Ana səhifə »  Siyasət »  Azərbaycan dövlətinin şanlı Qələbəsi
A+   Yenilə  A-
Azərbaycan dövlətinin şanlı Qələbəsi

Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır
Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin sədri Sahibə Qafarovanın məqaləsində yer alıb.
Məqalədə deyilir: “Bəli, bu gün Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”, - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. “Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!”.
Məqalədə qeyd edilir ki, sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları - Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsi başladı. Bu haqq savaşında bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr və nəhayət iki gün öncə qədim Şuşa şəhəri Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk etdi və diz çökdü!
“Qeyd etməliyəm ki, Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etdi. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etdi. “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi”, - deyən möhtərəm Prezident İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olundu. Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm məsələlər sırasındadır”, - deyə Sahibə Qafarova vurğulayır.
Məqalədə daha sonra bildirilir ki, nəhayət, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Birmənalı şəkildə qeyd etməliyik ki, bu bəyanat Azərbaycan dövlətinin şanlı Qələbəsi, Ermənistan üçün isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan Liderinin, Ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi.
Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyur. Bu sənəd hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunur və azərbaycanlılar öz doğma torpaqlarına, yurd-yuvalarına qayıdırlar. Budur, Qələbənin, Zəfərin xoşbəxtliyi! Möhtərəm Prezident İlham Əliyevin təbirincə desək, “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Spiker yazır: “Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik. Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizə Allah rəhmət eləsin, onlar bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə şəfa diləyirəm.
Beləliklə, əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

 
  • Oxunub:  3390  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 14:58
UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub
22 İyun 14:57
AzTU-nun təltif olunan əməkdaşlarına mükafatlar təqdim edilib
22 İyun 14:48
Kamal Cəfərov: Artıq ənənəvi media yerini sosial mediaya verib, ictimai gündəmi insanlar müəyyənləşdirirlər
22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
21 İyun 16:45
YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib
21 İyun 16:33
Türkiyə Futbol Federasiyası: Təşəkkürlər, qardaş Azərbaycan

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25