaycanımızı daha uca zirvələrə ucaldacaq”.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29

