Ermənistan Gəncə, Tərtər və Bərdənin mülki əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək
31.10.2020 [09:16]
Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf edir və Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymur, terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirir. Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Ermənistan Gəncə, Tərtər və Bərdənin mülki əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan Respublikası silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir.
Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə dünya ölkələri ilə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edən dövlətlər sırasındadır. Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını alır. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir. Bu uğurlar Azərbaycan Ordusunun qələbəsinin təminatıdır. Azərbaycan Ordusu ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çalır. Düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinə baxmayaraq, döyüş meydanında məğlubiyyətə düçar olur.
Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda, regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünya dövlətləri işğalçı və terrorist dövlətə dur deməli və regionda ədalətin və sülhün təmin edilməsində Azərbaycana dəstək olmaqla sülhə, sabitliyə, ümumbəşər dəyər və beynəlxalq hüquq normalarının qorunmasını töhfə vermiş olarlar. Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti bütün dünyaya məlumdur. Xocalı soyqırımının eyni adlı ssenarisi ilə Gəncə, Bərdə Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Azərbaycan dövləti məğlubedilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.
Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması Ermənistanın azğınlaşmış hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir. Bu cür riyakar və mənfur əməllər ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar və yeni ərazilərimizin işğaldan azad olunması ilə nəticələnəcəyinə inanırıq.
Bütün dünyaya bəllidir ki, ermənilər havadarlarının gücü və dəstəyi ilə Rusiya-İran müharibəsindən sonra bizim tarixi torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılması onların dünyada yaymağa çalışdıqları yalan məlumatları tamamilə təkzib edir. İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğunu sübut edən faktların ermənilərin riyakar və mənfur siyasətinin əsası olaraq saxtalaşdırılması cəhdləri işğalçılıq niyyətlərinin hələ də davam etməsinin təzahürüdür. Ancaq Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək! Xalqımız olduqca məğrur, dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər qətiyyətli və əzmlidir. Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır.
Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

