Nikolun uğursuz manevrləri və çarəsiz çırpınışları
06.11.2020 [09:22]
Paşinyan ağır məğlubiyyətə görə günahkar axtarsa da, səbəbin ölkəsinin işğalçılıq siyasəti olduğunu başa düşmək və qəbul etmək istəmir
Azərbaycan Ordusu qarşısında davamlı məğlubiyyətə uğrayan işğalçı Ermənistanın silahlı qüvvələri olduqca acınacaqlı duruma düşüb. Bu ağır məğlubiyyət təcavüzkar ölkənin hakim dairələri tərəfindən uzun illərdir, Ermənistan əhalisində “yenilməz ordu” barədə yaradılmış mifin dağılmasına gətirib çıxarıb. Və bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ardıcıl məğlubiyyətlərin səbəbini izah edə bilmir. Çünki işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqə uyğun şəkildə izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq bacarığında deyil.
Bütün cəhdləri iflasa uğrayan Paşinyan rəzil duruma düşüb
Baş nazir N.Paşinyan bu günlər ərzində heç bir arqument göstərmədən, bəzən hansısa qərəzli mediaya, bəzən də guya əldə etdikləri “fakt”lara istinadən ciddi-cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu barədə “feyk-nyus”larını beynəlxlaq ictimai rəyə tirajlamağa çalışır. Amma hər dəfəsində uğursuzluğa düçar olaraq rəzil duruma düşür... N.Paşinyan sözügedən yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarında, media orqanlarına müsahibələrində və erməni əhalisinə müraciətlərində də təkrarlamaqdan yorulmur. Hətta N.Paşinyan guya Türkiyəyə məxsus hərbi təyyarələrin əməliyyatlarda iştirak etdiyini, Ermənistanın ərazilərinin Azərbaycandan ballistik raketlərlə vurulduğunu da iddia edir. Lakin ən azı onu başa düşmür ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları ilə təsbit oluna bilər. Əgər bu günə qədər bu məsələ ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli, bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsulu, yaxud qərəzli təbliğatın tərkib hissəsidir.
Təcavüzkar ölkənin faşist rəhbərliyinin absurd iddiaları gülüş doğurur
Ermənistanın uğursuz baş nazirinin ən gülünc davranışı isə odur ki, o, dünyanın hər hansı ölkəsində baş verən terror aktını fürsət kimi dəyərləndirərək, dərhal onu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, “Rossiya-1” kanalına müsahibəsində, o, Rusiyanın subyekti olan Dağıstan Respublikasında baş vermiş hansısa hadisəni “terror” kimi qiymətləndirir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv səviyyədə bir-biri ilə əlaqələndirməyə çalışır. Eyni zamanda, İrana terror təhlükəsi haqqında mesajlar ötürməyə cəhd edən Paşinyan “The Jerusalim Post” nəşrinə müsahibəsində İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycan və Türkiyənin simasında yəhudi dövlətinə qarşı “təhlükə alyansı”nın yaranması ehtimalını qabardır.
Yalançı və populist Paşinyanın “siyasi təlxək” imici
İşğalçı ölkənin baş nazirinin başdan-ayağa “feyk-nyus”lardan ibarət iddialarına diqqətlə nəzər yetirəndə məlum olur ki, bu şəxs özündə yalançılıq, populistlik, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. Azərbaycan Ordusunun gücünü və qüdrətini gözdən salmağa çalışan Paşinyan qəsdən Türkiyənin münaqişədə iştirakı, bu prosesə Türkiyə tərəfindən yaraqlıların cəlb edilməsi iddialarını ortaya atır. Halbuki bütün beynəlxalq qurumlar da təsdiq edir ki, istər canlı qüvvə, müasir hərbi texnika və silah-sursat, istərsə də maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə görə Ermənistandan bir neçə dəfə üstün olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə ehtiyacı yoxdur.
N.Paşinyanın saxta təbliğatı bununla bitmir, o, dünyanın aparıcı dövlətlərini Azərbaycan-Türkiyə birliyinin “gələcək planları” ilə şantaj edir. Vaxtilə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadaraq hakimiyyətə gələn baş nazir elə başa düşür ki, eyni yolla beynəlxalq ictimaiyyəti və dünya liderlərini də aldada bilər. Ancaq bütün bunlar onun haqqında mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Paşinyan barədə “siyasi təlxək” imici formalaşıb.
İşğalçı Ermənistanın ağılsız hərbi-siyasi rəhbərliyi məğlubiyyəti və acınacaqlı durumu izah edə bilmir
Beləliklə, Ermənistan rəhbərliyi işğalçı ordunun məğlub olmasına görə hər kəsdə günah axtarsa da, yaranmış vəziyyətin səbəbinin bu ölkənin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Ən azından, indiki baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaqardına vuranda, ölkəmizə qarşı təhqiramiz münasibət sərgiləyəndə, sülh danışıqları prosesində 27 il ərzində əldə olunmuş dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını hesaba almalı idi.
Görünən odur ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyət acısını müxtəlif vasitələrlə səngitmək istəyir. Eyni zamanda, Ermənistan rəhbərliyi işğalçı ordunun ciddi hərbi məğlubiyyətləri ilə şərtlənən durumu beynəlxalq ictimai rəyə “feyk-nyus”lar tirajlamaqla izah etməyə cəhd edir. Başqa sözlə, ölkədə istefası tələb edilən Paşinyan məğlubiyyətinin səbəbini Azərbaycana qarşı saxta təbliğatlarla ört-basdır etməyə çalışır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

