Vüqar Əhmədov: Bu əməliyyatlar həm də regional təhlükəsizliyin təmin edilməsinə xidmət edir
22.10.2020 [09:03]
“Şanlı Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməsi uğrunda mübarizədə mühüm irəliləyişlərə nail olması artıq Ermənistan cəmiyyətində ciddi narahatlıq yaradıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünya birliyinin öhdəsindən gəlmədiyi işi məhz qüdrətli ordumuza həvalə etdi. Güclü ordumuz, qəhrəman əsgərlərimiz bu işin öhdəsindən uğurla gəlir. Bu gün Azərbaycan xalqı torpaqlarımızı geri qaytarmaq üçün ordumuzun və dövlətimizin ətrafında sıx birləşib”.
Bu fikirləri Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.
V.Əhmədov Ermənistan rəhbərliyinin öz hakimiyyətini qoruyub saxlamaq üçün erməni xalqını qurban verdiyini bildirib: “Ermənistan vətəndaşları ağır sosial-iqtisadi vəziyyət ucbatından ölkəni tərk edirlər. Ermənistanın baş naziri özü-özünü çıxılmaz vəziyyətə salıb və bu dalandan çıxa bilmir. Bu, artıq Paşinyan hakimiyyətinin süqutunu yaxınlaşdırır. Hakimiyyətdə qalacağı halda belə o, bu əməliyyatlardan sonra erməni xalqı qarşısında cavab verməli olacaq ki, nəyə görə öz xalqını böyük itkilərə məruz qoydu. Digər tərəfdən, Ermənistan növbəti ciddi fəlakətin astanasındadır. Çünki verdiyi itkilər Ermənistanda hərtərəfli böhranı daha da dərinləşdirəcək”.
Onun sözlərinə görə, uzun müddətdir dünya terrorizmdən əziyyət çəkir. Azərbaycan terrorizmlə beynəlxalq mübarizədə böyük töhfələr verir. Bu gün Azərbaycan erməni terroruna və işğalına qarşı mübarizə aparır. Dünyanın aparıcı dövlətləri erməni lobbisinin əlində oyuncağa çevrilməməli, Azərbaycanın terrorla mübarizə apardığı bir dövrdə ölkəmizə dəstək olmalıdırlar. Çünki bu əməliyyatlar, həm də regional təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
V.Əhmədov deyib: “Bu gün təəssüf hissi ilə qeyd etməliyik ki, nəinki Avropanın, həm də bütün dünyanın təhlükəsizlik sistemi ciddi şəkildə sarsılıb və artıq dünya xalqları BMT, ATƏT və təhlükəsizlik mandatını öz üzərinə götürmüş digər beynəlxalq təşkilatlara, onların qətnamələrinə inamını itirib. Bu gün Azərbaycan dövləti məhz sözügedən təşkilatların həyata keçirə bilmədiyi işləri xalqın iradəsi ilə reallaşdırır. Beynəlxalq təşkilatların Ermənistanın təcavüzkarlığına son qoyulması üçün çoxsaylı qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur, əksinə, Ermənistanın destruktiv əməllərinə haqq qazandırılır. Belə olan halda dünyada hansı ədalətdən danışmaq olar?”.
“Dünya dövlətləri, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin göstərdiyi qətiyyətdən nümunə götürərək bir araya gəlməli və dünyada terrorçuluğu yayan Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmalıdırlar. Bacarmırlarsa, heç olmasa, Azərbaycan xalqının bu mübarizəsində obyektiv olsunlar, ikili standartlardan çıxış etməsinlər. Çünki Azərbaycan dövləti və xalqı üçün ölkəmizin ərazi bütövlüyündən daha vacib ikinci məsələ ola bilməz”, - deyə QHT rəhbəri qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

