Ana səhifə »  Siyasət »  Milli Məclisin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

İclasda 13 qanun layihəsi müzakirə olunaraq qəbul edilib

 

Sahibə Qafarova: Fransa rəhbərliyi Azərbaycanın öz torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində işğaldan azad etməsinə münasibətdə qərəzli yanaşma ortaya qoyur

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan spiker Sahibə Qafarova deyib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub. Bu münasibətlə təbriklərini çatdıran Sahibə Qafarova əminliyini bildirib ki, biz tezliklə Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub-yaradacağıq və tamamilə bərpa edəcəyik!

Milli Məclisin Sədri qeyd edib ki, noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.

Spiker söyləyib ki, Fransa rəhbərliyi Azərbaycanın öz torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində işğaldan azad etməsinə münasibətdə qərəzli yanaşma ortaya qoyur: “Bir müddət əvvəl isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb”. Cari ilin oktyabr ayında Fransa parlamentinin Aşağı Palatasında bənzər qətnamənin irəli sürüldüyünü qeyd edən Sahibə Qafarova onu da bildirib ki, bəzi fransız parlamentarilər hərbi əməliyyatların fəal mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdiriblər.

Parlament rəhbəri deyib ki, sadalanan faktlar Fransanın siyasi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyduğunu təsdiq edir. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib. Bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır.

Spiker vurğulayıb ki, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunub.

Çıxışının yekununda Milli Məclisin Sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlərinin bu məsələyə diqqət yetirməsini vacib saydığını bildirib.

Məsələ ilə bağlı çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib: “Torpaqlarımız işğal altında olanda bəzi sülh carçıları dialoqdan, sülhdən danışırdılar. Ancaq torpaqlarımız işğaldan azad olunandan sonra əvvəllər “torpaqları unudun, insanları düşünün” deyənlər bunun əksini söyləyir və “status haqqında düşünək” deyə bizə təzyiq edirlər. Bu ölkələr arasında qeyri-səmimi münasibət əsasən, Fransa tərəfindən göstərilir”.

Onun sözlərinə görə, müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur: “Sentyabrın 27-də Vətən müharibəsi başladı, ayın 30-da Fransa cəfəng fikirlərlə çıxış etdi ki, bizim ordunun tərkibində muzdlular var. Ancaq bunu sübut etmədilər və bu fikirlərini geri götürdülər”.

S.Seyidov bildirib ki, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib: “Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edib. Ancaq bu sənəd qəbul edilib”.

Komitə sədri Fransa Senatının təqdim etdiyi qətnaməyə də toxunaraq, deyib ki, bu, azərbaycanlılara və türklərə qarşı yönəlib: “Minsk qrupunun həmsədrlərindən birinin bu cür fikirləri qəbuledilməzdir. Bu cür həmsədrlik Azərbaycan tərəfindən qəbuledilməzdir. Azərbaycan hökuməti Fransa ilə münasibətlərini yenidən təhlil etməlidir. Bu cür fikirlər ölkələr arasında münasibətlərə ciddi təsir edəcək”.

 İclasda, həmçinin deputatlardan Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Sevil Mikayılova, Nigar Arpadarai, Fəzail Ağamalı, Arzu Nağıyev, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Zahid Oruc, Vahid Əhmədov çıxış edərək Fransanın tutduğu qərəzli mövqeyi tənqid ediblər. Əksər çıxışlarda vurğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq neytrallığını qoruya bilməyən və işğalçı Ermənistanın tərəfini tutan Fransanın mandatının ləğv edilməsi üçün hüquqi prosedurlara başlanılmalıdır.

Sonra iclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) məsələni parlamentə təqdim edib. Bildirilib ki, Milli Məclis Azərbaycan Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq adı çəkilən qanunun 19-cu maddəsində “əlillərin” sözünün “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlilin” sözünün isə “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilməsini qərara alıb.

Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə ikinci oxunuşda səs veriblər.

Plenar iclasda çıxış edən deputatlar Siyavuş Novruzov və Aydın Hüseynov noyabrın 21-də 28 yaşı tamam olan, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyi tarixindəki və qazanılan nailiyyətlərdəki rolundan söz açaraq YAP üzvlərinə təbriklərini və xoş arzularını çatdırıblar.

Sonra gündəlikdəki iki mühüm qanun layihəsini - “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Baş Komandan İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə bu müjdəni vermişdi. Azərbaycan Prezidenti bildirmişdi ki, “mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Əli Hüseynli vurğulayıb ki, təsis olunan yeni orden və medallar birmənalı şəkildə dövlətçilik atributlarını, hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Azərbaycan Prezidenti tərəfindən isə yeni 2 orden - “Zəfər” və “Qarabağ”, 15 yeni medal təklif edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin canlı yayımda xalqa müraciəti birbaşa olaraq Milli Məclisin plenar iclas zalında yayımlanıb. Deputatlar müzəffər Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olması ilə əlaqədar Müzəffər Ali Baş Komandan xalqa müraciətini qürur hissi ilə, diqqətlə dinləyiblər.

Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə əlaqədar qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Parlament işğaldan azad edilmiş rayonlarda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi barədə iki qanun layihəsini müzakirə edib. Plenar iclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini təqdim edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, hər iki məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib. Komitə sədri onu da vurğulayıb ki, torpaqlarımızın işğal altında qaldığı dövrdə erməni vandalları tərəfindən Azərbaycanda 403-dək tarixi-dini abidə dağıdılıb ki, onlardan 67-si məscid, 114-ü məbəd, 192-si isə ziyarətgahdır.

Məlumat dinlənildikdən sonra qanun layihələri səsə qoyulub, Milli Məclis Quşçubaba kəndinin Baharlı, Tsakuri kəndinin Hünərli kəndi adlandırılmasına razılıq verib.

Plenar iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənilib.

Fikir mübadiləsində deputatlar Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Siyavuş Novruzov vurğulayıblar ki, Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna və əvəzsiz rol oynayan, Azərbaycan xalqının ürəyində bu gün xilaskar və qəhrəman şəxsiyyət kimi yer tutan Ali Baş Komandanımızın da təltif olunması vacibdir. Deputatlar bu mənada daha bir ordenin təsis edilməsi barədə təkliflərini irəli sürüblər.

Qeyd edək ki, iclasda gündəlikdə olan digər qanun layihələri də müzakirə olunaraq qəbul edilib. Ümumilikdə millət vəkilləri 13 qanun layihəsini qəbul ediblər.

Nardar BAYRAMLI

 
  • Oxunub:  4470  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 11:26
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq
18 İyun 11:22
“Avro-2020”: İngiltərə yığması Şotlandiyaya, Xorvatiya isə Çexiya millisinə qarşı
18 İyun 11:09
Yanvar-aprel ayları ərzində Azərbaycanda 15 minə yaxın cütlük nikaha daxil olub
18 İyun 10:46
Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
18 İyun 10:43
Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
18 İyun 10:38
Müşfiq Məmmədli: Bütün uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətin nəticəsidir
18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25